təkfir nədir

Dördüncü şərt: Dördüncü şərt həmin şəxsin təvil yəni, dəlilləri başqa mənaya yozan olmamasıdır. Buna təvil deyilir. Təvil edən şəxs bu əməli qəsdən etməyib. Sadəcə ayəni və ya hədisi oxuyub səhv başa düşüb. Özünün səhvən anladığına əsaslanaraq, zəlalətdən olan o sözü demişdir.

ardını oxu 2572 oxunma təkfir nədir, cahilliyin üzrlü olması
Üçüncü şərt: Hüccətin həmin şəxsə çatdırılması və bu şəxsin hüccəti başa düşməsidir. Düşünür ki, filan adam və ya filan şəhər sakinləri izhar (nümayiş) etdirərək bu əməli edirlərsə, bu, həmin əməlin küfr olmadığını bildirir. Buna görə də onlara təqlid edir. Ona bəyan olunmalıdır ki, bu, kor-koranə təqliddir. O kəslər xəta ediblər. Xətakarı nümunə götürüb ona təqlid etmək olmaz.   Bu barədə elm əhlinin sözləri;  
ardını oxu 2694 oxunma təkfir nədir, cahilliyin üzrlü olması
Hüccət nədir? Hüccət - bilmədən günah edən insana bu əməlin haram olması haqqında dəlillərin çatdırılması (izah edilməsi) və bu şəxsin həmin dəlilləri başa düşməsidir.  
ardını oxu 2616 oxunma təkfir nədir, cahilliyin üzrlü olması

Şeyx Muhəmməd Nəsirəddin əl-Albaniyə belə bir sual verirlər:

"Hörmətli şeyx! Burada gənclər bəzi qaydalar ilə hərəkət edirlər. O qaydalar bunlardır:

“Kim kafiri təkfir etməsə o şəxs özü kafirdir”
“Kim bidətçini bidətçi elan etməzsə o özü bidətçi olur”
“Kim bizimlə deyilsə, bizə qarşıdır”

Şeyx sizin bu qaydalar barədə rəyiniz nədir? Həmçinin, bu qaydalar haradan gəlmişdir və bu qaydaların əsasını kim qoymuşdur?"

ardını oxu 1455 oxunma təkfir nədir, cahilliyin üzrlü olması

Şeyxul İslam İbn Teymiyyənin (Allah ona rəhm etsin) təkfir etmək haqda belə buyurmuşdur:

ardını oxu 1439 oxunma təkfir nədir, cahilliyin üzrlü olması
أَنَّ حُذَيْفَةَ حَدَّثَهُ قَالَ : قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : إِنَّ مَا أَتَخَوَّفُ عَلَيْكُمْ رَجُلٌ قَرَأَ الْقُرْآنَ حَتَّى إِذَا رُئِيَتْ بَهْجَتُهُ عَلَيْهِ ، وَكَانَ رِدْئًا لِلْإِسْلاَمِ ، غَيَّرَهُ إِلَى مَا شَاءَ اللَّهُ ، فَانْسَلَخَ مِنْهُ وَنَبَذَهُ وَرَاءَ ظَهْرِهِ ، وَسَعَى عَلَى جَارِهِ بِالسَّيْفِ ، وَرَمَاهُ بِالشِّرْكِ ، قَالَ : قُلْتُ : يَا نَبِيَّ اللَّهِ ، أَيُّهُمَا أَوْلَى بِالشِّرْكِ ، الْمَرْمِيُّ أَمِ الرَّامِي ؟ قَالَ : بَلِ الرَّامِي.  
ardını oxu 1301 oxunma təkfir nədir, cahilliyin üzrlü olması, dəlillər

Müsəlmanları təkfir etmək bidət əhlinin daimi sifətlərindəndir. İmam əl-Əsbahani (Allah ona rəhm etsin) demişdir: “Biri birilərini təkfir etməklə məşğul olan xavaric, rafizi və qədərilər kimi bidət əhlindən fərqli olaraq, sünnə əhli biri birilərini təkfir etmir! Onlardan yeddi nəfər bir məclisdə toplansa, mütləq biri birilərini təkfir edərək oradan ayrılacaqlar. Onlar yəhudi və nəsranilərə bənzəyirlər və Allah onlar haqqında demişdir: “Yəhudilər dedilər: “Xaçpərəstlər (dində düzgün və mötəbər) bir şeyə istinad etmirlər”.

ardını oxu 1791 oxunma təkfir nədir, cahilliyin üzrlü olması

Bəzi müsəlmanların  problemi, ümumi təkfiri düzgün başa düşməmələri və müəyyən təkfirlə ümumi təkfir arasında fərq qoymamalarıdır. Yəni “belə etmək küfrdür” deməklə “belə edən kafirdir” demək arasında, günahın özü ilə onu edən insan arasında fərq qoymamalarıdır. Yəni, ümumi dəlillərlə xüsusi dəlilləri bir birindən ayırmamaq bu problemlərə səbəb olur. 

İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: “Müəyyən şəxsə gəldikdə (onu) küfrdə ittiham etmək fərqlənə bilər. Hər xəta edən bidətçi və fasiq olmur, hər yolunu azan da kafir, fasiq və ya günahkar olmur”. (Minhəcus-Sunnə, 5/ 250). 

ardını oxu 2749 oxunma təkfir nədir, cahilliyin üzrlü olması
Bu məsələ təkfir bölümündə ən incə və ən təhlükəlisidir. Çünki, bunun üzərində müəyyən şəxsin kafir olması və ya kafir olmaması barəsində hökm çıxardılır. Bunun səbəbilə neçə-neçə ayaqlar büdrəmiş, neçə-neçə insanlar özlərini həlak etmişlər. Bunun mənşəyi mütləq təkfirlə müəyyən təkfiri ayıra bilməməkdədir. İnsanı İslamdan çıxaran əməllər vardır ki, belə insana hökmü verən elmdə püxtələşmiş alimlər olmalıdırlar.
ardını oxu 2076 oxunma təkfir nədir, cahilliyin üzrlü olması
Təkfir etmək bir insanin kafir olduğunu deməkdir. Bu, İslam şəriətində dindən çıxanları ayırd etmək və onları mühakimə etmək üçün tətbiq edilən bir elmdir. Bəzi yolunu azmış savadsız adamlar bu məsələyə aid Quran ayələrini və hədisləri öz nəfslərinə və ağıllarına uyğun şəkildə şərh edərək, bilməyərəkdən şirk əməllər edən müsəlmanları kafir elan edir, digər müsəlmanları onlara qarşı nifrətə və düşmənçiliyə çağırırlar. Halbuki, Quran və səhih hədislərə əsasən bunu etmək böyük günahdır.
ardını oxu 1749 oxunma təkfir nədir, cahilliyin üzrlü olması