Hakimləri şəri və qeyri-şəri qismlərə bölmək doğrudurmu?

English
Video: 

Sual: Bizi faydalandırdığınıza görə Allah sizə bərəkət versin! Allahdan istəyirik ki, hamımızı sözə qulaq asıb, yaxşısına əməl edənlərdən etsin! Sualda deyilir ki, elmli olduqlarını iddia edən bəzi kəslər müsəlman hakimləri şəri və qeyri - şəri hakimlər olmaqla iki qismə bölürlər. Bu bölgünü hakimlərin Allahın hökmü ilə hökm verib-verməmələrinə əsaslandırırlar. Sonra da bəzi hakimlər barəsində deyirlər ki, onlar müsəlman olsalar da qeyri-şəri hakimlərdir. Həmçinin, onlara beyət də olunmur. Bu hakimlərə yalnız məsləhət baxımından qulaq asılır və itaət olunur. Sonra isə bu bölgünü Əhli-Sünnəyə nisbət edir və buna əsasən də bu məsələdə onları inkar edənləri rədd edirlər. Bu sözün Əhli-Sünnənin sözü olduğunu demək doğrudurmu? Bu söz Əhli-Sünnəyə nisbət olunurmu?

Şeyx Süleyman Ruheyli (Allah onu qorusun) cavab verir: Hakimləri şəri və qeyri-şəri olmaqla iki qismə bölmək məsələsi barəsində dəlillər və Əhli-Sünnə vəl-Cəməanın sözü bunu göstərir ki, hakimlər vəsf baxımından üç qismə bölünürlər:

1. Adil müsəlman.

2. Zalım müsəlman.

3. Kafir.

Bundan başqa olan bölgülər nə dəlillərdə, nə də ki Əhli-Sünnənin sözlərində mövcud deyil. Amma hökmlərin onlara tətbiq olunması baxımından hakimlər iki qismə bölünürlər: Müsəlman və Kafir. Hakimləri şəri və qeyri-şəri hakim olaraq bu qismlərə bölmək doğru deyildir. Bu bölgünün nə dəlillərə istinad edən bir yeri var, nə də ki, sələfin sözlərinə istinad edən bir yeri. Həqiqətdə bu bölgü təhlükəli bir mövqedir. Çünki, bu bölgü əmr sahibi barəsində olan şəri dəlilləri dağıdır. Həqiqətən, biz (hakimlərə verilən) bu vəsflərə baxdıq və gördük ki, əgər bunu indiki vaxtda hakimlərə tətbiq etsələr, görəcəklər ki, müsəlmanların bütün hakimləri qeyri-şəri hakimlərdir. Çünki, bu bölgünün sahibləri deyirlər ki, “onların iddialarına görə indiki zamanda Allahın şəriəti ilə (hökmlər ilə) hökm verən hakim yoxdur. Beləliklə də onlar qeyri-şəri hakimlərdir, kafirlərin müamiləsi ilə müamilə olunurlar. Belə ki, onlara yalnız dünyavi faydalar üçün qulaq asılır və itaət olunur”.  Bu çox təhlükəli mövqedir. Bu bölgünün nə dəlillərdə, nə də ki, sələfin sözlərində heç bir əsası yoxdur. Əksinə, bu bölgü bu mövzuda olan dəlilləri və Əhli-Sünnə vəl-Cəməanın üsullarını (əqidə qaydalarını) dağıdır.