Mumeyyilərin “Geniş mənhəc” prinsipi haqqında

English

Əbul-Həsən Məribi açıq şəkildə bəyan etdi ki, müxtəlif bidətçi firqələri Əhli-Sünnənin sıralarına daxil etmək üçün Əhli-Sünnə və bidətçilərin arasında mövcud olan sərhədləri silmək və genişləndirmək istəyir. O demişdir: “Biz, özündə həm Əhli-Sünnəni, həm də bütün ümməti birləşdirən böyük və geniş mənhəc istəyirik”.

Şeyx Rabi onun sözlərini şərh edərək demişdir: “Bu sözlərlə o, məşhur (ixvan) qaydasını nəzərdə tutur: “Ümumi məqsədlərimiz əsasında əməkdaşlıq edək və ixtilaf etdiyimiz məsələlərdə bir-birimizi bağışlayaq”. (Məcmu Kutub və Rəsail və Fətəva əş-Şeyx Rabi, 13/ 80).

Həmçinin “Sələfi dəvətinin əsasları və fərqləri” adlı mühazirəsində Məribi demişdir: “Uğurlu insan əməlisaleh sələflərin tərcümeyi-hallarını oxuyan və sonra da onların Quran və Sünnə üzərindən olan fəhmləri  əsasında özündə həm Əhli-Sünnəni və həm də bütün ümməti birləşdirən geniş bir mənhəc hasil edən kəsdir”.

Şeyx Rabi (Allah onu qorusun) bu sözlər haqqında aşağıdakıları demişdir: “Əbul-Həsən (Məribi) özündə təbliğçilərdən, qutubçulardan, məğraviçilərdən və arurçulardan ibarət olan, bütün firqələri özündə birləşdirən yeni bir mənhəc arzusundadır”. (Məcmu Kutub və Rəsail və Fətəva əş-Şeyx Rabi, 13/ 48).

Beləliklə, Məribi açıq şəkildə bəyan etdi ki, o, ixvanların ideologiyasına riayət edir və Əhli-Sünnə və digər firqələr arasında mövcud olan sərhədləri silmək istəyir. Məhz bu səbəbdən Məribi dəfələrlə öz mühazirələrində və tez-tez baş tutan məclislərdə iddia edirdi ki, “Müsəlman qardaşlar” və “Təbliğ Cəmaatı” firqələri Əhli-Sünnə vəl-Cəmaənin ardıcıllarıdır və bidətçi firqələr deyillər”. (Məcmu Kutub və Rəsail və Fətəva əş-Şeyx Rabi, 13/ 345).

Baxmayaraq ki, Şeyx İbn Bəzdən (Allah ona rəhm etsin) soruşulanda: “Allah sizi mükəfatlandırsın! Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) firqələrin meydana gəlməsi barədə hədisi məşhurdur: “Həqiqətən mənim ümmətim yetmiş üç firqəyə bölünəcəkdir. Birindən başqa hamısı Cəhənnəmdədir…”. Sual belədir:  Şirk və bidət törədən “Təbliğ Cəmaatı”, həmçinin partiyaçılıq (hizbilik) və rəhbərə qarşı çıxmaq ideologiyasına malik “Müsəlman qardaşlar”, bu iki firqə yeganə firqəyə daxildirmi? …”

Şeyx bələ cavab verdi: “Bəli, onlar 72 (bidətçi) firqəyə daxildirlər. Əhli-Sünnə əqidəsinin ardınca getməyən hər kəs 72 (bidətçi) firqələrə daxildir”. (Məcmu Kutub və Rəsail və Fətəva əş-Şeyx Rabi, 13/ 351).

Öz yeni “geniş mənhəcinə” əsaslanan Məribi, həmçinin qutubçuları və “oturaq xəvariclər” sırasından özlərini sələfi kimi qələmə verən  müxtəlif hizbçiləri müdafiə və tövsiyyə edir. Şeyx Rabi onun bu zəlalətinə işarə edərək demişdir:

“Ətraflı cavab” adlı mühazirəsində ondan (Məribidən) Əbu İshaq (əl-Huveyni), Muhəmməd Həssən və bəzi digər hizbçilər barəsində soruşulduqda, o, (Məribi) belə cavab vermişdir: “Şübhəsizdir ki, ixtilaflı məsələlərdən uzaq ibrətamiz mühazirələri dinləmək və faydalar çıxarmaq icazəlidir. Axı əgər bizə Kitab əhlindən nəql etmək icazəli buyrulubsa, o zaman böyüklüyündən və kiçikliyindən asılı olmayaraq bəzi ixtilaflara malik olduğumuz qardaşlarımız haqqında nə demək olar”. (Məcmu Kutub və Rəsail və Fətəva əş-Şeyx Rabi, 13/ 48).

Məribi həmçinin “geniş mənhəc” prinsipini tətbiq edərək Misirdə fəaliyyət göstərən Yasir Burhami, Muqaddim, Səid ibn Abdul-Azim və digər “isgəndəriyyəli hizbçilər” “oturaq xəvariclərin” rəhbərlik etdiyi “Hizbun-Nur” xəvaric siyasi partiyasının ünvanına böyük təriflər yağdırmış və onları tövsiyyə etmişdir. Bu insanlar öz siyasi partiyalarını bu gün qanuni (şəri) müsəlman rəhbərlərin demək olar ki, mövcud olmadığı əqidəsi əsasında təsis ediblər və bu səbəbdən qanuni rəhbərin təyin olunması üçün siyasi mübarizənin aparılmasını icazəli və hətta vacib hesab edirlər.

“İskəndəriyyəli hizbçilərin” xəvaric baxışları barədə daha ətraflı bu keçiddən oxumaq olar: http://sunnaportal.com/?p=4541 

Lakin, bütün bunlara baxmayaraq, Məribi bu partiyanın liderlərini və ardıcıllarını sələfi adlandırır və bəyan edir ki, “onların üzərində böyük məsuliyyət və vəzifə var” və bu partiya “parlaq gələcəyi olan, çox ümidlər verən” bir partiyadır.

Məribinin “Hizbun-Nur” xəvaric partiyasının ünvanına bu və digər təriflərini bu keçiddən izləmək olar: https://www.youtube.com/watch?v=o6tvpwKEPDo

Allahdan bizi bu cür zəlalətdən qorumasını diləyirik.