“İlzəm (məcburiyyət) yoxdur” qaydası

English

Digər sözlə desək: şəxsiyyətlərin halı ilə bağlı məsələlərdə elm əhlinin icma etməsi və ya qarşı tərəfin öz xətasını etiraf etməsi halları istisna olmaqla, kimisə hər hansı bir rəyi qəbul etməyə məcbur etmək olmaz.

Yuxarıda da qeyd olunduğu kimi, bu qayda Hələbinin ən əsas mumeyyi bidətlərindən biridir. Bu qayda vasitəsilə Hələbi sərhədlərin silinməsi (mumeyyilik) fikirini əvvəlki ideoloqlarından açıq-aydın şəkildə fərqləndirdi. Bundan əlavə, Hələbinin məhz bu qaydası onun digər azmış qayda və prinsiplərinin mənbəyidir. Bu qayda və prinsiplər barədə biz Allahın iznilə daha sonra bəhs edəcəyik.

Beləliklə, bu qaydaya müvafiq olaraq, Hələbi və onun tərəftarları belə hesab edirlər ki, aşağıdakı iki hal istisna olmaqla, bir çox ixtilaflı fiqhi məsələlərdə olduğu kimi, kiməsə bidətçi deməkdə (hətta bunun səbəblərinin, tutarlı şəriət dəlil və sübutlarının olmasına baxmayaraq) azmış şəxsiyyətlərdən (bunda da dəlil və sübutlar əsasında olmasına baxmayaraq) çəkindirmə məsələlərində də kimisə alimlərin rəyini qəbul etməyə məcbur etmək icazəli deyildir:

İstisna edilən hallar isə bunlardır:

1.      Bu şəxsiyyət barədə bütün alimlərin yekdil rəyi (icma) olduğu halda;

2.      Qarşı tərəfin öz mövqeyinin yalnış olduğunu etiraf etməsi, ona verilən rədlərdən qane olması halında.

Hələbi deyir: “Əgər insan öz rəyini haqq sayırsa, çoxsaylı dəlillərlə onu müdafiə etmək və sübut etmək ona qadağan deyil. Lakin buna görə digərləri ilə dalaşmaq (!) 37 və onun rəyini qəbul etməyə məcbur etmək ona qadağandır!” (Mənhəc əs-Sələf əs-Salih, 2-ci nəşr, səh. 224). 

Həmçinin Hələbi yazır: “Bəzi görüşlərdə mən demişəm: əsaslı dəlillər və açıq-aydın səbəblərin mövcudluğu, yaxud bu məsələdə səhih icmanın olduğu hallar istisna olmaqla, cərh edən alimin rəyini qəbul etməyə kimisə məcbur etmək icazəli deyil. Bəziləri isə elə düşünüb ki, mən cərh etmək üçün icmanın olmasının vacibliyindən danışıram! Lakin məlum olduğu kimi, cərh etmək və digərlərini bu cərhi etməyə məcbur etmək arasında böyük fərq mövcuddur! Əgər kimsə onunla razılaşaraq bu cərhi edibsə, lap yaxşı, lakin əgər kimsə öz şəri elmi narazılığı səbəbi ilə bu cərhi etməkdən imtina edibsə, onu bu cərhə məcbur etmək olmaz. Axı bir məsələdə müxtəlif rəydə olan iki insan bir-birini öz rəyini qəbul etməyə məcbur edə bilməz! Bu məcburiyyətə dəlil nədir!?” (Mənhəc əs-Sələf əs-Salih”, 2-ci nəşr, səh. 219). Daha sonra Hələbi şeyx Rabinin bu sözlərini gətirir: “(Şeyx Rabi deyir:) “Alimlər və həqiqi elm tələbələri kimi dəlillərə baxmaq və onlara əməl etmək sizin üçün vacibdir. Bu və ya digər şəxsiyyət barəsində açıq-aydın və aşkar dəlillərə əsaslanaraq mülahizə söyləyən alimlərlə razılaşmamaq isə sizə qadağandır”. Daha sonra Hələbi özünün bu batil qaydasının müdafiəsi üçün şeyx Rabinin yuxarıda qeyd olunmuş sözlərini şərh edir: (Hələbi deyir:) “Onun “açıq-aydın və aşkar dəlillər” deməsi bu anlama gəlir ki, əgər bu dəlillərlə razılaşsalar və haqq onlara aydın olsa, onlar alimlərin bu mülahizələrini rədd edə bilməzlər! Biz bu barədə dəfələrlə demişik! Lakin əgər onlar razılaşmasalar (bu tamamilə mümkündür, çünki, o zaman ümumiyyətlə ixtilaflar olmazdı), bu halda edilə biləcək yeganə şey, onları haqqa və səbrə dəvət etməklə nəsihət etmək, səmimi məsləhətlər verməkdir. Onları razı olmadıqları bir şeyə məcbur etməyə və ya inanmadıqları bir şeyə vadar etməyə gəldikdə isə, bu, elə həmin təqlidin daha bir təzahürüdür. Özü də təqlidin bu növü daha da pisdir! Axı əgər cərh açıq-aydın olsaydı, ilk əvvəldən bu cərhin doğruluğunda ixtilaf olmazdı”. (Mənhəc əs-Sələf əs-Salih”, 2-ci nəşr, səh. 393).

Beləliklə, alimin hər hansı bir şəxsiyyət barədə cərhi ilə razılaşmaqdan imtina edilməsi, Hələbi üçün həmin bu alimin cərhinin zəif dəlillərə əsaslandığına işarə edir. Hələbinin bu şərli qaydasının əsas nöqsanı da məhz budur – bu qayda təkəbbür, şəxsi maraqlar, həsəd və ya nəfsin istəklərinə uymaqla bağlı olan digər səbəblər ucbatından haqqı qəbul etməkdən imtina etməyin mümkünlüyünü istisna edir. Digər sözlərlə, bu Hələbi qaydası, hər bir gizli bidətçiyə və nəfsinin istəklərinə uyanlara imkan verir ki, o, müxtəlif azmış şəxsiyyətləri sələfilərə məsləhət bilsin və əsassız şəkildə bu şəxsiyyətlər barədə olan dəlillərin özü üçün inandırıcı olmadığını iddia edərək onları beləcə doğru yoldan azdırsın. Yəni ki, misal olaraq hər hansı Əhməd (şərti addır) adlı özünü sələfi adlandıran bir dəvətçi, Muhamməd Hassan (Misirdə nümayişləri və prezidentin devrilməsini icazəli görən, həmçinin Seyyid Qutbu və digər bidətçiləri tərifləyən hizbiçi) və ya Əbu İshaq əl-Huveyni (bugünkü müsəlman rəhbərləri qanuni hesab etməyən və günahda israr edənin islamdan çıxdığını hesab edən bir hizbiçi) kimi qutbiçiləri, həmçinin digər xəvaricləri və azmış şəxsiyyətləri tövsiyyə edir, müdafiəsinə qalxır və onlardan çəkindirməkdən imtina edirsə, bu zaman deyilən şərli hələbiçi qaydaya əsasən, hətta əgər biz ona mötəbər alimlərin sözləri ilə bu insanların audio dərslərindən və məqalələrindən onların zəlalətə uğradıqlarına dair açıq-aydın dəlillər və faktlar göstərsək də, biz, Əhmədi məcbur edə bilmərik ki, o, bu insanları tövsiyyə etməkdən əl çəksin. Biz yalnız aşağıdakı iki halda Əhmədi bu azmış şəxisyyətlərdən çəkindirməyə və onları tövsiyyə etməkdən əl çəkməyə məcbur edə bilərik:

·         Ya bütün sələfi alimlər yekdil şəkildə onları bidətdə ittiham etsə (bu isə demək olar ki, mümkün deyil, çünki onun alim hesab etdiyi Hələbi kimi mumeyyilər azmış şəxsiyyətləri həmişə müdafiə edəcəklər);

·         Yaxud da, biz onların zəlalətlərinə dair açıq-aydın dəlilləri təqdim etdikdən sonra, Əhməd təkəbbür göstərməyərək bizim dəlillərimizlə razılaşsa və bizim mövqeyimizin doğruluğunu qəbul etsə! Lakin bu yalnız Əhmədin ixlaslı və öz nəfsinin istəklərinə uymayan bir insan olduğu halda mümkün ola bilər. Lakin əgər Əhməd gizli qutbiçidirsə və ya öz nəfsinin istəklərinə uyan bir insandırsa, o zaman o, bizə deyəcək: “Əgər siz onları bidətçi hesab edir və onlardan çəkindirirsinizsə, bu sizin haqqınızdır. Məni onlardan çəkindirməyə məcbur edə bilməzsiniz, çünki mən sizin dəlilərinizi inandırıcı hesab etmirəm və alimlərin onların bidətçi olduqlarına dair icması mövcud deyil. Odur ki, mən onları sələfi hesab etməyə davam edəcəm və müsəlmanlara onları dinləməyi və onlardan elm almağı tövsiyyə edəcəm”.

Biz isə Hələbinin bu şərli qaydasına müvafiq olaraq bu bəhanəni qəbul etməli və Əhmədin (şərti addır) öz tərəfdarlarına və digər sələfilərə bu azmış xəvaricləri və digər bidətçiləri tövsiyyə etməyə davam etməsini səssiz-səmirsiz seyr etməliyik. Bizə yalnız Əhmədə öyüd vermək və yaxşı nəsihətlər etmək qalır. O isə ürəyində bizə güləcək, çünki əslində Əhməd gizli qutbiçidir və öz həmfikirlərini bilərəkdən tövsiyyə edir və dolayı yolla öz xəvaricliyini sələfilər arasında yayır.

Şübhə yoxdur ki, yuxarıda göstərdiyimiz misalda oxucu “ilzəm (məcburiyyət) yoxdur” qaydasının necə şərli və təhlükəli olduğunu dərk edir. Şeyx Rabi (Allah onu qorusun) deyib: “Hələbiçilərin qaydaları arasında onların haqqı qəbul etməkdən imtina etmələri üçün istifadə etdikləri “ilzəm (məcburiyyət) yoxdur” və ya “bu məni qane etmədi” qaydaları var. Bu, onların ən şərli qaydalarından biridir”. (Umdətu əl-Bəni fi Raddi Təsılati və Zəlaləti Əli əl-Hələbi, səh. 33).

Bu qaydanın yalnış və şərli olmasının dəlili kimi iki ümumi cavab vermək olar:

Birinci cavab: Yuxarıda qeyd olunduğu kimi, bu qayda təkəbbür, şəxsi maraqlar, həsəd və ya nəfsin istəklərinə uymaqla əlaqəli digər səbəblərdən haqqı qəbul etməkdən imtina etməyin mümkünlüyünü istisna edir. Axı bir çox kafirlər və bidətçilər öz təkəbbürləri, yaxud nəfslərinin digər istəkləri və dünyəvi maraqlar səbəbi ilə dəlilləri qəbul etməkdən imtina edirlər. Uca Allah buyurmuşdur:

(Ya Rəsulum!) Sən kitab əhlinə hər cür dəlil gətirsən də, onlar sənin qiblənə tabe olmazlar” (əl-Bəqərə, 145).

Həmçinin, Uca Allah buyurmuşdur: “Onlar (Firon və onun qövmü, Musaya göndərilən möcüzələrin) həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər (ən-Nəml, 14).

Həmçinin Peyğəmbər (salləllahu aleyhi və səlləm) təkəbbürlüyün mənasını açıqlayaraq demişdir:

“Təkəbbürlük – haqqı qəbul etməmək və insanlara xor baxmaqdır”. (Hədisi Muslim rəvayət edib).

Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) mübahisələrin aparılmasının halı barəsində danışarkən demişdir: “Əgər mübahisəçi təkəbbürlüdürsə və haqq ona göstərildikdə haqqı qəbul etmirsə, mübahisələrin aparılması qadağan oluna bilər”. (Daru ət-Tə’arud, 3/ 374).

Mübahisə aparmağın icazəli olmadığı mübahisəçini təsvir etdikdən sonra isə İbn Teymiyyə (Allah ona rəhm etsin) demişdir: “İnsanların əksəriyyəti yalnız onlara qarşı güc tətbiq edildikdə haqqı qəbul edir”. (Daru ət-Tə’arud, 3/ 374).

Beləliklə, İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir ki, insanların əksəriyyəti yalnız onlara qarşı güc tətbiq edildikdə haqqı qəbul edir. Hələbi isə təbliğ edir ki, insanlar haqqı yalnız haqqa inanmadıqları üçün qəbul etmirlər.

Həmçinin Hələbinin “Axı cərh açıq və aydın olsaydı, ilk əvvəldən bu cərhin doğruluğunda ixtilaf olmazdı” sözlərini İbn Teymiyyənin (Allah ona rəhm etsin) aşağıdakı sözləri ilə müqayisə edin: “İxtilafların və müxalifliyin əsas səbəbləri zənlərə və öz nəfsinin istəklərinə uymaqdır”. (Məcmuul-Fətəva, 12/ 237).

Əslində, elədir ki var. Şübhə yoxdur ki, alimlərimizin bidətdə ittiham etdiyi demək olar bütün azmış şəxsiyyətlər haqqı bilir və onu bilərəkdən qəbul etmirlər. Axı Hələbi də daxil olmaqla, alimlər uzun illər boyunca onların bir çoxuna nəsihətlər edib və onların zəlalətlərinı dəfələrlə özlərinə bəyan ediblər. Alimlər insanın haqqa riayət etmək istəmədiyini və ya bilərəkdən bidətlərin və onların ideoloqlarının ardınca getdiyini gördükdə, onu bidətdə ittiham edir və ondan çəkindirirlər.

Bundan əlavə, İbn Teymiyyənin (Allah ona rəhm etsin) yuxarıda qeyd olunan sözlərində də işarə olunduğu kimi, bidət əhlinin əsli bundan ibarətdir ki, onlar öz bidətlərinə qəsdən çağırmaqla sadəcə olaraq haqqı qəbul etmək istəmirlər. Şeyx Rabi (Allah onu qorusun) deyir: “Onların (hələbiçilərin) qaydaları arasında onların haqqı qəbul etməkdən imtina etmək üçün istifadə etdikləri “ilzəm (məcburiyyət) yoxdur” və ya “bu məni qanə etmədi” qaydaları var. Bu ən şərli qaydalardan biridir. Axı Peyğəmbərlərin (salləllahu aleyhi və səlləm) də düşmənləri onların təbliğ etdiyi haqqla qəsdən razılaşmır və haqqa tabe olmurdular. Haqqı bildikdə ona tabe olan Peyğəmbərin (salləllahu aleyhi və səlləm) əshabələri və əvvəlki sələfilərdən fərqli olaraq, rafizilər, sufilər, xəvariclər və azmış partiyalar sırasından olan zəlalət əhli haqq məlum olduqda bilərəkdən haqqa  tabe olmurlar”. (Umdətu əl-Bəni fi Raddi Təsılati və Zəlaləti Əli əl-Hələbi, səh. 33).

Bu səbəbdən, haqqı bilən və onu qəbul etmək istəməyənlə, onu bilməyən arasında böyük fərq mövcuddur. Odur ki, Hələbinin bəzi şagirdləri şeyx Rabinin yanına gələrək öz müəllimlərinin müdafiəsi məqsədilə eynilə Hələbi kimi şeyx Abbad və Salih Əli əş-Şeyxin də bəzi şəxsiyyətləri bidətdə ittiham etmədikləri faktını dəlil gətirdilər. “Bəs o zaman niyə onlardan çəkindirmirsiniz, amma Hələbidən çəkindirirsiniz?” – deyə onlar soruşdular. Şeyx Rabi (Allah onu qorusun) onların sözlərinə təəccüblənərək demişdir: “Məgər bu cür dəlil gətirmək sələfiyə layiq sözlərdir? Abbada gəldikdə, o, sadəcə olaraq (alimlərin bu şəxsiyyətlərə rəddiyyələrini) oxumur. Şeyx Salih Əli Şeyxə gəldikdə isə – sizin onun haqqında dedikləriniz mənə məlum deyil, odur ki, mənə onun haqqında iradlarınızı göndərin və mən ona nəsihət edim. Əli Hələbiyə gəldikdə isə, o, bu problemləri bilir və onlar haqqında oxuyur (buna baxmayaraq zəlalətdə israr etməyə davam edir)!” 

http://www.sahab.net/forums/?showtopic=126404 .

Beləliklə, bu məsələdə haqq budur ki, əgər insana açıq-aydın dəlillər göstərilirsə, bu zaman o, bu dəlilləri qəbul etməklə mükəlləfdir. Lakin əgər o, açıq-aydın dəlillərə söykənmiş haqqı qəbul etməkdən imtina edirsə, bu halda onu öz nəfsinin istəklərinə uymaqda və təkəbbürlükdə ittiham edirlər.

Şeyx Useymin (Allah ona rəhm etsin) deyib: “Şübhə yoxdur ki, (azmış camaatlar arasındakı) bu ixtilaflardan bəziləri icazəlidir, lakin bu ixtilaflardan bəziləri təkəbbür göstərmək və haqqı qəbul etmək istəyinin olmaması səbəbi ilə baş verir. Odur ki, əgər haqq aydın oldusa, onu qəbul etməkdən imtina edən təkəbbürlü və haqqı qəbul etməyə can atmayan biridir. Lakin haqq aydın deyilsə, bu halda ixtilaf icazəlidir”. (“Dəf’u Bəq’y Ədnən”).

http://www.sahab.net/forums/index.php?showtopic=112623

Odur ki, hər hansı bir məsələdə icma yoxdursa və o insan dəlillərlə razılaşmırsa, onu hər hansı bir rəyi qəbul etməyə məcbur etməyin qadağan olmasına dair Hələbinin və onun təriqətinin mövqeyi lap başlanğıcdan yalnışdır. Əksinə, sələflər açıq-aydın dəlillər göstərildiyi halda bu dəlilləri qəbul etmək istəməyən və bu dəlillərlə razılaşmayan insanları ilzam edər və (onları bidətdə ittiham edərək) onlar barədə hökm çıxarardılar.

Şeyx İbn Useymin (Allah ona rəhm etsin) deyib: “Əgər biz desək ki, ixtilaf olan bütün məsələlərdə bu rəylərdən birini seçəni qınamaq olmaz, (onda) bütün din itib gedəcək və insanlar alimlərə məxsus yalnış, lakin özləri üçün rahat olan rəylərinə uyacaqlar. Axı demək olar elə bir məsələ yoxdur ki, onda ixtilaf olmasın”. (Liqa əl-Bəb əl-Məftuh, 192/ 49-193).

İmam Şövkani (Allah ona rəhm etsin) deyib: “Beləliklə sənə aydın oldu ki, (bəzi) fəqihlərin “ixtilaflı məsələlərdə ilzəm (məcburiyyət) yoxdur” düşüncəsi onların tərbiyə aldıqları, ömürləri boyunca əməl etdikləri və öyrəndikləri təqlidə bəslənən sevginin təzahürüdür”. (Seylul-Cərrar, 4/ 299).

Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) demişdir: “Kim qəbuledilməz ixtilaflara istinad edərək Quranın açıq-aydın ayələrinə, müfəssəl Sünnəyə və ya bu ümmətin sələflərinin yekdil olduğu məsələlərə zidd gedir, belə insanla bidətçi kimi davranmaq lazımdır”. (Məcmuul-Fətava, 24/ 172).

Həmçinin o, deyib: “Əgər dəlillər açıq-aydın və danılmazdırsa, bu halda bu məsələ, tərəflərdən hər hansı birini qınamağın icazəli olmadığı mübahisəli məsələ hesab olunmur. Əksinə, bu, digər tərəfi qınamağın icazəli və hətta zəruri olduğu mübahisəli məsələlərdən hesab olunur”. (Fətava əl-Kubra, 6/ 92) .

Bəs, o zaman Hələbi və onun tərəfdarlarının açıq-aydın haqqı inkar etməsinə, bidət və zəlalətləri bütün insanlara bəlli olan müxtəlif azmış insanları müdafiə etməyə davam edərək “ilzəm (məcburiyyət) yoxdur” qaydasını istifadə etməsinə nə demək olar?!

Şeyx Rabi (Allah onu qorusun) deyib: “Onun xatırlatdığı “ilzəm”, Əbul-Həsənə (Məribi), onun təriqətinə və həmçinin Əli Həsən Hələbi kim onların ardınca gedənlərə məxsus olan “ilzəm (məcburiyyət) yoxdur” qaydasına ziddir. Qəbul etməyə mükəlləf olduqları haqdan üz döndərmək üçün bu təhlükəli qaydadan istifadə olunur. Həmçinin, bu qaydadan “İxvanul-muslimin” (“Müsəlman qardaşlar”) və “Təbliğ camaatı” təriqətlərinin sırasından bidət tərəfdarları və öz nəfsinin istəklərinə uyanlar haqqında sələfi alimlərinin mülahizələri ilə razılaşmamaq üçün istifadə olunur”.

http://www.rabee.net/ar/articles.php?cat=8&id=188