Sıravi müsəlman namaz qılmayanın hökmü məsələsində istədiyi rəyi seçə bilərmi?

English

Cahillik Əhli Sünənin alimlərinin əksəriyyətinə (cumhura) görə üzrlüdür. Şeyx İbn əl-Useymin (Allah ona rəhm etsin) buyurur: “Cahilliyin üzürlü olması Quran və Sünnədən götürülmüşdür. Bir nəfər dəlil gətirə bilməz ki, insan cahilliyinə görə üzürlü deyildir. Çünki, Uca Allah buyurur: “Biz müjdə verən və qorxudan elçilər göndərdik ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın”. (ən-Nisa, 165). Əgər cahillik üzr olmasaydı, Rəsulların göndərilməsində heç bir fayda olmazdı. Quran və Sünnənin dəlilləri insanın cahilliyinin üzrlü olmasını tələb edir. Bunu artıq bizdən qabaq İbn Teymiyyə və Muhamməd ibn Abdul-Vahhab kimi alimlər bildirmişlər” (“Liqaətul-Bəb əl-Məftuh”, 33/ Sual 12, “Hukmul-Murciə va Mən Yuzəru bi Cəhlihi”). Əgər kimsə alimlər arasında azlıq təşkil edən "cahillik üzrlü deyil" rəyini götürürsə, başını aşağı salıb heç kimi ittiham etmir, qarşı tərəfin rəyini götürənə "bu murciədir" deyərək insanları ondan çəkindirmirsə, insanları fasiqlikdə ittiham etmirsə, bura qədər sələfi mənhəcində qalır. Bundan kənara çıxan, əksini edən artıq bidət mənhəcini daşıyır. Tərbiyələnməsi üçün ondan salam kəsilir. Hətta salam verdikdə, salamı alınmır. İmam Əvzaiyə (Allah ona rəhm etsin) bir bidətçi əl uzadır ki, salam versin, İmam Əvzai onun salamını almır. "Salam vermək müstəhəb, salamı almaq vacibdir" qaydası buna aid deyil. Çünki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) Kəb ibn Məlikin (Allah ondan razı olsun) hadisəsində ondan salamı kəsmiş, hanıya da demişdir ki, ondan salmı kəssinlər. Kəb ibn Məlik kimə salam verirdisə, onun salamını almırdılar.

Uca Allah buyurur: "Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun" (əl-Ənbiya, 7). Təfsir alimləri bu ayə haqda deyirlər: "Müəyyən bir yer əhli həmin ərazidə yaşayan alimlərə təqlid etməlidirlər". Yəni, hamını yükləməyib ki, gedib ictihad etsinlər. Məzhəblər ayrıca bir din deyil, dini başa düşmək üçün məktəbdir və heç kim "mən bu məzhəbdən kənara çıxmayacam" deyə bilməz. Allah avamlara çıxış yolu qoyaraq deyib: "Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun" (əl-Ənbiya, 7). Təfsiri də budur: "Müəyyən bir yer əhli həmin ərazidə yaşayan alimlərə təqlid etməlidirlər". Ona görə də sıravi müsəlmanlar harada yaşayırlarsa, dindən bilmədiklərini oranın elm tələbələrindən soruşmalıdırlar.

Həmçinin oxuyun: Bidət əhli ilə oturub-durmaqdan çəkinmək haqda alimlərin sözləri