mənhəc nədir

Bidət sözünün hərfi mənası "öncə edilməyən bir şeyi ixtira etmək, icad etmək" deməkdir.
Bidət dinə gətirilən yeniliklərə deyilir.
Bidətlər əməllərin qəbul olunmamasının və müsəlmanların parçalanmasının başlıca səbəbidir.
Bidət edən həm özü günah qazanır, həm də onun bidətinə əməl edənin günahını daşıyır.
Bidət edən dini və onun əsaslarını dəyişdirir.
Dində bidətlərə yol vermək böyük günahdır.

ardını oxu 4771 oxunma mənhəc nədir, bidətçilərlə münasibət

Nə üçün Uca Allah "sizdən ruzi istəmirəm" (əz-Zəriyat, 57) deyir? Çünki müsəlman ruzi qazanmaq haqqında ibadət etməkdən daha çox narahat olmasın. O, ruzi üçün yox, yaradıldığı şey üçün (ibadət üçün) narahat olmalıdır, çünki Allah qullarının ruzisinə mükəlləfdir, onların ruzisini onlar analarının bətnində olarkən yazmışdır. Səhih hədisdə Peyğəmbərimiz ﷺ demişdir: "Uca Allah dörd aydan sonra bətndəki rüşeymə ruh üfürmək üçün mələk göndərir, sonra həmin mələk onun əcəlini, ruzisini, xoşbəxt və ya bədbəxt olacağını soruşaraq yazır".

ardını oxu 519 oxunma mənhəc nədir, digər

Cahillik Əhli Sünənin alimlərinin əksəriyyətinə (cumhura) görə üzrlüdür. Şeyx İbn əl-Useymin (Allah ona rəhm etsin) buyurur: “Cahilliyin üzürlü olması Quran və Sünnədən götürülmüşdür. Bir nəfər dəlil gətirə bilməz ki, insan cahilliyinə görə üzürlü deyildir. Çünki, Uca Allah buyurur: “Biz müjdə verən və qorxudan elçilər göndərdik ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın”. (ən-Nisa, 165). Əgər cahillik üzr olmasaydı, Rəsulların göndərilməsində heç bir fayda olmazdı.

ardını oxu 1225 oxunma mənhəc nədir, bidətçilərlə münasibət, cahilliyin üzrlü olması

Şeyx Fovzana (Allah onu qorusun) sual verilir: "İstər dostluq və düşmənçilik məsələsində olsun, istərsə də əmr sahiblərinə - əməlisaleh və ya günahkar - qulaq asıb itaət etmək məsələsində olsun, digər məsələlərdə müvafiq olsa da, bu məslələrdə "Nicat Tapmış Firqə" (Firqatun-Nəciyə), "Kömək Olunmuş Tayfaya" (Taifətul-Mənsura) müxalif olan sələf mənhəcindən çıxırmı?​"

ardını oxu 1139 oxunma mənhəc nədir
Mənhəc nədir? Mənhəc - ərəb dilində nəhəcə, yənhəcu, minhəcən sözündən götürülüb, insanın getdiyi aydın yol deməkdir. Uca Allah buyurur: “Sizdən hər biriniz üçün bir şəriət və bir yol təyin etdik”. (əl-Maidə, 48).Abdullah ibn Abbas (Allah ondan razı olsun) bu ayədəki “minhəcə“ sözünün “sünnə” və “yol” mənasını verdiyini demişdir. (Cəmiul-Bəyan, 10/ 387).  
ardını oxu 3688 oxunma mənhəc nədir