İxtilafdan çıxmaq üçün orucluğun başlanması və bitməsini dövlət başçınıza həvalə edin

English

Daimi elmi araşdırmalar və fətvalar mərkəzinə belə bir sual verilir: "Biz radio vasitəsi ilə Səudiyyə Ərəbistanında orucluğun başlanmasını eşidirik amma biz hələ ayı görməmişik. Buna görə də bizim aramızda ixtilaf düşür, bəziləri radio ilə eşitdiklərinə əsasən oruc tutur, digərləri isə ölkəmizdə ayın görsənməsini gözləyirlər. Bu artıq bizim aramızda çox dəhşətli ixtilafa gətirib çıxarıb. Xahiş edirik bizə bu haqda fətva verin?!"

Cavab: "Ayın çıxış yerlərinin dəyişməsi şəriət və ağıl ilə dərk olunan məsələdir. Bəzi alimlər bunu etibarlı, digərləri isə etibarsız sayırlar. Bunun səbəbi isə bu məsələnin nəzəri məsələ olmasıdır. Ona görə də İslam alimləri deyilən məsələdə qədimdən bu günə qədər ixtilaf etmişlər. Onların bəzisi bunu etibarlı, digərləri isə etibarsız saymışlar. Onların hər biri Quran, Sünnə və qiyasdan (müqayisədən) dəlillər gətirmişlər. Ola bilsin ki, hər iki tərəf eyni dəlili gətirsin, amma bu dəlili başa düşməkdə ixtilaf etsinlər. Amma bütün bunlara baxmayaraq deyilən məsələ üzərində edilən ixtilaf alimlər arasında problemlər yaratmamışdır və onlar bir-birlərinə qarşı ehtiramla yanaşmışlar. Buna görə də siz ayın başqa ölkədə görülməsini eşitdikdə ayın başlamasını və bitməsini əmr sahibinə, dövlətinizin başçısına həvalə edin. Əgər o, orucluğun daxil olmasını, yaxud olmamasını desə, ona itaət etməyiniz vacibdir. Çünki, hakimin hökmü belə ixtilafları aradan qaldırır. Belə olduqda sizin aranızda olan müşkül məsələlər həll olunar". (Daimi Elmi Araşdırmalar və Fətvalar Mərkəzi, Orucluq fətvaları, sual 6).