Dördüncü şərt: Dördüncü şərt həmin şəxsin təvil yəni, dəlilləri başqa mənaya yozan olmamasıdır. Buna təvil deyilir. Təvil edən şəxs bu əməli qəsdən etməyib. Sadəcə ayəni və ya hədisi oxuyub səhv başa düşüb. Özünün səhvən anladığına əsaslanaraq, zəlalətdən olan o sözü demişdir.
İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: “Mütləq (ümumi) təkfir müəyyəni (kimisə fərd olaraq kafir saymağı) vacib etmir”. Bidətçilərin çoxunun düşdüyü bidətin əsas səbəbi təvil olmuşdur. Onun özünün müxalif olduğu ona bəlli olmayana qədər, o, üzürlü sayılır. Təvil özü bir növ xətadır. Ona görə də xətaya aid olan dəlillər təvilə də aiddir. "Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma!” (əl-Bəqərə, 286). Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur: “Həqiqətən, üç nəfərdən qələm qaldırılıb; dəli sağalana qədər, uşaq həddi buluğa çatana qədər, yatan insan oyanana qədər”. (Əbu Davud, 4403). Buna xüsusi dəlillər də var. Rəvayət edilir ki, Abdullah ibn Ömər (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) Xalid ibn Vəlidi Bəni Cəzimə qəbiləsinin üstünə göndərib onları İslama dəvət etdi. Onlar: “Müsəlman olduq!”- demədilər, (əvəzində): “Döndük, döndük!” (yəni, “Səbənə, səbənə” – “Dinimizi tərk edib müsəlman olduq” deməyi qəsd edib belə) dedilər. Onda Xalid (Allah ondan razı olsun) onların (bir çoxunu) öldürdü, (yerdə qalanını da) əsir götürdü və bizim hər birimizə bir əsir bağışladı. Nəhayət, günlərin bir günü Xalid bizim hər birimizə (əlinin altında olan) əsirini öldürməyi əmr etdi. Dedim: “Vallahi ki, nə mən, nə də dostlarımdan bir kimsə öz əsirini öldürməyəcəkdir”. Nəhayət, biz Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib bu hadisəni ona danışdıqda Peyğəmbər (salləllahu aleyhi və səlləm) əllərini (göyə) qaldırıb iki dəfə dedi: “Allahım, həqiqətən də, mən Xalidin etdiyi əməldən uzağam!” (əl-Buxari, 4339). Xalidin bu şəxsləri öldürməsi xəta idi. O, təvil etdiyinə görə Peyğəmbər (salləllahu aleyhi və səlləm) Xalidi cəzalandırmadı. Onlar: “Döndük!”- dedikdə İslama girmələrini qəsd edirdilər. Lakin Xalid bunun zahirini götürdü, çünki “Sabənə” sözü bir dindən başqa dinə keçmək deməkdir və onların bu sözü ilə kifayətlənmədi.
Rəvayət edilir ki, Cabir ibn Abdullah (Allah ondan razı olsun) demişdir: “Muaz ibn Cəbəl Peyğəmbərlə (salləllahu aleyhi və səlləm) birlikdə namaz qılar, sonra da qayıdıb öz tayfasına namaz qıldırardı. (Bir dəfə) o, İşa namazını qıldırarkən əl-Bəqərə surəsini oxudu. (Buna tab gətirə bilməyən) bir nəfər namazdan çıxdı. Muaz ona münafiq dedi. Bu söz kişiyə çatdıqda, bu kişi Peyğəmbərə (salləllahu aleyhi və səlləm) dedi: “Ey Allahın Elçisi, biz əlimizlə işləyən bir qövmük, əlimizlə dəvələrin üstündə su aparıb suvarırıq. Muaz isə dünən gecə namazda əl-Bəqərə surəsini oxudu. Mən çıxıb namazı qısa qıldım. O isə mənim münafiq olduğumu iddia etdi”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) üç dəfə: “Sən fitnəkarsanmı (ey Muaz?)”- dedi və ona Şəms, Əalə və buna oxşar surələrin oxunmasını buyurdu”. (əl-Buxari, 701).
Buna oxşar hadisə isə Hatib ibn Əbi Bəltəanın hadisəsidir. Əbu Abdur-Rahmən əs-Suləmi demişdir: “Mən Əli ibn Əbu Talibin (Allah ondan razı olsun) belə rəvayət etdiyini eşitdim: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) məni və Zubeyr ibnul-Əvvamı - atlı olduğumuz halda - (Məkkəyə doğru) göndərəndə dedi: “Filan baxçaya çatana qədər gedin. O baxçada bir qadın olacaq. O qadında Hatibin müşriklərə yazdığı məktubu var. Onu mənə gətirin!” Biz o qadına dəvəsinin üstündə gedərkən, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) təsvir etdiyi yerdə çatıb soruşduq: “Səndəki məktub haradadır?” O dedi: “Məndə məktub yoxdur”. Biz onu da, onun dəvəsini də axtardıq. Zubeyr (Allah ondan razı olsun) dedi: “Mən heç nə görmürəm”. Mən dedim: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) yalan danışmaz. Canım Əlində Olana and olsun ki, ya səni soyunduracağam, ya da məktubu (öz xoşunla) çıxaracaqsan”. Qadın əlini əynindəki yun paltarının qurşağına salıb məktubu çıxartdı. Biz Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına qayıtdıq. Ömər (Allah ondan razı olsun) dedi: “Hatib Allaha, Onun Elçisinə və möminlərə xəyanət etdi. Burax, onun boynunu vurum!” Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “(Bu işi görməyə) səni vadar edən nədir?” Hatib (Allah ondan razı olsun) dedi: “Mən Allaha iman gətirən bir adamam. Lakin müşriklər Məkkədəki yaxınlarıma toxunmasınlar deyə, belə etdim”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Doğru deyir, ey Ömər! Məgər o, Bədr döyüşündə iştirak etməyibmi? Allah həmin döyüşdə iştirak edənlərin halından xəbərdar olduğuna görə demişdir: “İstədiyinizi edin! Artıq Cənnətə girmək sizə vacib edildi”. Ömər (Allah ondan razı olsun) ağlaya-ağlaya dedi: “Allah və Onun Elçisi daha yaxşı bilir!” (əl-Buxari “Ədəbul-Mufrad” 438).
Bu iki hədis Peyğəmbərin (salləllahu aleyhi və səlləm) təvil edənləri üzürlü saymasına, o sözlərinə görə onları cəzalandırmamasına dəlalət edir. Artıq Muaz (Allah ondan razı olsun) o kişinin münafiq olduğunu, Ömər (Allah ondan razı olsun) də “Hatib Allaha, Rəsuluna və möminlərə xəyanət etdi” demişdir. Lakin Peyğəmbər (salləllahu aleyhi və səlləm) onları üzürlü saymışdır.
İbn Qudamənin “əl-Muğni” kitabında belə bir hadisə zikr olunur. Ömərin (Allah ondan razı olsun) vaxtında bəziləri içki içir və bunun onlara zərər vurmayacağına inanırdılar. İstinad etdikləri bu ayə idi: “Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Həqiqətən, şeytan sərxoşedici içki və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz buna son qoyacaqsınızmı? Allaha itaət edin, Onun Elçisinə itaət edin və asi olmaqdan çəkinin! Əgər üz çevirsəniz, bilin ki, Elçimizin öhdəsinə düşən ancaq açıq-aydın təbliğ etməkdir. İman gətirib yaxşı işlər görənlərə, Allahdan qorxaraq iman gətirib yaxşı işlər gördükləri, sonra yenə Allahdan qorxaraq iman gətirdikləri, sonra yenə də Allahdan qorxaraq yaxşı işlər gördükləri təqdirdə, haram edilməmişdən əvvəl daddıqları şeylərə görə heç bir günah gəlməz. Allah yaxşı iş görənləri sevir”. (əl-Maidə, 90-93). Ömər (Allah ondan razı olsun) də onlardan dəqiqləşdirəndən sonra məlum oldu ki, düz başa düşməyiblər. Ömər də onları təkfir etmədi. Əksinə içki içən müsəlman necə cəzalanırsa, elə cəzalandırdı. Yəni, şallaq vurdurdu. Çünki, onlar Quran ayəsini səhv başa düşdüklərinə görə üzürlü sayılırdılar.
Nəhrəvan döyüşündən sonra (xavariclərlə baş verən döyüş belə adlanır) Əlinin (Allah ondan razı olsun) yanında olanlardan biri deyir ki, ondan soruşdular: “Onlar müşriklərdir?” Əli (Allah ondan razı olsun) dedi: “Onlar şirkdən qaçanlardır”. Yenə soruşdular: “Bəs onlar münafiqdirlərmi?” O dedi: “Münafiqlər Allahı az zikr edərlər”. Soruşdular: “Bəs onlar kimlərdir?” Əli (Allah ondan razı olsun) dedi: “Onlar bizə qarşı azğınlıq edən qövmdür, ona görə biz onlara qarşı vuruşduq”.
İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: “Səhabələrdən heç biri onlara kafir hökmü verməyib”. İnsan təvilə görə haramı halal sayarsa, bir şeyi təvilə görə edərsə, üzürlü sayılır. Ümmətin yetmiş üç firqəyə bölünməsi hədisi dəlildir ki, onlar İslam ümmətindən sayılır və dindən çıxmayıblar. Bir şəxs müsəlmanı təvilə görə kafir sayarsa, İslamdan çıxmır. Bir insan icma olan, şübhəsiz haram sayılan məsələnin halallığını etiqad edərsə, kafir olur. Təvil etmədən, aydın şəkildə müsəlmanın qanını halal görüb öldürərsə, o insan kafir olur. Əgər bu məsələ təvilə görə olarsa, xavariclər kimi, fəqihlərin çoxu onları kafir görməmişlər. Onlar şübhəyə və təvilə görə belə edirdilər. Abdur-Rahmən ibn Mülcəmə də (Həzrət Əlini o qətlə yetirirb) kafir hökmü verilməyib. Xavariclər bunu (yəni, Əliyə (Allah ondan razı olsun) qarşı çıxmağı, onu öldürməyi) Allaha yaxınlaşmaq vasitəsi kimi görüblər. İmran ibn Hittan xavariclərin başçılarından biri və oturan xavariclərdən (hakimlərin arxasınca onların nöqsanları haqqında danışanlar) idi. İbn Mülcəmi dəstəkləyirdi. Lakin o da təvilə görə belə edirdi. Halalı haram görmək təvilə görədirsə, üzürlü sayılır. Bidət əhli bir bidət qondarır, onu dindən hesab edir, onlara müxalif olanları kafir sayırlar.
İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: “Bir sözün küfr olması, onu deyənin kafir olmasını gərəkdirmir. Müəyyən şəxs barəsində küfrün sabit olması onun barəsində Cəhənnəmlik olmasının sabit olması kimidir”. (İbn Teymiyyə “İman”, səh. 256).
İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “O demək deyil ki, bir kəsin sözü küfrdürsə, dərhal onu deyəni təkfir edəsən. İnsan cahil və təvilçi ola bilər. Ona görə də bir kəsə kafir demək onu Axirətdə olan qorxu ilə müjdələməkdir. Bunun isə maneələri və şərtləri vardır” (“Minhəcus-Sunnə” cild 5, səh. 240).
İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “O ki qaldı əqidə məsələlərinə, əksər insanlar bu məsələdə xəta edənləri təkfir edirlər. Hansı ki, bu cür etmək nə səhabələrdən, nə tabiinlərdən, nə də ki hansısa imamlardan gəlmişdir. Bu cür etmək bidət əhlinin sözlərindən və onların sözlərindəndir”. (“Minhəcus-Sunnə” cild 5, səh. 239-240).
İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “Müəyyən bir şəxs ona hüccət qalxmayana qədər təkfir olunmur. Məs. Namazın və zəkatın vacibliyini inkar edir, içkini və zinanı halal sayır və təvil edir. Bu kimi insan hüccət qaldırmayıncaya qədər təkfir olunmur”. (əl-İmanul-Əusat 1/ 165).
Xattabi (Allah ona rəhm etsin) kitabında “Ümmətim 73 firqəyə bölünəcək” hədisini şərh edərkən buyurur: “Bu hədis dəlildir ki, bu firqələrin heç biri dindən xaric olmayıb. Çünki, Peyğəmbər onların hamısını ümməti adlandırmışdır. Həmçinin hədis göstərir ki, təvilçi təvilində xəta etsə belə dindən çıxmır”. (Məalimus-Sünən, 1634 cü hədisin şərhi, cild 4, səh. 295).
İbn Həcər (Allah ona rəhm etsin) deyir: “Müsəlmanı heç bir səbəbsiz, təvil olmadan kafir sayan özü kafir ola bilər”. (“Fəthul-Bəri”, cild 12).
Abdullah ibn Abdur-Rahmən (Allah ona rəhm etsin) deyir: “Əgər bir insan Allah üçün qəzəbinə görə, şübhəsinə görə, təvilinə görə başqasına kafir, fasiq, münafiq deyərsə, o, insanın bağışlanması umulur. Əgər bir şəxs başqa bir müsəlmanı nəfsi üçün qəzəblənərək, heç bir təvil olmadan kafir və münafiq görərsə, onun üçün qorxu vardır. Əvvəlkinin bağışlanması umulur, bu isə qorxuludur”.
Fəqihlərin çoxu xavaricləri təvillərinə görə kafir görməyiblər. Lakin kafir görən alimlər də var. İmamların hamısı mütləq (ümumi) təkfirlə müəyyən şəxsi təkfir etmək arasında fərq qoymuş və ümumi təkfirin müəyyən şəxsi təkfir etməyi vacib etmədiyini demişlər. Misal üçün, İmam Əhmədin (Allah ona rəhm etsin) Quran məxluqdur deyən xəlifələrə qarşı mövqeyi. Abbasilərin üç xəlifəsi bu əqidədə idi; Məmun, Mötəsim və Vaqid. Onlar mötəzilələrdən qidalanmışlar. Onlar insanları buna çağırmışlar. Onlara tabe olmayanlara əziyyət vermişlər. İmam Əhməd (Allah ona rəhm etsin) Uca Allah tərəfindən imtahan olunaraq zindana atılmış, hətta ölüm halına qədər gətirilmişdi. Amma İmam Əhməd (Allah ona rəhm etsin) onları kafir saymamışdır. Yəni müəyyən təkfirdə şərtsiz, qaydasız bir hökm verməmişdir. Onları təvil etdiklərinə görə kafir saymamışdır. Çünki, o xəlifələrə haqq bəlli olmamış, onları bidətçilər çaşdırmışlar. Hətta İmam Əhməd (Allah ona rəhm etsin) bidətçilərdən başqa, onların hamısına halallıq vermişdir. O, Əbu Bəkrlə Mistahın (Allah onlardan razı olsun) qissəsində olduğu ayələri xatırlamışdır. Xatırlatma üçün qeyd edək ki, Aişəyə (Allah ondan razı olsun) münafiqlər tərəfindən böhtan atıldıqda, Mistah ibn Usasə (Allah ondan razı olsun) də bu fitnəyə düşmüş və münafiqlərin atdığı böhtanı dilinə gətirmişdir. Mistah (Allah ondan razı olsun) kasıb idi və Əbu Bəkr (Allah ondan razı olsun) ona kömək edərdi. Uca Allah Aişəyə (Allah ondan razı olsun) bəraət qazandıran ayələr nazil etmiş, bu hadisədən sonra da Əbu Bəkr Mistaha (Allah onlardan razı olsun) kömək etməyəcəyinə and içmişdi və bu ayələr nazil olmuşdur: “Qoy aranızda olan fəzilət və sərvət sahibləri qohumlara, miskinlərə və Allah yolunda hicrət edənlərə heç bir şey verməyəcəklərinə and içməsinlər. Qoy əfv edib bağışlasınlar. Məgər siz Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah Bağışlayandır, Rəhmlidir”. (ən-Nur, 22). Əbu Bəkr (Allah ondan razı olsun) dedi: “Xeyr, vallahi, mən istəyirəm ki, Allah məni bağışlasın!” O, yenə də malından xərcləməyinə davam etdi (və dedi: “Vallahi, mən heç vaxt malımı Mistahdan əsirgəməyəcəyəm!)”. (əl-Buxari, 2661). İmam Əhməd (Allah ona rəhm etsin) deyir: “Uca Allahın müsəlman qardaşına sənə görə əzab verilməsində sənə nə kimi mənfəət vardır?!” Bu açıq-aydın dəlildir ki, İmam Əhməd (Allah ona rəhm etsin) həmin xəlifələri müsəlman görmüşdür. Onların Allahdan bağışlanmasını diləmişdir. İmam Əhməd (Allah ona rəhm etsin) onların açıq-aydın Peyğəmbərə (salləllahu aleyhi və səlləm) qarşı çıxdıqlarını bilmədiklərini bilirdi. Alimlər bəzi cəhmiləri də kafir görməmişlər. Müəyyən insana gələndə təkfir məsələsində insan dayanmalıdır. Hululi olan cəhmilərə İbn Teymiyyə (Allah ona rəhm etsin) deiyr: “Əgər sizin dediyinizə müvafiq olsam kafir olaram. Lakin mənə görə siz kafir deyilsiniz, çünki siz cahilsiniz”. (İbn Teymiyyə “Radd əlal-Bəkri” cild 2, səh. 494).
Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) sonra fətra dövrünə düşən insan onda olan az imana görə də savab qazanır. Məsələn; Huzeyfə ibn əl-Yəmən (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: “Paltarın naxışı köhnəlib silindiyi kimi İslam dini də (yer üzərindən) silinib gedəcək, hətta orucun, namazın, həcc və sədəqənin nə olduğu bilinməyəcək. Bir gecədə Uca Allahın Kitabı qaldırılacaq və yer üzündə ondan bir ayə belə qalmayacaq. Çox yaşlı kişilər və qadınlardan olan insanlar qalacaq və onlar belə deyəcəklər: “Biz atalarımızdan bu “lə iləhə illəllah” kəlməsini eşitmişik və biz də onu söyləyirik”. Huzeyfə ibn Yəmən (Allah ondan razı olsun) bu hədisi rəvayət edtikdə orada olan Sila ona dedi: “Namazın, orucun, həccin və sədəqənin nə olduğunu bilmədikləri halda “lə iləhə illəllah” kəlməsi onları (Cəhənnəm əzabindan) qurtara bilərmi?” Huzeyfə (Allah ondan razı olsun) Silanın bu sualını cavabsız buraxıb ondan üzünü çevirdi. Sonra Sila bu sualı Huzeyfəyə üç dəfə təkrar etdi. Hər dəfə də Huzeyfə ondan üz çevirirdi. Nəhayət Huzeyfə Silaya tərəf dönüb üç dəfə: “Ey Sila! (Bu kəlmə) onları oddan xilas edəcək!”- dedi”. (İbn Məcə, 4049, 4185. əl-Albani səhih olduğunu bildirmişdir).
İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: “Fəlsəfə əhli və batinilərin kafir olması açıq-aydındır, onlar kafirdirlər. Lakin onların sözlərinin həqiqətini, mahiyyətini bilməyən şəxs onların küfrünü bilməz. Onların sözlərinin küfr olduğunu bilməyənlər onların bəzi sözlərindən yapışırlar, baxmayaraq ki, bu söz küfrdür. Bu şəxs bilmədiyinə, cahilliyinə görə üzürlü sayılr”. (İbn Teymiyyə “Şərhul-Əqidə əl-İsfahaniyyə” səh. 211).
Nəticə: Ona hökm verəcək kəslər kimlər olmalıdır? Hökm verən kəslər alimlər olmalıdırlar. Cahil olan kəs ona hökm verə bilməz. Hətta dəlillər, ayələr, hədislər əzbərləsə belə. Hər ayə, hədis əzbərləyən, onları düzgün başa düşə bilmir. Bu – fiqhdir. Allah bunu istədiyinə verir. Uca Allah buyurur: “Allah istədiyi kəsə hikmət bəxş edir. Kimə hikmət verilmişsə, ona çoxlu xeyir nəsib edilmişdir”. (əl-Bəqərə, 269). Hikmət - Allahın dinini başa düşməkdir. Elm – çoxlu əzbərlə olmur. Elm – mətnlər, ayələr, hədislər əzbərləməklə olmur. Elm – yalnız başa düşməklə olur. Allahın dinini başa düşmək, Allahın nə istədiyini dərk etmək, Rəsulullahın (salləllahu aleyhi və səlləm) nə qəsd etdiyini bilməklə olur. Buna görə də bu məsələdə alimlərə qayıtmaq lazımdır.