Rafizilərin tikdiyi məscidlərdə namaz qılmaq olar?

Sual: 
Salam aleykum. Rafizilərin tikdiyi məcidlərdə namaz qılmaq olar? Şübhə atırlar ki, belə məscidlər "məscidud-dirar" hökmündədir.
Cavab: 

Va aleykumus-Sələm va rahmətullah. "Məscidud-Dirar" Peyğəmbərin (salləllahu aleyhi və səlləm) dövründə münafiqlərin tikdiyi məscid olub. Bunu isə Uca Allah Peyğəmbərinə (salləllahu aleyhi və səlləm) vəhy ilə bildirmişdir. Günümüzdə isə nə Peyğəmbər (salləllahu aleyhi və səlləm) var, nə də vəhy var. Ona görə də hansısa məscidə "Məscidud-Dirar" hökmü vermək qeybi məsələdir və bu iddia həmin iddianı irəli sürənin küfrünə səbəb ola bilər. Daha ətraflı: 

"Məscidud-Dirar" haqda

Ələm olan məscidin hökmü

Mövzular: