English

SON MƏQALƏLƏR

Əgər bir kəs əqidədə müxalif olub, kobud bidətlərə düşübsə, Əhli Sünnənin mənhəcinə müxalif olubsa və buna bidətçi demək olmazsa, onda bidətçi kimə deyilir!? Biri Şeyx Useyminin, İbn Bəzzin və əl-Albaninin  (Allah onlara rəhm etsin) yanında olub və onların təriflərini qazanıbsa, lakin onlar vəfat edəndən sonra kitablarında bir çox zəlalətlərə yol veribsə, əqidədə bir çox batil fikirlər söyləyibsə və belə adam dəfələrlə nəsihətdən sonra öz bidətlərindən dönməyibsə, bidətçi deyil, bəs kimdir!? Onun şeyxlərdən aldığı təriflər qüvvədən düşmürmü?
ardını oxu 281 oxunma bidətçilərlə münasibət
Böyük alim İmam əl-Bərbəhari (Allah ona rəhm etsin) belə demişdir: "Əgər bir kimsəni rəhbərə (dövlət başçısına) bəd-dua edərkən görsən, bil ki o, hava (bidət) əhlidir və bir kimsəni da rəhbərin (dövlət başçısının) islahı üçün dua etdiyin görsən, bil ki o, Allahın izni ilə sünnə əhlidir. 
ardını oxu 183 oxunma bidətçilərin üslubları
Mahmud əl-Həddad Misir əsilli olub Səudiyyə Ərəbistanına köçdükdən sonra öz bidətini yayan bir insan olmuşdur. O, bidətlər yaymış və öz ətrafına özü kimi zəlalət əhlini toplamışdır. Həddadilərin bəzi əlamətlərini qısa olaraq qeyd edək: 
1. Kim bidət sözü söyləmiş və ya bidət əməl etmişsə, bidətçi adlandırırlar. Onlar bir növ xavariclərin bidətinə oxşamışlar. Belə ki, xavariclərə görə küfr söz deyən və ya əməl edən qeyd şətsiz kafir olur. Həddadilərə görə də bidət edən qeyd şərtsiz bidətçi olur və onu Əhli Sünnədən çıxarırlar.
ardını oxu 521 oxunma bidətçilərin üslubları, bidətçi firqələr
İslam dininin bütün ayinləri qaydalarsız və şərtlərsiz mümkün olmadığı kimi, cihadın da müəyyən qaydaları və şərtləri var. Bu, cihad mövzusunda çox vacib məsələdir. Cihad yalnız bu qaydalar və şərtlər olduqda cihad sayılır və Uca Allah tərəfindən qəbul edilir.
1. Cihadda niyyət ixlaslı olmalıdır (yəni, məqsəd Allahın razılığını qazanmaq olmalıdır). Cihad yalnız Allah rizası üçün, Allahın razılığını qazanmaq üçün edilməlidir. 
ardını oxu 301 oxunma rəhbərlərə itaət
İbn Qeyyim (Allah ona rəhm etsin) deyir: "Allahın adından danışmaq və fətva vermək üçün insan elm və sadiqliklə vəsf olunmalıdır. Çatdıran çatdırdığını bilməli və bu məsələdə sadiq olmalıdır. Bununla yanaşı əxlaqı gözəl, sözlərində və əməllərində ədalətli olmalıdır. (Adil insan odur ki, böyük günahlara yol verməz və kiçik günahlarda israr etməz). Həmin insanın gizli halı ilə aşkarda olan halı yaxın olmalıdır. Əgər padşahların yanında onların adından imza çəkmək fəzilətli və dərəcəsi olan bir işdirsə, aləmlərin Rəbbi adından imza çəkmək necə bir dərəcədir?" (İləmul-Muvəkkiin, səh.
ardını oxu 1482 oxunma təkfir
Hüseyn ibn Əlinin Yəzid ibn Müaviyəyə qarşı, Abdullah ibn əz-Zubeyrin Həccaca qarşı və İbn Əşəsin Həccaca və Abdul-Məlik ibn Mərvana qarşı çıxmasını rəhbərə qarşı çıxmağın icazəli olmasına dəlil kimi gətirirlər.
 
ardını oxu 1620 oxunma rəhbərlərə itaət
Əhli-Sünnə vəl-Cəməanın əksər alimləri namazın vacibliyini inkar etmədən səhlənkarlıqdan tərk edənin kafir olmadığını demişlər. Burada belə bir sual ortaya çıxır: Əgər təmbəlliyindən dolayı namaz qılmayan kafir deyilsə, onda namaz qılmayana kafir adı verilən hədisləri necə başa düşək? Namaz qılmayanı kafir saymayan alimlər bu hədislərin belə deyilməsinin hikmətlərini açıqlamaqdan əvvəl hədislərdə keçən kafir kəlmələrini doğru düzgün başa düşmək üçün küfrün (kafirin) iki növünün olduğunu bildirmişlər. Küfr iki yerə bölünür.

ardını oxu 2264 oxunma namaz qılmayanın hökmü
Dördüncü şərt: Dördüncü şərt həmin şəxsin təvil yəni, dəlilləri başqa mənaya yozan olmamasıdır. Buna təvil deyilir. Təvil edən şəxs bu əməli qəsdən etməyib. Sadəcə ayəni və ya hədisi oxuyub səhv başa düşüb. Özünün səhvən anladığına əsaslanaraq, zəlalətdən olan o sözü demişdir.
ardını oxu 714 oxunma təkfir nədir, cahilliyin üzrlü olması
Üçüncü şərt: Hüccətin həmin şəxsə çatdırılması və bu şəxsin hüccəti başa düşməsidir. Düşünür ki, filan adam və ya filan şəhər sakinləri izhar (nümayiş) etdirərək bu əməli edirlərsə, bu, həmin əməlin küfr olmadığını bildirir. Buna görə də onlara təqlid edir. Ona bəyan olunmalıdır ki, bu, kor-koranə təqliddir. O kəslər xəta ediblər. Xətakarı nümunə götürüb ona təqlid etmək olmaz.
 
Bu barədə elm əhlinin sözləri;
 
ardını oxu 712 oxunma təkfir nədir, cahilliyin üzrlü olması
Daimi elmi araşdırmalar və fətvalar mərkəzinə belə bir sual verilir: "Biz radio vasitəsi ilə Səudiyyə Ərəbistanında orucluğun başlanmasını eşidirik amma biz hələ ayı görməmişik. Buna görə də bizim aramızda ixtilaf düşür, bəziləri radio ilə eşitdiklərinə əsasən oruc tutur, digərləri isə ölkəmizdə ayın görsənməsini gözləyirlər. Bu artıq bizim aramızda çox dəhşətli ixtilafa gətirib çıxarıb. Xahiş edirik bizə bu haqda fətva verin?!"
ardını oxu 818 oxunma rəhbərlərə itaət, ramazanın başlaması
Ramazan ayının nə zaman başlanacağı haqda - Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) 
Şeyxul-İslam Əhməd ibn Abdul-Həlim İbn Teymiyyə (Allah ona rəhm etsin) belə bir sual ilə soruşulmuşdur: “Əgər kimsə təklikdə həqiqətən təzə görsənən ayı görərsə o adam özü təklikdə orucunu tuta və ya aça bilər? Yoxsa camaat ilə birlikdə hərəkət etməlidir?”
O cavabında buyurur: “Əlhəmdulilləh... Bu məsələ haqda üç rəy vardır.
ardını oxu 1069 oxunma ramazanın başlaması
Şeyx Muhəmməd ibn Salih əl-Useyminə (Allah ona rəhm etsin) belə bir sual verilir: "Ramazan və ya şəvval aylarının daxil olmasını bildirən yeni ayın doğuşu İslam ölkələrində fərqlidir. Həmin dövlətlərdən hansısa ayı gördükdə bütün dünya müsəlmanları oruc tutmalıdırlar?"
ardını oxu 982 oxunma ramazanın başlaması
Şeyx Albaniyə (Allah ona rəhm etsin) belə bir sual verilir: "Astronomik hesablamalara etimad etməliyikmi?"
Şeyx belə cavab verir: "Xeyr, astranomik hesablamalar olmaz. Hədisdə gəldiyi kimi “Ayı görməklə tutun”. Əgər dövlət orucu və ya ayın bitməsini əvvəlcədən qeyri-şəri yolla elan etsə, xalq dövlətə qarşı çıxa bilməz, çünki çox böyük fəsad ortaya çıxa bilər. Bu, o demək deyil ki, astranomik hesablamalara istinad etməliyik. Xeyr! Amma biz buna əməl edirik. Bir şəri ondan aşağısıyla dəf edirik. Deyəcəyimiz budur. Amma (Ayın təsbiti üçün) astranomik hesablamanın dəyəri yoxdur.
ardını oxu 420 oxunma ramazanın başlaması
Şeyx İbn Bəzə (Allah ona rəhm etsin) sual verilir: "Səudiyyə Ərəbistanının Pakistandakı səfirliyinin işçilərinin bəziləri Səudiyyə Ərəbistanı ilə, digərləri isə Pakistan camaatı ilə Səudiyyədən üç gün sonra, oruc tutmuşlar. Bunun hökmü nədir?"
ardını oxu 1102 oxunma ramazanın başlaması
Sual: Hörmətli şeyx, sual verən soruşur ki, siz Fransa əhalisi üçün belə bir fətva vermisiniz ki, onlar oranın (müsəlman) əhalisi ilə birgə oruc tutsunlar, baxmayaraq ki, oranın müsəlman şurası şəriət yolu ilə gözlə ayın görülməsinə deyil, astronomik hesablamalara əsaslanlır. Sizin belə bir fətva verdiyiniz doğrudurmu? 
ardını oxu 1154 oxunma ramazanın başlaması
Bidət əhlinin qeybətini etməyin icazəli olub-olmaması barəsində Şeyx Abdullah Əbu Buteynə (Allah ona rəhm etsin) sual verirlər.
Sual: “əl-Beyhəqinin rəvayət etdiyi “Bidət əhlinin qeybətini etmək icazəlidir”- hədisi bidət əhlinin qeybətini etməyin tamamilə icazəli olmasını bildirirmi? Hansı növ bidət müsəlmanın qeybətini icazəli edir? Həmçinin, “abrını itirmişin qeybəti qadağan deyil” hədisi nə məna verir?”
ardını oxu 119 oxunma bidətçilərlə münasibət
1. Hissiyyatlara qapanma və onları şəriətə bağla;
2. Nəql edilən məlumatları yoxla və nəticə verməyə tələsmə;
3. Cahillik və elmsizlikdən uzaq ol, elm al və onu öyrətməyə üstünlük ver;
4. İxtilaf zamanı böyüklərdən tutunub, kiçiklərdən çəkin;
5. Yeni baş verən məsələlərdən çəkinib sünnədən tutun;
6. Fitnəyə yaxın durmaqdan çəkin və ondan uzaq dur;
7. Fitnəyə mane olmaq onu aradan qaldırmaqdan daha asandır;
8. Fətva götürdüyün zaman nəfsi istəyi üstün tutma və dəlilin işiqlandırdığını götür;
ardını oxu 202 oxunma bidətçilərlə münasibət
Səhabələrin yaşadıqları dindən tutunmaq və onlara tabe olmaq
ardını oxu 153 oxunma bidətçilərlə münasibət
Günümüzdə rəhbərin eyiblərini araşdıran, onu insanların gözündən salmağa çalışan şəxslər qəhrəman kimi təqdim edilir, onları müdafiə etmək üçün insanlar mitinqə çıxmağa, dövlətə itaətsizlik etməyə çağrılır. Bu adamların arxasında kafir dövlətlərinin durduğu açıq aşkar hamıya məlum olduğu halda, nə üçün insanlar onların istədiklərini etməyə can atırlar? Ölkəmizdə son yüz ildə baş vermiş 31 Mart, 20 Yanvar, Xocalı soyqırımı kimi qırğınlara göz yuman kafir dövlətlərini məgər xalqımızın necə yaşaması bu qədərmi narahat edir?
ardını oxu 258 oxunma rəhbərlərə itaət

Pages