Nəyə görə Əşari, Maturidi və sufilərin məscidlərinə gedib namaz qılmaq olar, amma xəvariclərin məscidlərinə getmək olmaz?

Sual: 
as-Salamu aleykum. Nəyə görə Əşari, Maturidi və sufilərin məscidlərinə gedib namaz qılmaq olar, amma xəvariclərin məscidlərinə getmək məsləhət deyil?
Cavab: 

Va aleykumus-Sələmu va rahmətullah. Çünki, xəvariclərin zərəri daha pisdir. Belə bir qayda var; “əgər seçimdə iki zərər varsa, ən az olanı seçirsən”. Əşarilərin və digər firqələrin zərəri xəvariclərdən daha azdır. Çünki, xəvariclərin bidəti ən təhlükəli bidətlərdəndir. Hətta, cahil insanla xəvaric arasında seçim edəndə cahil və asilik edən insana üstünlük vermək lazımdır.