Cərhdə icma və ya cumhur şərtdirmi?

Sual: 
Cərhdə icma və ya cumhur şərtdirmi?
Cavab: 

Xeyr, cərhdə icma və ya cumhur şərt deyil. Bu qayda qəbul olunsa, biz görəcəyik ki, bir çox bidətçilərin cərh olunmasında icma və ya cumhur yoxdur. Təfsilatlı cərhin təadildən öndə olması cərhdə icmanın olmamasının dəlillərindədir. Belə ki, cərhdə icmanın olmasını qəbul etsək, onda o bidətçilər ki, ayrı-ayrı dövrlərdə müxtəlif alimlər tərəfindən cərh olunublar, icma olmadığına görə onlara bidətçi sayılmayacaqlar. Hədis alimlərinin həyatından da bilmək olur ki, bəzi hədis alimləri bəzi ravilər haqda məlumatlı olmayıblar.

Şeyx əl-Albani (Allah şeyxə rəhm etsin) deyir: "Cərh edən şəxs lap bir nəfər olsa da belə və etdiyi cərhində də xəta etdiyi bilinmirsə, onda onun cərhi tədil edənlərin hamısının, hətta cümhur olsalar belə onlardan önə çəkilir”. (“Silsilə Hudə van-Nur” 3; 01:18-ci dəqiqə).

Şeyx Rabi ibn Hədi əl-Mədxali (Allah onu qorusun) buyurur: "Bu hal bu günkü gündə sahədə mövcud olan və uzanıb gedən fitnələrdən biridir. Baxmayaraq cavanlardan çoxu haqqı bilirlər ki, bir kəsi bidətçi görməkdə və ya cərh etməkdə icmanın olması şərt deyildir. Əksinə, cərh və tədildə bir nəfərin sözü kifayətdir. Əgər bir kəsi bir neçə elm əhli cərh edər və ya bidətçi görərsə, haqqı axtaran müsəlmana bu kifayət etməlidir. Amma həva sahibinə isə heç bir şey kifayət etmir və gedib hörümçək torundan yapışırlar.

Ola bilsin ki, (elm əhlindən) bəziləri məşğul olduqları üçün bu cərhdən elmsiz qalmışlar. Lakin başqaları isə (onun halına, dediklərinə) baxıblar, öyrəniblər və biliblər ki, bu kəs cərh olunmuşdur, cərh olunmağa haqlıdır, çünki yalançıdır, çünki ədalətdən düşmüşdür, çünki alimlərə tən edir, çünki Sələfi mənhəcinə və əhlinə qarşı müqavimət göstərmək üçün xarab usullar, qaydalar icad edir. Bütün bunları bilib, sonra da heç edilməsi lazım olmayan nəsihətlər etdi, bəyanlar verdi və o da bunlardan öz döndərdikdən sonra bu kəsi bidətçi görməyə məcbur olmuşlar. Belə olduqda o hörümçək torundan yapışan kəsin hansı üzrü qalır?! Yalnız başlayır deməyə ki, "filankəs onu tərifləyib", "onun bidətçi olmasında icma etməyiblər".

Bu kəsi bidətçi görməyənlər iki qismdir:

Birinci qism: onun sözlərini öyrənməyənlərdir, bunlar üzrlüdürlər.

İkinci qism isə, onun dediklərini, qaydalarını öyrəniblər, sonra da gedib onun batillərini müdafiə edirlər. Bu insanlar onun bitillərini öyrəniblər, tanıyıb, biliblər, sonra da bu bidətçini himayə etməyə üz tutublar. Bu kəslərin heç bir qiyməti yoxdur.

Susanların susmağında heç bir hüccət yoxdur.

Hüccət o insanda olanları bəyan edib, onu cərh edənlərdədir. Haqqı götürmək insaflı kəsə vacib olan şeydir, çünki hüccət onlardadır. Yoxsa ki, hörümçək torundan yapışan kəslərdə Allahın qarşısında heç bir üzr yoxdur. Allah sizə bərəkət versin.

(Səhih Buxaridən fitnələr kitabının şərhi 166-cı dəqiqədən sonra).