SON MƏQALƏLƏR

İmam ət-Tahavi (Allah ona rəhm etsin) demişdir: “Biz - zülm etsələr belə - imamalarımıza və əmr sahiblərimizə qarşı xurucu icazəli görmürük. Biz onlara qarşı bəd dua etmirik, onlara olan itaətdən əl çəkmirik (imtina etmirik), nə qədər ki, asiliyi əmr etmirlər - onlara olan itaəti fərz olaraq Allaha olan itaətdən sayırıq. Onların islahı və salamat olmaları üçün Allaha dua edirik”. (əl-Aqidətut-Tahaviyyə, səh. 47-48, 379). Yəni, asilik olan şeydə onlara itaət olunmur, digər şeylərdə itaət olunur. Yoxsa, müəyyən asiliyi əmr etdiyinə görə ona itaətdən tamamilə əl çəkilmir.
ardını oxu 483 oxunma rəhbərlərə itaət
Müasir dövrdə firqələr çoxaldığına görə dəvətçilərin də sayı çoxalmışdır, lakin bu onların hamısının Allaha dəvətə çağırması demək deyil. Bu firqələr əksinə, dəvətdə münaqişələrə, uğursuzluğa, həqiqi dəvətin zəifləməsinə səbəb olurlar. Uca Allah buyurur: “Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz” (əl-Ənfal, 46); “Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın”. (Ali-İmran, 105).
ardını oxu 486 oxunma bidətçi firqələr
Quranda buyurulduğu kimi, alimlər Allah tərəfindən ucaldılmış və təriflənmiş kimsələrdir:
“Allah da sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaltsın”. (əl-Mucadələ, 11).
“De: “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? Bundan ancaq ağıl sahibləri düşünüb ibrət alarlar”. (əz-Zümər, 9).
Uca Allah alimləri mələklərlə birlikdə zikr edərək deyir:
ardını oxu 897 oxunma bidətçilərin üslubları
Şeyx Abdul-Əziz ibn Bəzz (Allah ona rəhm etsin) daxil olmaqla böyük alimlər heyətinin ər-Riyad şəhərində baş vermiş partlayışla bağlı fətvasında deyilir:
"Böyük alimlər heyəti son zaman baş verən bu düşmənçiliyi cinayət və iyrənc əməl hesab edir. Bu bir xəyanətdir. Dinin insanlara verdiyi yaşam, mal-dövlət, əminamanlıq və sabitlik haqqına qarşı təcavüzdür. Bunu yalnız nifrətlə, xəyanətlə, həsədlə, zülmlə, düşmənçiliklə, həyata və xeyrə nifrətlə dolmuş cinayətkar nəfs edə bilər. Müsəlmanlar belə əməllərin haram olmasında yekdil rəydədirlər.
ardını oxu 407 oxunma bidətçilərlə münasibət
Dəlillsiz, kor-koranə təqlid haramdır. Burada, alimlərə aid vacib bir məsələyə toxunmaq gərəkdir, çünki bu məsələdə bir çox müsəlmanlar ifratçılığa yol verərək, alimlərin səhih hədislərə müxalif olduqları rəylər üzərində israr edərək həmin rəyləri təqib etməkdədirlər. Onu da bilmək lazımdır ki, alimlərin arasında səhvə yol verməyən kimsə mövcud deyil.
ardını oxu 641 oxunma bidətçilərin üslubları
Təbdi edərkən hüccət qaldırmaq şərtdirmi? Bəzi insanlar var ki, İbn Teymiyyənin “Minhəcus-Sunnə” kitabındakı sözünü dəlil gətirirlər. Sözün mahiyyəti belədir: “Müəyyən şəxsin bidətçi olması hökmü yalnız şərtlərin ödənilməsi və maneələrin  aradan qalxmasından sonra verilməlidir”. Halbuki, bu fikrə müxalif olanlar İbn Teymiyənin başqa sözünü dəlil gətirirlər. Bu sözün İbn Teymiyyəyə nisbət olunması nə dərəcədə doğrudur? Müəyyən şəxsə bidətçi hökmü verərkən hüccətin qaldırılmasının şərt olub-olmaması məsələsində, hətta hökmü verən şəxslər alim olsalar belə doğru rəy hansıdır?
ardını oxu 444 oxunma bidətçilərlə münasibət
İmam Səhl ibn Abdullah ət-Tustəri (Allah ona rəhm etsin) buyurur: "Əgər insan bu on xisləti özündə görərsə, onda o, Əhli-Sünnənin yolu üzərindədir:
1. Camaatı tərk etmir;
2.  Peyğəmbərin (salləllahu aleyhi və səlləm) səhabələrini söymür;
3. Bu ümmətə qılıncla xuruc etmir (qarşı çıxmır);
4. İmanda şəkk etmir;
5. Qədəri inkar etmir;
6. Dində qadağan olunan mübahisələr etmir;
7. Qiblə əhlindən olan insan öldüyü zaman ona (cənazə) namazı qılmağı tərk etmir;
8. Xufların (corabların) üzərinə məsh çəkməyi tərk etmir;
ardını oxu 624 oxunma bidətçilərlə münasibət, rəhbərlərə itaət
Müəyyən bir şəxsin xətasını və ya bidətini ortaya qoyduqda, insanlarda həmin şəxsə qarşı təzim, hörmət və məhəbbət nəticədə həmin şəxsin xətasının insanlar tərəfindən qəbul edilməməsinə gətirib çıxara bilər. Bu da insanlarda olan elmsizlkdən və o insan barədə olan gözəl zəndən, insanlar elmsizliyinə görə həmin fikrin xəta olduğunu bilmədiklərinə görə, həmin şəxsə olan təəssübkeşliyə və s. irəli gələ bilər.
ardını oxu 329 oxunma bidətçilərlə münasibət
“Hizbi”- tayfaya, partiyaya deyilir. Uca Allah buyurur: “Lakin onlar öz dinini aralarında parçalayıb firqələrə bölündülər. Hər firqə (“hizb”) özündə olana sevinir”. (əl-Muminun, 53). Yəni, bir şey üzərində cəm olunanlara, birləşənlərə deyilir. “Hizb” (tayfa, dəstə, partiya) Quranda iki növdür:
ardını oxu 693 oxunma bidətçi firqələr
Avropalı sələfi gənclərin şeyx İbn əl-Useyminlə (Allah ona rəhm etsin) görüşlərindən birində, ondan Adnan Arurun bəzi qaydaları barədə şərhlər verməyi xahiş etdilər:
Sual verən: “Bidətçilərin düşdüyü bidətlərə münasibətdə “Biz (şəxsləri) düzətlməli, lakin, onları cərh etməməliyik” qaydası şamil olunurmu?”
Şeyx İbn Useymin: “Bu, yalnış qaydadır. Əksinə, biz, öz təkkəbbürünə görə haqqdan boyun qaçıranları cərh edirik.
Sual verən: “İkinci qayda: “Mühakimə etmə, yoxsa mühakimə olunacaqsan”.
Şeyx İbn Useymin: “Bu qaydalar yaltaq qaydalardır”.
ardını oxu 390 oxunma bidətçilərin üslubları
İmam Əbu Cəfər ibn Harun (Allah ona rəhm etsin) demişdir: “İmam Əhməd ibn Hənbəli pisləyən kimsəyə rast gəlsən, bil ki o, zəlalətdə olan bidət əhlindəndir”. (Cərhu vət-Təadil, 308).
İmam Əbu Hatim (Allah ona rəhm etsin) demişdi: “Əbu Zuraya nifrət edən kimsəyə rast gəlsən, bil ki o, bidət əhlindəndir”. ("Tarix əl-Bağdad” 10/ 329).
ardını oxu 319 oxunma bidətçilərlə münasibət
Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: "Kim araşdırmadan öz havasına tabe olaraq hər hansı bir şəxsi təqlid edər, elmi olmadan sanki "haqq həmin şəxs ilədir" deyə ona əli və dili ilə yardım edərsə, bu şəxs cahillərdəndir. Əgər həqiqətən də tabe olduğu şəxs düzgün olsa belə həmin şəxsin bu əməli (yəni təqlidi) saleh əməl deyil. Həmçinin, əgər tabe olduğu şəxs xəta edərsə, onda həmin kəs (yəni təqlid edən) günah qazanır.
ardını oxu 483 oxunma bidətçilərlə münasibət
Dahi alim şeyx Rabi əl-Mədxəli (Allah onu qorusun) buyurur: "Dağ kimi alimlər misal olaraq - İbn Sirin və Əyyub əs-Səxtəyani (bidət-əhli) onlara Quran oxumaqdan sual versəydilər belə bidət-əhlinin sözlərinə qulaq asmaqdan üz çevirərdilər. Bütün bunları əqidələrini qorumaq və fitnəyə düşməkdən qorunmaq üçün edərdilər. Neçə-neçə böyük alimlər olub ki, batil-əhlinin tələlərinə düşmüşlər. Onlardan misal olaraq;
ardını oxu 382 oxunma bidətçilərlə münasibət
Mötəzilə İslama nisbət olunan firqələrdən biridir. Mötəzilə ərəb dilində “itəzələ” sözündən götürülmüş "ayrılan, uzaqlaşan, bir tərəfə çəkilən" deməkdir. Şəriətdə isə mötəzilə bir çox bidət etiqadı olan firqədir. Onların bidətlərindən ən barizləri ağılı müqqədəsləşdirmək, onu hər şeyin önünə keçirmək və onda ifrata varmaq və İslamı başa düşməkdə ona etimad etməkdir. Ayə və hədisləri Əhli Sünnəyə müxalif olaraq ağla və məntiqə uyğun başa düşmüşlər.
ardını oxu 780 oxunma bidətçi firqələr
1. Qeys ibn Əbi Həzim deyir: "Əbu Bəkr (Allah ondan razı olsun) qalxdı, Allaha həmd, səna etdikdən sonra dedi: "Ey insanlar! Siz bu ayəni oxuyursunuz:
ardını oxu 827 oxunma bidətçilərlə münasibət, dəlillər
Hafiz İbn Racəb (Allah ona rəhm etsin) deyir: "Əgər bilinərsə ki, kimsə hər hansı bir alimə etdiyi rəddi ilə Allah və Onun Rəsulu (salləllahu aleyhi və səlləm) üçün olan nəsihəti qəsd edib, onda o rədd edən kəslə ikramla, ehtiramla və təzimlə müamələ olunması əvvəldə sadaladığımız imamlar kimi vacib olur. Yox əgər bilinərsə ki, kimsə öz rəddi ilə onları aşağı tutmağı, məzəmmət etməyi, ayıblarını ortaya qoymağı istəyir, onda bu kəs cəzaya layiq olur ki, o və onun kimiləri bu haram olan rəzalətlərdən çəkinsinlər".
ardını oxu 359 oxunma bidətçilərlə münasibət
Şeyx əl-Albaniyə (Allah ona rəhm etsin) sual verirlər: Bəziləri rəddiyyəni çap etməmişdən öncə bir nüsxəsini rədd etdiyin kəsə göndərməyi şərt görürlər ki, o da görsün və deyirlər ki, sələf mənhəci budur.
ardını oxu 563 oxunma bidətçilərlə münasibət
Abdullah ibn Şəqiq əl-Uqeyli (Allah ona rəhm etsin) adlı tabiin belə deyir: “Səhabələr hər hansısa bir əməlin tərkini namaz müstəsna olmaqla küfr saymazdılar”. (ət-Tirmizi 2622, 2831. Şeyx əl-Albani səhih məvquf olduğunu bildirmişdir).
Bu əsər isə bir neçə tərəfdən ziddiyətlidir:
ardını oxu 1051 oxunma namaz qılmayanın hökmü
Qədərilər İslama nisbət olunan firqədir. Qədərilər qədərə nisbət olunur ki, bu da Allahın var olan hər şeyi elmi və hikməti ilə təqdir etməsi deməkdir. Qədərə iman imanın rükunlarından biridir. Bu barədə Abdullah ibn Ömər (Allah ondan razı olsun) belə buyurur: "Onlardan biri Uhud dağı qədər qızılı sədəqə versə, qədərə iman gətirmədikcə, Allah ondan qəbul etməz". (Muslim, 8).
ardını oxu 815 oxunma bidətçi firqələr

Pages