English

SON MƏQALƏLƏR

Günümüzdəki problemlərdən biri də gənc müsəlmanların cihad etmək adı altında fitnə-fəsad yayan müxtəlif terrorçu qruplara cəlb edilməsidir. Fitnəkar dəvətçilərin aldadıcı xüsusiyyətlərindən biri də özlərini sələfi kimi göstərmələri, tövhiddən danışmaları, çoxlu ibadət etmələri, Quran və sünnədən dəlillər gətirmələridir.
Həqiqi cihadla müasir dövrdə baş verən fitnənin və terrorun arasındakı fərq nədir? Bu suala cavab verməzdən öncə cihadın əmr edilməsinin hikməti, nə üçün əmr edilməsi, hansı hallarda edilməsinin icazəli və ya qadağan olduğunu bilmək lazımdır. 
ardını oxu 757 oxunma rəhbərlərə itaət, cihad
Hədislər də Quran kimi Allahdan vəhydir
ardını oxu 33 oxunma mənhəc, bidətçi firqələr, digər
Arafa orucunu Məkkə ilə tutmalıyıq, yoxsa Azərbaycanla?
Sual: "Məntəqələrin və ayın görünməsində olan müxtəlifliyinə görə biz Arafa orucunu öz ölkəmizə görə tutmalıyıq, yoxsa Məkkə və Mədinəyə görə?"
ardını oxu 1367 oxunma rəhbərlərə itaət, digər
Şeyx Muhəmməd ibn Salih əl-Useyminə (Allah ona rəhm etsin) belə bir sual verilir: "Ramazan və ya şəvval aylarının daxil olmasını bildirən yeni ayın doğuşu İslam ölkələrində fərqlidir. Həmin dövlətlərdən hansısa ayı gördükdə bütün dünya müsəlmanları oruc tutmalıdırlar?"
ardını oxu 1074 oxunma ramazanın başlaması
Şeyx Fovzana (Allah onu qorusun) belə bir sual verirlər: “Müxalif mənhəclərdən və müxalif mənhəclərin dəvətçilərindən çəkindirmək müsəlmanları parçalamaqdan, onların səflərini bölməkdən sayılırmı?”
Şeyx Fovzan (Allah onu qorusun) cavab verərək buyurur: “Sələf mənhəcinə müxalif olan mənhəclərin hamısından çəkindirmək, müsəlmanların sözlərini cəm eləmək sayılır və onların səflərini parçalamaq hesab olunmur. Çünki, müsəlmanların səflərini parçalayan şey sələf mənhəcinə müxalif olan mənhəclərdir”. (“Yeni Mənhəclərə Dair Faydalı Cavablar, sual 57, səh. 148).
ardını oxu 346 oxunma mənhəc, təkfir
Mərhəmətli və Rəhmli Allahın adı ilə
Hamıya məlumdur ki, İslam mükəmməl dindir və onun elmləri müsəlmanın həyatının bütün sahələrini əhatə edir. Əgər bu böyük din öz davamçılarına qonşulara, qonaqlara, yolda olanlara və s. necə münasibət göstərməli olduqlarını öyrədirsə, onda İslamda müsəlmanların üzərində hakimiyyət sahibi (müsəlman rəhbərlərə) olan insanlara xüsusi yer verilməsi heç də təəccüblü deyil.
ardını oxu 462 oxunma rəhbərlərə itaət
Dəyərli izləyici, bu gün müsəlman dünyasının baş-bəlasına çevrilmiş üsyançı ixvan düşüncə hər yerdə fəsad törətməkdə davam edir. Elə bu üsyankar düşüncənin “bəhrəsi” ilə bir çox ölkələrdə müsəlmanlar bəlaya düçar olublar. Biz “ərəb baharı” üsyanının nəticəsini görmək üçün Misir, Liviya, Tunis, Yəmən, Suriya və digər ölkələrə baxsaq kifayət edər. Sizə təqdim edəcəyimiz görüntülər Suriyanın ən gözəl şəhəri olmuş, indi isə üsyan səbəbi ilə xarabalığa çevrilmiş Hələb şəhərindəndir. Əvvəlcə sizə üsyançı ixvan dəvətçilərin səsini, daha sonra isə mötəbər Rəbbani alimlərin səsini təqdim edəcəyik.
ardını oxu 338 oxunma rəhbərlərə itaət
Əgər bir kəs əqidədə müxalif olub, kobud bidətlərə düşübsə, Əhli Sünnənin mənhəcinə müxalif olubsa və buna bidətçi demək olmazsa, onda bidətçi kimə deyilir!? Biri Şeyx Useyminin, İbn Bəzzin və əl-Albaninin  (Allah onlara rəhm etsin) yanında olub və onların təriflərini qazanıbsa, lakin onlar vəfat edəndən sonra kitablarında bir çox zəlalətlərə yol veribsə, əqidədə bir çox batil fikirlər söyləyibsə və belə adam dəfələrlə nəsihətdən sonra öz bidətlərindən dönməyibsə, bidətçi deyil, bəs kimdir!? Onun şeyxlərdən aldığı təriflər qüvvədən düşmürmü?
ardını oxu 354 oxunma bidətçilərlə münasibət
Böyük alim İmam əl-Bərbəhari (Allah ona rəhm etsin) belə demişdir: "Əgər bir kimsəni rəhbərə (dövlət başçısına) bəd-dua edərkən görsən, bil ki o, hava (bidət) əhlidir və bir kimsəni da rəhbərin (dövlət başçısının) islahı üçün dua etdiyin görsən, bil ki o, Allahın izni ilə sünnə əhlidir. 
ardını oxu 256 oxunma bidətçilərin üslubları
Mahmud əl-Həddad Misir əsilli olub Səudiyyə Ərəbistanına köçdükdən sonra öz bidətini yayan bir insan olmuşdur. O, bidətlər yaymış və öz ətrafına özü kimi zəlalət əhlini toplamışdır. Həddadilərin bəzi əlamətlərini qısa olaraq qeyd edək: 
1. Kim bidət sözü söyləmiş və ya bidət əməl etmişsə, bidətçi adlandırırlar. Onlar bir növ xavariclərin bidətinə oxşamışlar. Belə ki, xavariclərə görə küfr söz deyən və ya əməl edən qeyd şətsiz kafir olur. Həddadilərə görə də bidət edən qeyd şərtsiz bidətçi olur və onu Əhli Sünnədən çıxarırlar.
ardını oxu 620 oxunma bidətçilərin üslubları, bidətçi firqələr
İbn Qeyyim (Allah ona rəhm etsin) deyir: "Allahın adından danışmaq və fətva vermək üçün insan elm və sadiqliklə vəsf olunmalıdır. Çatdıran çatdırdığını bilməli və bu məsələdə sadiq olmalıdır. Bununla yanaşı əxlaqı gözəl, sözlərində və əməllərində ədalətli olmalıdır. (Adil insan odur ki, böyük günahlara yol verməz və kiçik günahlarda israr etməz). Həmin insanın gizli halı ilə aşkarda olan halı yaxın olmalıdır. Əgər padşahların yanında onların adından imza çəkmək fəzilətli və dərəcəsi olan bir işdirsə, aləmlərin Rəbbi adından imza çəkmək necə bir dərəcədir?" (İləmul-Muvəkkiin, səh.
ardını oxu 1555 oxunma təkfir
Hüseyn ibn Əlinin Yəzid ibn Müaviyəyə qarşı, Abdullah ibn əz-Zubeyrin Həccaca qarşı və İbn Əşəsin Həccaca və Abdul-Məlik ibn Mərvana qarşı çıxmasını rəhbərə qarşı çıxmağın icazəli olmasına dəlil kimi gətirirlər.
 
ardını oxu 1715 oxunma rəhbərlərə itaət
Əhli-Sünnə vəl-Cəməanın əksər alimləri namazın vacibliyini inkar etmədən səhlənkarlıqdan tərk edənin kafir olmadığını demişlər. Burada belə bir sual ortaya çıxır: Əgər təmbəlliyindən dolayı namaz qılmayan kafir deyilsə, onda namaz qılmayana kafir adı verilən hədisləri necə başa düşək? Namaz qılmayanı kafir saymayan alimlər bu hədislərin belə deyilməsinin hikmətlərini açıqlamaqdan əvvəl hədislərdə keçən kafir kəlmələrini doğru düzgün başa düşmək üçün küfrün (kafirin) iki növünün olduğunu bildirmişlər. Küfr iki yerə bölünür.

ardını oxu 2970 oxunma namaz qılmayanın hökmü
Dördüncü şərt: Dördüncü şərt həmin şəxsin təvil yəni, dəlilləri başqa mənaya yozan olmamasıdır. Buna təvil deyilir. Təvil edən şəxs bu əməli qəsdən etməyib. Sadəcə ayəni və ya hədisi oxuyub səhv başa düşüb. Özünün səhvən anladığına əsaslanaraq, zəlalətdən olan o sözü demişdir.
ardını oxu 942 oxunma təkfir nədir, cahilliyin üzrlü olması
Üçüncü şərt: Hüccətin həmin şəxsə çatdırılması və bu şəxsin hüccəti başa düşməsidir. Düşünür ki, filan adam və ya filan şəhər sakinləri izhar (nümayiş) etdirərək bu əməli edirlərsə, bu, həmin əməlin küfr olmadığını bildirir. Buna görə də onlara təqlid edir. Ona bəyan olunmalıdır ki, bu, kor-koranə təqliddir. O kəslər xəta ediblər. Xətakarı nümunə götürüb ona təqlid etmək olmaz.
 
Bu barədə elm əhlinin sözləri;
 
ardını oxu 899 oxunma təkfir nədir, cahilliyin üzrlü olması
Daimi elmi araşdırmalar və fətvalar mərkəzinə belə bir sual verilir: "Biz radio vasitəsi ilə Səudiyyə Ərəbistanında orucluğun başlanmasını eşidirik amma biz hələ ayı görməmişik. Buna görə də bizim aramızda ixtilaf düşür, bəziləri radio ilə eşitdiklərinə əsasən oruc tutur, digərləri isə ölkəmizdə ayın görsənməsini gözləyirlər. Bu artıq bizim aramızda çox dəhşətli ixtilafa gətirib çıxarıb. Xahiş edirik bizə bu haqda fətva verin?!"
ardını oxu 867 oxunma rəhbərlərə itaət, ramazanın başlaması
Ramazan ayının nə zaman başlanacağı haqda - Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) 
Şeyxul-İslam Əhməd ibn Abdul-Həlim İbn Teymiyyə (Allah ona rəhm etsin) belə bir sual ilə soruşulmuşdur: “Əgər kimsə təklikdə həqiqətən təzə görsənən ayı görərsə o adam özü təklikdə orucunu tuta və ya aça bilər? Yoxsa camaat ilə birlikdə hərəkət etməlidir?”
O cavabında buyurur: “Əlhəmdulilləh... Bu məsələ haqda üç rəy vardır.
ardını oxu 1122 oxunma ramazanın başlaması
Şeyx Albaniyə (Allah ona rəhm etsin) belə bir sual verilir: "Astronomik hesablamalara etimad etməliyikmi?"
Şeyx belə cavab verir: "Xeyr, astranomik hesablamalar olmaz. Hədisdə gəldiyi kimi “Ayı görməklə tutun”. Əgər dövlət orucu və ya ayın bitməsini əvvəlcədən qeyri-şəri yolla elan etsə, xalq dövlətə qarşı çıxa bilməz, çünki çox böyük fəsad ortaya çıxa bilər. Bu, o demək deyil ki, astranomik hesablamalara istinad etməliyik. Xeyr! Amma biz buna əməl edirik. Bir şəri ondan aşağısıyla dəf edirik. Deyəcəyimiz budur. Amma (Ayın təsbiti üçün) astranomik hesablamanın dəyəri yoxdur.
ardını oxu 458 oxunma ramazanın başlaması
Şeyx İbn Bəzə (Allah ona rəhm etsin) sual verilir: "Səudiyyə Ərəbistanının Pakistandakı səfirliyinin işçilərinin bəziləri Səudiyyə Ərəbistanı ilə, digərləri isə Pakistan camaatı ilə Səudiyyədən üç gün sonra, oruc tutmuşlar. Bunun hökmü nədir?"
ardını oxu 1172 oxunma ramazanın başlaması
Sual: Hörmətli şeyx, sual verən soruşur ki, siz Fransa əhalisi üçün belə bir fətva vermisiniz ki, onlar oranın (müsəlman) əhalisi ilə birgə oruc tutsunlar, baxmayaraq ki, oranın müsəlman şurası şəriət yolu ilə gözlə ayın görülməsinə deyil, astronomik hesablamalara əsaslanlır. Sizin belə bir fətva verdiyiniz doğrudurmu? 
ardını oxu 1226 oxunma ramazanın başlaması

Pages

SAYT HAQQINDA

Sayt müsəlman qardaş və bacılarımızın təkfirçi, hizbi və digər bidət əhlinin hiylələrinə aldanmaması və onların gətirdikləri şübhələrə elmi dəlillərlə cavab vermək üçün hazırlanmışdır.

BİZİ İZLƏYİN

AXTARIŞ

Search form