Sufilərlə mübahisə etməyin qaydaları

English

Müsəlmanlar sufilərin etdikləri bidətlərə qarşı ikrah hissi keçirirlər, lakin bir çox müsəlman sufilərlə mübahisə etdikdə, əsas olmayan məsələlər barəsində mübahisə edirlər. Onların camaat şəklində xorla zikr etmələrindən, onların mövlud keçirməsindən və ya hər hansı bidət olan əməllərindən danışırlar. Halbuki, sufilərdə bu məsələlərdən qat-qat ağır və əqidəyə zidd olan bidətlər var. Ona görə, onlarla mübahisə zamanı yuxarıda qeyd edilən - əsas olmayan məsələlərdən başlanılması səhvdir. Mübahisə zamanı kiçik məsələlərdən başlamaq, ortada böyük bir məsələlərin gizlin qalmasına və üzərindən ötüb keçməsinə gətirib çıxarır. Sufilərlə mübahisə edildiyi zaman əsas məsələlərdən başlamaq lazımdır.

Onlarla mübahisə edildiyi zaman ilk öncə öz aranızda qaydalar qoyun, sonra isə mübahisəni o qaydalar üzərində aparın. Çünki əgər bidət əhli ilə mübahisə edildiyi zaman hər-hansı qaydalar tətbiq edilməsə, heç bir nəticə əldə olunmayacaq və mübahisə edən tərəflərin öz yollarına davam etməsinə gətirib çıxaracaq. Onun üçün bizim ilk onlaraq dediyimiz və soruşduğumuz bu məsələ olmalıdır: “Biz dini, əqidəni hardan götürür və ibadətləri necə qəbul edirik? Bizim bu məsələləri, Allahın dinini, əqidənin sübut edilməsini, ibadətin götürülməsini əldə etməyimiz üçün lazım olan qəbul etdiyimiz mənbə nədir?

Bu sualı onlara yönəldərək soruşuruq: İslam dinində yalnız Allahın kitabı və Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) səhih sünnəsi var. Əqidənin isbatı Kitab və Sünnədən başqası ilə yerinə yetirilməsi və ya başqa bir məsələlərdən götürülməsi icazəli deyil. Şəriətin isbatı yalnız Kitab və Sünnə olmalı və ya kitab və sünnəyə müvafiq olan ictihad olmalıdır. Bu ictihad bəzən düz, bəzən də səhv ola bilər. Çünki Allahın kitabından və Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) başqa məsum olan bir kəs yoxdur. Amma sufilər iddia edirlər ki, özləri üçün dinin mənbəyi kimi qəbul etdikləri və “şeyx” adlandırdıqları kəslər dinlərini birbaşa Allahdan alırlar. Həmçinin iddia edərək deyirlər ki, Allahın Rəsulu Muhəmməd (ona və ailəsinə Allahın salavatı və salamı olsun) onların məclislərinə gələrək onları ziyarət edir, onlara əmrlər verir. Onların bəziləri öz dinlərini mələklərdən və cinlərdən götürdüklərini iddia edir və bunu “ruhaniyyət”, “kəşf” – yəni onlara açıqlanan kəşf olma adlandırırlar. Həmçinin onlar iddia edirlər ki, onların övliyaları qeyb məsələlərini, göylərdə və yerdə nələrin baş verdiyini və nələrin baş verəcəklərini bilirlər.

Ona görə, biz onlarla münaqişə etdiyimiz zaman onlara bu mübahisə üslubunu ortaya qoyaraq deyirik ki, dini Quran və Sünnədən götürürük və dəlil də yalnız Quran və Sünnə, həmçinin Quran və Sünnəyə müvafiq olan ictihad olmalıdır. Onlar bunu isbat etdikdən sonra və hər birimiz bu məslənin üzərində razılaşdığımız zaman onlar cinlərdən, mələklərdən, övliyalardan aldıqlarını iddia etdiklərini dəlil gətirə bilməyəcəklər. Onların isə bu ikisində, həmçinin onlara müvafiq olan ictihaddan dəlil gətirməyə nə gücləri, nə də qüvvətləri yoxdur. Çünki onların dayanacaqları elm övliya adlandırdıqları şeyxlərinin cinlərdən olan şeytanlardan öyrəndikləridir. Bu isə heç vaxt şəri dəlil sayıla bilməz.

Bunun üzərində ittifaq etdikdən sonra sufi olana aşağıdakı məfhumları anladıb aydınlaşdırmaq lazımdır ki, ortada münaqişə əsnasında hər hansısa bir problem olmasın:

1. Bizim dinimiz İslam dinidir. Allah heç bir kəsdən İslam dinindən başqa bir din qəbul etməyəcək. Uca Allah buyurur: “Kim İslamdan başqa bir din arayarsa, bilsin ki, o din ondan əsla qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar”. (Ali-İmran, 85).

2. "Lə iləhə illəllah" şəhadətinin mənasını izah edib bunun üzərində ittifaq etmək lazımdır. Bu kəlmənin mənası: Allahdan başqa ibadət olunmağa haqqı olan məbud yoxdur.

3. "Muhəmmədun Rəsullullah" kəlməsini izah edib bunun üzərində ittifaq etmək lazımdır. Bu kəlmənin mənası - Allahın Rəsulunun xəbər verdiklərini təsdiq etmək, əmr etdiklərində ona itaət etmək, onun qadağan edib çəkindirdiklərindən çəkinmək və yalnız Allahın şəriətdən etdiyi və bizə öyrətdiyi bir şəkildə Ona ibadət etmək.

4. Allah bizə tağutu inkar edərək Allaha iman gətirməyi əmr etmişdir. “Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kim tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah hər şeyi eşidəndir, hər şeyi biləndir" (əl-Bəqərə, 256). Allahın insanların üzərinə fərz etdiyi ilk şeylərdən biri Allaha iman etmək, tağutlara isə küfr etməkdir. Tağutlar Allahdan başqa ibadət olunan və ibadət olunmasına razı olan hər bir kəsdir. Həmin sufiyə tağutun nə olduğunu açıq-aydın izah etmək lazımdır, çünki sonra mübahisə əsnasında bu şərtə bizim çox böyük bir ehtiyacımız olacaq. Hər bir vaxt və halda bu bəndə qayıtmalı olacağıq. Tağutlar Allahdan başqa ibadət olunan və ibadət olunmasına razı olan hər bir kəsdir.

İnsan tağutu necə inkar etməlidir? Allahdan qeyri ibadət olunan hər bir şeyin və hər bir kəsin batil olmasını, həmin ibadət olunanların tərk edilməsini, onlara nifrət edilməsini və onların müsəlman olmamasını həmin sufiyə başa salmaq lazımdır.

5. Həmin sufiyə Allahın cinləri və insanları yalnız Ona ibadət etmək üçün yaratmasını başa salmaq lazımdır: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım” (əz-Zariyat, 56).

6. Həmin sufiyə ibadətin nə məna kəsb etdiyini izah etmək lazımdır, çünki ibadət yalnız namaz, oruc, zəkat və həcc demək deyil. Əksinə, ibadət Allahın sevib razı qaldığı, gizlində və aşkarda olan bütün sözlər və hərəkətlərdir. İbadət yalnız müəyyən bir şeyə bağlı deyil, onun mənası genişdir.

7. Həmin sufiyə ibadətin bir çox növünün olduğunu izah etmək lazımdır. Təvəkkül, qorxu, namaz, zikr, valideynlərə yaxşılıq və s. ibadətin növlərindəndir.

Duanın ibadət olmasına dəlil: “Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”. (Ğafir, 60).

Qorxunun ibadətdən olmasına dəlil: “Şeytan sizi sadəcə öz dostları ilə qorxudur. Möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun!” (Ali-İmran, 175).

Təvəkkülün ibadətdən olmasına dəlil: “Əgər möminsinizsə, Allaha təvəkkül edin!” (əl-Maidə, 23)

Namazın ibadətdən olmasına dəlil: “Tövbə edərək Ona üz tutun, Ondan qorxun, namaz qılın və şərik qoşanlardan olmayın!” (ər-Rum, 31).

Zikrin ibadətdən olmasına dəlil: “Ey iman gətirənlər! Allahı çox zikr edin!” (əl-Əhzab, 41)

Valideynlərə yaxşılıq etməyin ibadətdən olmasına dəlil: “Biz insana ata-anasının qayğısına qalmağı tövsiyə etdik. Anası onu bətnində əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Onun bətndə daşınma və süddən kəsilmə müddəti otuz ay çəkir. Nəhayət, o, yetkinlik çağına yetişib qırx yaşa çatdıqda deyər: “Ey Rəbbim! Mənə, mənim özümə və valideynlərimə bəxş etdiyin nemətə şükür etmək və Sənin razı qalacağın yaxşı işləri görmək üçün ilham ver, nəslimi də mənim üçün əməlisaleh et. Mən Sənə tövbə etdim. Həqiqətən, mən müsəlmanlardanam!” (əl-Əhqaf, 15).

8. Həmin sufiyə başa salmaq lazımdır ki, ibadətlərin hansı növü olursa-olsun, heç birini Allahdan qeyrisinə yönəltmək olmaz, çünki Allahın sevdiyi və razı qaldığı sözlər və feillər yalnız ona yönəldilməli, yalnız Ona aid edilməlidir. İbadətlərin hər hansı bir növünü Allahdan qeyrisinə yönəltmək Allaha şərik qoşmaq sayılır. “Kim Allahla yanaşı, haqqında özünün heç bir dəlili olmadığı başqa bir məbuda ibadət edərsə, onun cəzasını Rəbbi Özü verəcəkdir. Şübhəsiz ki, kafirlər nicat tapmazlar!” (əl-Muminun, 117).

Bu ibadətlər - dua edilməsi, zikr edilməsi, təvəkkül edilməsi, namaz qılaraq baş əyib, bel büküb, dizi yerə qoymaq ibadətdir və yalnız Allah üçün edilməlidir.

9. Həmin kəsə küfrün və şirkin böyük və kiçik olmaqla iki növə bölündüyünü izah etmək lazımdır.

10. Şirk tövhidin ziddidir. Tövhid bütün ibadətlərdə Allahı təkləşdirməkdir. Şirk isə ibadətlərdən hansısa birini Allahdan qeyrisinə yönəltməkdir. Misal üçün, Allahdan qeyrisini çağıraraq dua etmək və ya Allahdan qeyrisinə səcdə etmək kimi.

11. Qarşımızda olan şəxsə izah edilməlidir ki, şirk ən böyük günahdır. Buna dəlil: “Allah Özünə şərik qoşulmasını əsla bağışlamaz, bundan başqa olan günahları isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs böyük bir günah etməklə iftira atmış olur”. (ən-Nisa, 48).

İnsan nə qədər ibadətlər etsə də, əgər böyük şirk edərsə, onun bütün ibadətləri puç olur və bu əməl onun əbədi olaraq Cəhənnəmdə qalmasını vacib edir. Uca Allah buyurur: “Bu, Allahın hidayətidir. Bununla O, qullarından istədiyi şəxsi doğru yola yönəldir. Əgər Ona şərik qoşsaydılar, əlbəttə, etdikləri əməllər puç olardı”. (əl-Ənam, 88); “Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir”– deyənlər kafir oldular. Halbuki Məsih demişdi: “Ey İsrail oğulları! Rəbbim və Rəbbiniz olan Allaha ibadət edin! Kim Allaha şərik qoşarsa, heç şübhəsiz, Allah Cənnəti ona haram edər. Onun gedəcəyi yer atəşdir. Zalımların heç bir yardımçısı yoxdur” (əl-Maidə, 72).

12.Həmçinin münafiqlik, yəni ikiüzlülük tək-Allahlılığa ziddir. Nifaq - bir insanın özünü imanlı olaraq göstərməsi, lakin öz qəlbində şirki və küfrü saxlamasıdır. Nifaqa misal: bir kəsin dili ilə Allaha iman etməsini deməsi, lakin batində isə ona küfr etməsidir: “İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: “Allaha və Axirət gününə inanırıq”– deyirlər”. (əl-Bəqərə, 8) Yəni, belə insanlar dilləri ilə "Biz Allaha iman etdik" deyirlər, amma həqiqətdə onlar Allaha iman gətirməmişlər.

13. Bilmək lazımdır ki, tövhidin üç növü var:

1) Rübubiyyət tövhidi - bu da Allahı Onun feillərində təkləşdirməkdir. Məsələn, Allahın tək Yaradan olması, ruzi verənin Allah olması, bütün işləri Allahın idarə etməsi, dirildənin və öldürənin Allah olması. Necə ki, Uca Rəbbimiz buyurur: “Allah hər şeyin xaliqidir. O, hər şeyi qoruyandır”. (əz-Zumər, 62).

Ruzini Allah verir: “Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. Allah onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir” (Hud, 6).

Bütün işləri Allah idarə edir: “O, göydən yerə qədər olan bütün işləri idarə edir” (əs-Səcdə, 5).

Dirildən də, öldürən də yalnız Allahdır: “O, həm dirildir, həm də öldürür” (Yunus, 56).

Tövhidin bu növünü Peyğəmbərimizin (ona Allahın salavatı və salamı olsun) dövründə olan kafirlər də qəbul edirdilər, lakin onların tövhidin bu növünü qəbul etmələri onları İslam dininə daxil etməmişdi. Necə ki, Allah buyurur: “Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?”– deyə soruşsan, onlar hökmən: “Allah!”– deyəcəklər...” (Loğman, 25).

2) Tövhidin ikinci növü Uluhiyyət tövhididir - yəni ibadətin bütün növlərini yalnız Allaha yönəltməkdir. Dua, qorxu, təvəkkül, kömək istəmək, sığınma və yaxud da bundan başqa ibadət növlərini yalnız Allaha yönəltmək Uluhiyyət tövhididir. Bütün peyğəmbərlər insanlara tövhidin bu növünü öyrətmək üçün gəlmişlər. Uca Rəbbimiz buyurur: “Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– deyə, elçi göndərdik...” (ən-Nəhl, 36).

Tövhidin bu növünü Allaha küfr edən və şirk qoşanlar inkar etmişlər: “O, məbudların hamısını bir məbudmu etdi?! Həqiqətən, bu, əcaib bir şeydir” (Sad, 5).

3) Tövhidin üçüncü növü isə Allahın adları və sifətləri tövhididir. Bu da Qurani-Kərimdə və Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) səhih sünnəsində Allah Özünü necə vəsf etmişə, həmçinin Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Allahı necə vəsf etmişsə, həmin adlara və sifətlərə iman etməkdir.

14) Səhabələrin və Əhli Beytin sevilməsi Əhli Sünənin əqidə əsaslarındandır.

Günümüzdə bir çox insan Allahdan qeyrisindən – Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) Əhli Beytindən kömək istəyir, duanı onlara yönəldirlər. Halbuki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) səhih bir hədisdə: “Həqiqətən, dua ibadətdir!”- demiş və bu ayəni oxumuşdur: “Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim” (Ğafir 60)”. (İbn Məcə, 3828).