English
01.04.2017
Salam aleykum. Bir nəfər namaz qılmayanın kafir olduğunu iddia edir. Bu nə dərəcədə doğrudur?
Cavab:

Va aleykumus-Sələmu va rahmətullah. Əksər alimlərə görə vacibliyinə inanara namaz qılmayan kafir deyil. Daha ətraflı: Namaz qılmayanın hökmü

ardını oxu 859 oxunma təkfir
09.03.2017
Əssələmu aleykum və rahmətullah. 1. Niyə görə əsli kafirlər olanlara dünya hökmü (kafir olaraq) verilir, hətta hüccət çatanlarına axirət hökmü də verilir, ama özünü islama nisbət edib "lə iləhə illəllah" cəhalətdən dolayı böyük şirk və küfr edənlərə dünyada müsəlman hökmü verilir? Yəni sözüm ondadır ki, bir tərəfdən deyirlər ki, qədim alimlət dünya-axirət hökmü deyə ayırd etməyiblər. Lakin digər tərəfdən də əsli kafir olanlara dünyada kafir hökmünü verirlər və bunların arasında cahil olanları barədə deyirlər ki, səhih görüşə görə axirətdə imtahan olunacaqlar.
Cavab:

Aleykum salam va rahmatullah.

ardını oxu 830 oxunma təkfir
07.03.2017
Salam aleykum. Sizə belə bir sualım var. Baxın, biz deyirik ki, Allaha böyük şirk qoşan bu insanlara cəhalətlərini üzr gətiririk və deyirik ki, onlara hüccət çatdırmamış təkfir etmək olmaz. Məsələn: gördük ki, bir nəfər qəbirstanlıqda qəbirin qarşısında dayanıb ondan yardım diləyir və qarşısında səcdə edir. Və bir az sonra həmi yerdən ayrılır və deyək ki, məsələn maşın vurur və ölür. Bizim də ona heccət çatdırmağa imkanımız olmur. Bəs bu halda necə olaq? Onu halı, hökmü nədir? Zahirnə görə kafir olmasına hökm verə bilərikmi?
Cavab:

Böyük şirkə düşən kəs cahilliyinə görə üzürlü olub-olmaması Əhli Sünnə alimləri arasında ixtilaflıdır. Şeyx İbn əl-Useymin (Allah ona rəhm etsin) deyir: "Heç bir kəs bir dənə də olsun dəlil gətirə bilməz ki, cahillik üzürlü deyildir. Bəli, belə rəy var ki, üzürlü deyil, lakin bu rəy zəifdir". (Şeyxin səsli yazısından).

ardını oxu 753 oxunma təkfir
26.02.2017
Ölmüş cahil insana "Allah rəhmət eləsin!" demək olarmı?bes men bunu 24 saat devet edirem qebul etmir tovhidi basa saliram vehhbi deyir bu yenede sizin esli muselmandir reyinizde qalir,
Cavab:

əs-Sələmu aleykum. Bəli, ölmüş cahil müsəlmana "Allah rəhmət eləsin" demək olar. Daha ətraflı: Ölmüş cahil insana "Allah rəhmət eləsin!" demək olarmı?

ardını oxu 737 oxunma təkfir
20.02.2017
Salam aleykum. Bir kəsi təkfir etməyib amma onunla kafir müamiləsi aparmaq olar?
Cavab:

Va aleykumus-Sələmu va rahmətullah. Bu şübhə təkfir əhlinin şübhələrindəndir. Belə ki, bir insanın kafir olması sübut olunmayıbsa, deməli hələ müsəlmandır və onunla müsəlman kimi müamilə (ona münasibətdə davranış) olunur. O insana hüccət çatdırıldıqdan, kafir olmasında heç bir şübhə qalmayandan sonra onunla kafir kimi müamilə edilir. 

ardını oxu 698 oxunma təkfir
14.02.2017
Salam aleykum, Belə bir hədis var: Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: "Dövlət başçılarınızdan ən xeyirliləri sizin sevdikləriniz və onlardan da sizi sevənlərdir. Sizlərin dua etdikləriniz və onlardan da sizin üçün dua edənlərdir. Ən şərliləri isə sizin nifrət etdikləriniz və onlardan da sizə nifrət edənlər. Sizin lənət etdikləriniz və onlardan da sizi lənət edənlərdir". Biz: "Ya Rəsulullah! Belələrinə qarşı çıxmayaqmı?" deyə soruşduq. Peyğəmbər buyurdu: "Xeyr, aranızda namaz qıldıqları müddətdə yox (ona qarşı çıxmayın)". (Muslim, 1855).
Cavab:

Va aleykumus-Sələmu va rahmətullah. Şəriətdə bir məsələyə hökm vermək istədikdə həmin mövzuya aid bütün dəlillər toplanılır, araşdırılır, sonra isə qərar verilir. Əhli-Sünnə vəl-Cəmaaya görə rəhbərlərə itaət barəsində təkcə bu və digər hədislər cəm edilərək yekun qərar verilir. Rəhbərlərə barədə hədislərdən bir neçəsini qeyd edək:

ardını oxu 890 oxunma rəhbərlərə itaət
12.02.2017
Əs Sələmu Aleykum və Rəhmətullahi Allah sizi qorusun və elminizə bərəkət versin Sual:Elə olur ki,tanışlardan kimsə namaz qılmaq istəyir və təbbi ki,bu cahildi dinnən anlayışı olmadığı üçün necə namaz qılım deyə sual verir belə kəslərə hansı üsuldan yanaşmaq (din,Sələfləri anlatmağ) yaxşı olardı? Zəhmət olmasa bu haqda yazardız Əs Sələmu Aleykum və Rəhmətullahi və Bərəkətuhu
Cavab:
Va aleykumus-Sələmu va rahmətullahi va bərakətu. Bu cavabları oxuyun: 
ardını oxu 616 oxunma
12.02.2017
Salam aleykum. Əbu İshaq əl-Huveyni kimdir?
Cavab:

Va aleykumus-Sələmu va rahmətullah. Əbu İshaq əl-Huveyni ixvan və təkfirçidir. O, tövhidə dördüncü qism salan hakimiyyət tövhidini çıxardanlardandır. Müasir dövrdə olan hakimlərin heç birini şəri saymır. İsrarlı şəkildə böyük günah edəni kafir sayır. Ona sələfi deyən Əli əl-Hələbi və onun kimilər olub. Şeyx Muqbil (Allah ona rəhm etsin) və ondan sonra gələn alilmlər ona bidətçi deyiblər. O, bu əsrin xavariclərindən, mitinqə və xuruca çağıranlarındandır.

ardını oxu 610 oxunma şəxslər
29.01.2017
Assalamu aleykum.Exiler sualım bidet ehlinin devetçilerine salam verilmesiyle bağlıdır.Onlar bize delil olaraq kafirin salamın alınmasını gösterirler.Biz ise Keeb ibn Malikin qissesini misal getiririk.Soruşmaq isteyirem ki ,sünne imamlarından başqa deliller varmı bu meseleye aid.Allah razı olsun Allah sizi xeyirle mükafatlandırsın.Assalamu aleykum.
Cavab:

Va aleykumus-Sələmu va rahmətullah. Bidət əhlinin başda gedənlərinə nəinki salam verilmir, heç onun verdiyi salam belə alınmır. Müxalifləri hicrət etmək barədə Şeyx Abdullah ibn Abdur-Rahim əl-Buxarinin (Allah onu qorusun) günümüzdə olan sələf şeyxlərin də məsləhət gördüyü dərsləri var. Bu dərslərin kitab formasında çapı da mövcuddur. Orda isə qədim alimlərdən bidətçidən salamı kəsmək barəsində dəlillər gətirilir.

ardını oxu 649 oxunma bidətçilərə münasibət
27.01.2017
Salam aleykum. Rafizilərin tikdiyi məcidlərdə namaz qılmaq olar? Şübhə atırlar ki, belə məscidlər "məscidud-dirar" hökmündədir.
Cavab:

Va aleykumus-Sələm va rahmətullah. "Məscidud-Dirar" Peyğəmbərin (salləllahu aleyhi və səlləm) dövründə münafiqlərin tikdiyi məscid olub. Bunu isə Uca Allah Peyğəmbərinə (salləllahu aleyhi və səlləm) vəhy ilə bildirmişdir. Günümüzdə isə nə Peyğəmbər (salləllahu aleyhi və səlləm) var, nə də vəhy var. Ona görə də hansısa məscidə "Məscidud-Dirar" hökmü vermək qeybi məsələdir və bu iddia həmin iddianı irəli sürənin küfrünə səbəb ola bilər. Daha ətraflı: 

"Məscidud-Dirar" haqda

ardını oxu 604 oxunma təkfir
26.01.2017
Esselemu aleykum. Mekke mushrikleri ozlerini Ibrahim peygemberin dinine nisbet edirdiler. Amma bununla bele onlara muselman demek olmaz. Chunki onlar mushrik idiler. Ancaq gunumuzde ozlerini islama nisbet edenleri muselman adlandiririq. Bunu nece izah ederdiz?
Cavab:

Va aleykumus-Sələmu va rahmətullah. Məkkə müşrikləri Tövhid kəlməsi olan "lə iləhə illəllah" kəlməsini qəbul etmirdilər və özlərini İslama nisbət etmirdilər. İndiki müsəlmanlar isə Tövhid kəlməsi olan "lə iləhə illəllah" kəlməsini qəbul edir və özlərini müsəlman sayaraq İslama nisbət edirlər. Onlar İslam dinindən çıxaran əməllər etsələr də şəriətin tələb etdiyi şərtlər həmin adamın üzərində cəmlənməyincə bizim onu İslamdan məhrum edib kafir saymağa ixtiyarımız yoxdur.

ardını oxu 428 oxunma təkfir
26.01.2017
as-Salamu aleykum. Vacibliyinə inanaraq tənbəllikdən ümuiyyətlə heç namaz qılmayanla, vacibliyinə inanaraq tənbəllikdən namazı tərk edənin hökmü eynidirmi?
Cavab:

Va aleykumus-Sələmu va rahmətullah. Namaz qılmayanı kafir saymayan alimlər (İslam alimlərinin çoxu bu rəydədir) vacibliyinə inanaraq tənbəllikdən ümuiyyətlə heç namaz qılmayanla, vacibliyinə inanaraq tənbəllikdən namazı tərk edən arasında fərq qoymayıblar, lakin müasir alimlər arasında az bir hissə alimlər var ki, namazı tərk edənlə ümumiyyətlə namaz qılmayan arasında fərq qoymuşlar. 

ardını oxu 480 oxunma təkfir
21.01.2017
Salam aleykum. Sələf mənhəcinə müxalif olan mənhəclərdən çəkindirmək vacibdirmi?
Cavab:

Əhli-Sünnənin mənhəcinə müxalif olan hər bir mənhəcdən çəkindirmək vacibdir.

Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Din nəsihətdir". Soruşduq: "Kimə?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Allaha, kitabına, rəsuluna, müsəlmanların rəhbərlərinə və bütün müsəlmanlara". (Muslim, 55).

ardını oxu 480 oxunma bidətçilərə münasibət
07.01.2017
as-Salamu aleykum. Hakimə itaət etmək hədisləri indiki hakimlərə də aiddir, yoxsa yalnız keçmiş hakimlərə aid idi?
Cavab:

Va aleykumus-Sələmu va rahmətullah. İslam dinində hakim müsəlmandırsa, o zalım olsa da ona halal olan məsələlərdə itaət etməkvacibdir. Belə ki, Peyğəmbərimizin hədislərində hakim zalım olsa da ona itaət etmək əmr edilir. Rəhbərlər aid hədisləri oxusanız bunu görəcəksiniz. Daha ətraflı:

İtaət keçmişdəki rəhbərlərə xasdır, yoxsa müasir rəhbərlərə də aiddir?

ardını oxu 470 oxunma rəhbərlərə itaət
05.01.2017
Səlamun aleykum. Bidət edən tənqid edildiyi zaman onun bidətləri ilə bərabər saleh əməllərini də qey etməlisən. Belə bir qayda düzgündürmü?
Cavab:

Va aleykumus-Sələmu va rahmətullah. Hər hansı bir insanın təhlükəli fikirləri, əqidəyə zidd fikirləri bəyan edilirsə, onun yaxşı əməlləri zikr edilmir. Bu adamın yaxşı əməlləri qeyd edilsə, insanlar aldanar və bu bidətçi haqda yaxşı zənnə düşə bilərlər. Bu da həmin bidət edənin batil fikirlərinin bəzi insanlar tərəfindən qəbul olunmasına gətirib çıxara bilər. Uca Allah kafir, münafiq və fasiqləri məzəmmət edərkən onların yaxşı əməllərini zikr etmir.

ardını oxu 364 oxunma bidətçilərə münasibət
02.01.2017
Deyirlər ki, Hucurat surəsi 6-cı ayədə deyilir: "Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirsə, onu araşdırın..." Ayənin əks məfhumu budur ki, etibarlı adam sizə xəbər gətirdikdə bunu araşdırmırıq və həqiqət kimi qəbul edib inanırıq. Lakin, alimlərdən Əbu Hənifə, Nəvəvi və s. bəzi xətalara və hətta bidətlərə düşüblər. Bu ayənin əks məfhumunu və sadiq insanın dediklərini dəlil götürsək, onda alimlərin bütün danışdıqlaınında bəzi uyuşmazlıq görərik. Bunu necə başa düşməliyik?
Cavab:

əs-Sələmu aleykum. Abdur-Rahmən əs-Səədinin (Allah ona rəhm etsin) təfsir kitabında bu ayənin izahına baxsaq bu mənanı aydın görə bilərsiniz. Həmçinin, ayənin nazil olma səbəbini bilmək və nə məna verdiyini başa düşmək lazımdır. Orada deyilir ki, "xəbər gətirsə". Doğrunun və yalanın daxil ola biləcəyi hər hansı bir məlumata xəbər deyilir. Alimlərin düşdükləri o məsələlər isə sırf xəbər baxımından olan məsələlər deyil, çünki onlar hamısı ayə və hədislərin şəriət dəlillərindən çıxan hökmlər və ictihadlardır.

ardını oxu 461 oxunma bidətçilərə münasibət
18.12.2016
as-Salamu aleykum. Nəyə görə Əşari, Maturidi və sufilərin məscidlərinə gedib namaz qılmaq olar, amma xəvariclərin məscidlərinə getmək məsləhət deyil?
Cavab:

Va aleykumus-Sələmu va rahmətullah. Çünki, xəvariclərin zərəri daha pisdir. Belə bir qayda var; “əgər seçimdə iki zərər varsa, ən az olanı seçirsən”. Əşarilərin və digər firqələrin zərəri xəvariclərdən daha azdır. Çünki, xəvariclərin bidəti ən təhlükəli bidətlərdəndir. Hətta, cahil insanla xəvaric arasında seçim edəndə cahil və asilik edən insana üstünlük vermək lazımdır.

ardını oxu 425 oxunma bidətçilərə münasibət, təkfir
18.12.2016
Səlamu aleykum. Qüvvə olsa zalım müsəlman hakimə qarşı çıxmaq olarmı?
Cavab:
Va aleykumus-Sələmu va rahmətullah. Hakim zalım olsa da əgər müsəlmandırsa, ona qarşı çıxmaq haramdır. Yüzdən çox hədis var ki, hakimə tabe olmağa dəlildir. Belə ki, ədalətli hakimə tabe olmaq hər bir halda dinimizdəndir. Lakin, hədislərdə gələn itaət əsasən zülm olan yerdə hakimə itaətdən gedir. Həmçinin, hakimə qarşı çıxmaq islah yolu deyil. Hətta, Peyğəmbərlər hakimlərə qarşı çıxmağa çağırmayıblar, islaha çağırıblar. Həmçinin oxuyun: 
ardını oxu 527 oxunma rəhbərlərə itaət
07.12.2016
Cərhdə icma və ya cumhur şərtdirmi?
Cavab:

Xeyr, cərhdə icma və ya cumhur şərt deyil. Bu qayda qəbul olunsa, biz görəcəyik ki, bir çox bidətçilərin cərh olunmasında icma və ya cumhur yoxdur. Təfsilatlı cərhin təadildən öndə olması cərhdə icmanın olmamasının dəlillərindədir. Belə ki, cərhdə icmanın olmasını qəbul etsək, onda o bidətçilər ki, ayrı-ayrı dövrlərdə müxtəlif alimlər tərəfindən cərh olunublar, icma olmadığına görə onlara bidətçi sayılmayacaqlar. Hədis alimlərinin həyatından da bilmək olur ki, bəzi hədis alimləri bəzi ravilər haqda məlumatlı olmayıblar.

ardını oxu 356 oxunma bidətçilərə münasibət
13.11.2016
Sələmun aleykum. Bir qardaşın valideyni dünyasını dəyişmişdi. Mən də onu görəndə dedim ki, Allah rəhmət eləsin! O dedi ki, elə demə. Dedim nəyə görə? O mənə 3 dəlil gətirdi; Peyğəmbərin (salləllahu aleyhi və səlləm) əmisi Əbu Talib və ata-anası barədə, bir də Nuh peyğəmbərin oğlu barədə. Bu dediyi düzgündür ki?
Cavab:

Va aleykumus-Sələmu va rahmətullah. Birincisi, onun gətirdiyi dəlillərin hamısı əsli muşriklərə aiddir. Amma indiki cahillərin əsli İslamdır. Onlardan soruşanda, deyirlər ki, "müsəlmanam". Rəbbim Allahdır, Kitabım Qurandır, Peyğəmbərim Muhamməddir (salləllahu aleyhi və səlləm). İndiki cahillər özlərini başqa dinə deyil, İslama nisbət edirlər. Əməllərində olan qüsurlar isə onu İslamdan çıxarmır. Adamı dindən çıxarmaq üçün şərtlər var. Hətta kafirlər fərqlənirlər. Kitab nazil olan kafirlər kitabı olmayan kafirlərdən üstündürlər. Cahil müsəlmanlar da ibadət edən müsəlmanlardan fərqlənirlər.

ardını oxu 703 oxunma

Pages