Əsli kafir olanla cahillik səbəbilə şirk edən müsəlman eynidirmi?

Sual: 
Əssələmu aleykum və rahmətullah. 1. Niyə görə əsli kafirlər olanlara dünya hökmü (kafir olaraq) verilir, hətta hüccət çatanlarına axirət hökmü də verilir, ama özünü islama nisbət edib "lə iləhə illəllah" cəhalətdən dolayı böyük şirk və küfr edənlərə dünyada müsəlman hökmü verilir? Yəni sözüm ondadır ki, bir tərəfdən deyirlər ki, qədim alimlət dünya-axirət hökmü deyə ayırd etməyiblər. Lakin digər tərəfdən də əsli kafir olanlara dünyada kafir hökmünü verirlər və bunların arasında cahil olanları barədə deyirlər ki, səhih görüşə görə axirətdə imtahan olunacaqlar. Lakin bu hal şirk qoşub islama nisbət olunanlarda belə deyil. Niyə görə? Zəhmət olmasa ətraflı cavab verərdiz... 2. Təkfir məsələsində Şirk qoşanlara hüccət şərt olduğu kimi "təbdii' və təfsiq" də hüccət şərtdirmi? Yoxsa hər bidət edənə hüccətsiz bidətçi və günah əməllər edənə fasiq deyə bilərik???
Cavab: 

Aleykum salam va rahmatullah.

1. Siz nələrisə öyrənmək üçün sual verirsiniz və sual əsasında da bildiyiniz bəzi şeyləri yazmısınız. Lakin sizin məlumatlarınız səhvdir, çünki əsli kafirlə cahillikdən dolayı şirk edən müsəlmanı eyni tutursuz. Bu isə xətadır. Əsi kafirlər dünyada da, axirətdə də kafirdirlər, bunda heç bir şək-şübhə etmək olmaz. Çünki bu dinin əsaslarındandır. Axirətdə imtahan olunanlar kafirlərin hamısı deyildir. Sadəcə onlardan özlərinə doğru İslam çatmayan bəziləridir, bunu da təyin etmək bizə çətin olar. Amma cahillikdən dolayı şirkə düşmüş müsəlmanlara gəldikdə isə, bunları hüccətsiz təkfir etmək olmaz və təkfir olunmayanları da öz əsillərinə qaytarırıq ki, o da İslamdır. 

2. Sələflər təkfir məsələsində hüccət qaldırmağı şərt görmüşlər. Lakin təbdi (bidətçi adlandırmaq) məsələsində isə nə mütləq olaraq hüccəti şərt görməyib, nə də inkar etməyiblər. Bu, məsələlərin fərqliliyi ilə dəyişir. Deyirlər ki, özü kimisinə qaranlıq qalmayan açıq-aydın bidətlərə düşərsə, misal olaraq xavariclərin, murciələrin, qədərilərin, sufilərin və onlara tabe olan ixvan və təbliğçilərin bidətlərinə düşən elmli şəxs barəsində hüccət qaldırmaq şərt deyildir. Lakin bu, cahillərə aid deyildir. Cahillərə hər bir halda hüccət qaldırmaq şərtdir.

Mövzular: