Cahillik istisnasız olaraq bütün dini məsələlərdə üzrdür

English

İnsan müsəlman olmaq niyyətilə şəhadət gətirərək İslam çərçivəsinə girir və müsəlman olur. İlk olaraq müsəlman olmaq üçün şəhadət kəlməsi kifayətdir. Məsələn; əgər insan şəhadət gətirsə, əməl etməyə vaxtı olmasa (şəhadət gətirib sonra dərhal döyüşə atılan səhabə kimi) və yaxud cahilliyi üzündən əməlin ona vacib olduğunu bilməsə (Huzeyfə ibn Yəmənin Qiyamətə yaxın qoca kişi ilə qoca qadının "Lə iləhə illəllah" demələri hədisi) və belə halda ölsə, bu "lə iləhə illəllah" ona fayda verəcək. Kitablarda keçən sələflərin “İslam kəlmədir” sözündəki hikmət də məhz bundan ibarətdir. Namaz, oruc, zəkat, həcc kimi ibadətlərin ilk şərtinin bu əməllərdən qabaq insanın müsəlman olmasına dəlildir. Yəni insan ilk olaraq müsəlman olur ki, namaz, oruc, həcc ona vacib olsun. Həmin şəxs müsəlman olmasaydı, bu ibadətlər ona vacib olmazdı. Deməli, kafirə namaz, oruc, həcc vacib deyil, çünki kafirdə bu ibadətlərin vacib olması üçün ən birinci şərt yoxdur.

Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “İnsanda İslamın əslinin onlara ən birinci əmr olunanın (şəhadət kəlməsinin) olması, dində zəruri bilinən və ümmətin ittifaq etdiyi məsələlərdəndir. Bununla kafir müsəlmana çevrilir. Əgər bunu qəlbdən deyibsə, İslama girmiş olur. Əgər qəlbdən deyil, sadəcə dillə deyibsə, onun zahiri İslamdı, amma daxilində iman yoxdur”. (“Şərh Aqidətul-Tahaviyyə” səh. 15; “Fəthul-Bəri” 1/ 497).

“Qəlbdən deməmək” İslama girmək məqsədi ilə deyil başqa məqsədlərlə bu kəlməni tələffüz etməkdir. Məsələn; münafiqlərin və ya İslamı araşdıran bəzi kafirlərin mühazirələrində dilləri ilə söylədikləri, yazdıqları əsərlərdə qeyd etdikləri şəhadət kəlmələri mötəbər sayılmır. İslam qəsdi olmadan bu kəlməni demək də etibarlı sayılmır. Necə ki, Peyğəmbər (salləllahu aleyhi va səlləm) zamanında Məkkə müşrikləri belə ifadələri çox işlədirdilər: “Muhamməd insanları “lə iləhə illəllah”a dəvət edir”, “Muhəmməd bizdən “lə iləhə illəllah” deməyimizi istəyir”. Diqqət yetirin, əgər qəsd olmadan deyilən “lə iləhə illəllah” alimlərin icması ilə insana fayda vermirsə, necə ola bilər ki, qəsd olmadan edilən şirk insanın “lə iləhə illəllah” deməsini pozsun!?

Bu yerdə İmam Qurtubi (Allah ona rəhm etsin) buyurur: “Bir kafir, imanın küfrdən üstün olduğunu başa düşərək, imanı küfrdən üstün tutmaqla müsəlman olursa, bir müsəlman da küfrü bilib və başa düşüb onu seçincəyə qədər icma ilə kafir sayılmaz”. (“Təfsirul-Qurtubi” 7/ 6128). Əgər bilməməzlik insana fayda vermirsə, insana zərər də verməməlidir.

Dünya və Axirət hökmü

Özünü İslama nisbət edən insan barəsində dünya və Axirət hökmünün ayrılmasına görə iddia edilən şübhələrin heç birinə Quran və Sünnədən dəlillər yoxdur. Ona görə də hər məsələdə olduğu kimi bu məsələni də Qurana, Sünnəyə və Əhli Sünnə vəl-Caməanın fəhminə qaytarmaq lazımdır.

Şeyx İbn əl-Useymin (Allah ona rəhm etsin) buyurur: “Kim özünü İslama nisbət edər və İslam ölkəsində yaşayarsa, lakin etdiyi küfrü cahilliyindən edərsə, biz onunla müsəlman müamiləsi edirik (müsəlman kimi davranırıq). Çünki, o, küfr etsə də İslama nisbət olunur və etdiyi küfrü də, fasiqliyi də cahilliyindən edir”. (“Şərh Qavaidul-Muslə” səh. 364). 

Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm eləsin) məşhur  “Bir kişi belə vəsiyyət edir ki, “öldükdə məni yandırın və külümü dağlara səpələyin ki, Allah məni dirildə bilməsin!”- hədisi şərh edərək buyurur: “Bu kişi Allahın qüdrətli olmasında şəkk etmişdir. Hətta etiqad edirdi ki, belə edilsə, Allah onu bir daha dirildə bilməyəcəkdir. Bu söz və bu cür etiqad bütün müsəlmanların etiqadına görə küfrdür, lakin o insan cahil, eyni zamanda da mömin idi. Qəlbində Allahdan qorxurdu və bu səbəbdən Allah onu bağışladı”. (Məcmuul-Fətava, 3/ 231).

Müsəlman olanı qeyd-şərtsiz, həmin müsəlmandan çıxan küfr və şirk kəlmələrə görə bir-başa təkfir etmək olmaz!

Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “Birincisi, yəqin olaraq bilirik ki, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) ümmətinə, istər ölü, istər saleh, istərsə də nəbi olsun (fərq etməz) Allahdan qeyrisini çağırmaq buyurulmamışdır.

İkincisi, bilirik ki, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) ümmətinə ölüyə və ölü olmayana səcdə etmək də buyurulmamışdır.

Üçüncüsü, bilirik ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bütün bunları bizə qadağan etmişdir və bilirik ki, bu Allah və Rəsulunun (ona Allahın salavatı və salamı olsun) haram etdiyi şirkdir, lakin cahilliyin çoxluğundan və elmin azlığından biz indikilərə huccət qaldırmadan, onları təkfir edə bilmirik”. (“əl-İstiğasə” kitabı). 

Həmçinin, İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “Biz bəyan etdik ki, imanında şəkk-şübhə olmayan - mömin insan bəzi hallarda etiqadi məsələlərdə xətaya yol verir və qeyri-etiqadi məsələlər də bağışlandığı kimi, onun bu xətası da bağışlanır. Çünki bir şəxsi təkfir etmək üçün mütləq ona hüccət qalxmalıdır. Uca Allah buyurur: Biz elçi göndərməmiş heç kəsə əzab vermirdik”. (əl-İsra, 15)”. (“Fəlsəfəçilərə Rədd” kitabı 1/ 311).

Şəriət əhkamlarının üzərindən qalxdığını iddia edənlər haqda Şeyxul-İslam İbn Teymiyyədən (Allah ona rəhm etsin) soruşduqda, o belə cavab verir: Şübhəsiz ki, elm və iman əhli bilir ki, bu söz ən böyük küfr və dəhşətli bir sözdür. Hətta yəhudi və nəsranilərin sözündən də pisdir. Lakin elə insanlar var ki, bəzi əhkamlardan qafildirlər və bu cahillikləri onları üzürlü edir. Ona görə də heç kəs huccət qalxmayınca təkfir olunmur. Necə ki, Uca Allah buyurur: Biz elçi göndərməmiş heç kəsə əzab vermirdik” (əl-İsra, 15)”. (Məcmuul-Fətava, 11/ 401). 

Digər yerdə buyurur: “Kim İslam dininə yeni gəldiyi üçün, yaxud cahillik olan bir ölkə və ya şəhərdə şəriətdə açıq aydın bilinən bir şeyi inkar etsə, huccət qaldırmamış onu təkfir etmək olmaz”. (Məcmmul-Fətava, 6/ 61). 

Həmçinin, başqa yerdə buyurur: “Kim mütəvatir və icma olan məsələləri inkar etsə, hüccət qalxdıqdan sonra kafir olur”. (“əl-İstiğasə” kitabı). 

Şeyx Muhamməd ibn Abdul-Vahhaba (Allah ona rəhm etsin) Allaha şərik qoşmayanı təkfir etmək iftirasını atdılar, Şeyx onlara cavab olaraq buyurdu: “Əgər biz Abdul-Qadir və Əhməd əl-Bədəvinin qəbirlərinin üzərində olan bütlərə ibadət edənləri, cahilliklərinə və onlara heç kimin tənbeh etməmələrinə görə təkfir etmiriksə, biz Allaha şərik qoşmayanı necə təkfir edə bilərik? Həqiqətən, bu çox böyük bir böhtandır”. (əd-Durarus-Səniyyə, 1/ 66). Şeyxin bu sözlərindən aydın olur ki, şirk edən kəsi dərhal təkfir etmək yol verilməzdir, çünki həmin kəs cahil ola bilər. Yəni bu əməlin şirk olduğundan xəbərsiz ola bilər. Bu səbəbdən həmin şəxs təkfir olunmur.

Digər yerlərdə buyurur: “Qəlbimizdə olanı bilən Allahı şahid tuturuq ki, bizim əqidəmiz budur ki, tövhidə əməl edən, şirkdən və onun əhlindən uzaq olan kəs məkanından və zamanından asılı olmayaraq müsəlmandır. Bir insan Allaha Uluhiyyət tövhidində şərik qoşsa, huccət qaldırıb, bəyan etdikdən sonra onu təkfir edirik”. (Məcmuul-Məlifət, 3/ 34).

“O ki qaldı, düşmənlərimin mənim haqqımda guyə ki, mən zənnə və dostluğa görə və ya hüccət qaldırılmayan cahili təkfir edirəm. Həqiqətən du açıq-aydın bir böhtandır”. (Məcmuu Məlifət, 3/14)

“Biz yalnız alimlərin ittifaq etdiyi məsələlərdə təkfir edirik ki, o da şəhadət kəlməsidir. (Yəni, bütün alimlər şəhadət kəlməsini söyləməyənin kafir olduğunda icma etmişlər). Huccət qaldırıb, bildirdikdən sonra inkar edəni təkfir edirik”. ("Durarus-Səniyyə" 1/ 100-102).

“Biz iki şəhadət xaricində qalan dörd əsası tərk edənləri təkfir etmirik”. ("Durarus-Səniyyə" 1/ 100-102).

Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: “Kim yalnız Allaha aid olan bir şeyi Allahdan başqası haqqında isbat edərsə, ona hüccət – elə bir hüccət ki, onu tərk edən kafir olur - çatdırıldıqdan sonra kafir olur”. (“Məcmuul-Fətava”, 1/ 112). Şeyxul-İslamın (Allah ona rəhm etsin) bu məsələlərdə belə cahilliyi üzr görməsinin ən böyük dəlillərindən biri budur ki, o, özü əl-Bəkrini təkfir etməmişdir. Halbuki, əl-Bəkri qəbirlərdən kömək istəməyin icazəli olması haqqında kitab yazıb. Baxın görün İbn Teymiyyə (Allah ona rəhm etsin) şirkə dəvət edən, kitab yazan birini təkfir etmir. Məlumdur ki, əl-Bəkri özü Şeyxul-İslam İbn Teymiyyəni (Allah ona rəhm etsin) təkfir edib, lakin Şeyxul-İslam (Allah ona rəhm etsin) ona qarşı yazdığı rəddiyyəsində deyir: “Buna görə də biz onun cahilliyinə görə və onun təkfir etmək (bizə küfr) iftirası atmasına eyni şəkildə cavab vermirik. Necə ki, bir nəfər başqasına qarşı yalan şahidlik etsə və ya onun haqqında yalan söyləyib onu əxlaqsızlıqda ittiham etsə, digər tərəfin də ona qarşı yalandan şahidlik etməsi və onu əxlaqsızlıqda ittiham etməsi icazəli olmaz. Üstəlik onun öz şeyxi (əl-Cəzəri) və digər alimlər bizim üçün söz buraxmadılar və onun zəlalətdə olduğunu, cahilliyini özləri bəyan etdilər...”. (“Təlxis Kitəbil-İstiğasə”, 2/ 494). Burdan da bilinir ki, Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) şirk edən müsəlmanı cahilliyinə görə təkfir etmirdi, çünki o, şirkə dəvət edən əl-Bəkrini məhz cahilliyinə görə təkfir etmirdi.

Rəvayət edilir ki, Cabir ibn Abdullah (Allah ondan razı olsun) demişdir: “Muaz ibn Cəbəl Peyğəm­bərlə (salləllahu aleyhi və səlləm) birlikdə namaz qılar, sonra da qayıdıb öz tayfasına namaz qıl­dırardı. (Bir dəfə) o, İşa namazını qıldırarkən əl-Bəqərə surəsini oxudu. (Buna tab gətirə bilməyən) bir nəfər namazdan çıxdı. Muaz ona münafiq dedi. Bu söz kişiyə çatdıqda, bu kişi Peyğəmbərə (salləllahu aleyhi və səlləm) dedi: “Ey Allahın Elçisi, biz əlimizlə işləyən bir qövmük, əlimizlə dəvələrin üstündə su aparıb suvarırıq. Muaz isə dünən gecə namazda əl-Bəqərə surəsini oxudu. Mən çıxıb namazı qısa qıldım. O isə mənim münafiq olduğumu iddia etdi”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) üç dəfə: “Sən fitnəkarsanmı (ey Muaz?)”- dedi və ona Şəms, Əalə və buna oxşar surələrin oxunmasını buyurdu”. (əl-Buxari, 701). 

Buna oxşar hadisə isə Hatib ibn Əbi Bəltəanın hadisəsidir. Əbu Abdur-Rahmən əs-Suləmi demişdir: “Mən Əli ibn Əbu Talibin (Allah ondan razı olsun)  belə rəvayət etdiyini eşitdim: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) məni və Zubeyr ibnul-Əvvamı - atlı olduğumuz halda - (Məkkəyə doğru) göndərəndə dedi: “Filan baxçaya çatana qədər gedin. O baxçada bir qadın olacaq. O qadında Hatibin müşriklərə yazdığı məktubu var. Onu mənə gətirin! Biz o qadına dəvəsinin üstündə gedərkən, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) təsvir etdiyi yerdə çatıb soruşduq: Səndəki mək­tub haradadır? O dedi: Məndə məktub yoxdur. Biz onu da, onun dəvəsini də axtardıq. Zubeyr (Allah ondan razı olsun) dedi: “Mən heç nə gör­mü­rəm. Mən dedim: Peyğəmbər (salləllahu aleyhi və səlləm) yalan danışmaz. Canım Əlin­də Olana and olsun ki, ya səni soyunduracağam, ya da məktubu (öz xoşunla) çıxaracaqsan. Qadın əlini əynindəki yun paltarının qurşağına salıb məktubu çıxartdı. Biz Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına qayıtdıq. Ömər (Allah ondan razı olsun) dedi: “Hatib Allaha, Onun Elçisinə və möminlərə xəyanət etdi. Burax, onun boynunu vurum! Peyğəm­bər (salləllahu aleyhi və səlləm) dedi: (Bu işi görməyə) səni vadar edən nədir? Hatib (Allah ondan razı olsun) dedi: “Mən Allaha iman gətirən bir adamam. Lakin müşriklər Məkkədəki yaxınlarıma toxunmasınlar deyə, belə etdim. Pey­ğəm­bər (salləllahu aleyhi və səlləm) dedi: Doğru deyir, ey Ömər! Məgər o, Bədr döyü­şündə iştirak etməyibmi? Allah həmin döyüşdə iştirak edənlərin halından xəbərdar olduğuna görə demişdir: “İstədiyinizi edin! Artıq Cənnətə girmək sizə vacib edildiÖmər (Allah ondan razı olsun) ağlaya-ağlaya dedi: Allah və Onun Elçisi daha yaxşı bilir! (əl-Buxari Ədəbul-Mufrad 438). 

Bu və digər hədislər Peyğəmbərin (salləllahu aleyhi və səlləm) təvil edənləri üzürlü saymasına, o sözlərinə görə onları cəzalandırma­masına dəlalət edir. 

İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: “Bir sözün küfr olması, onu deyənin kafir olmasını gərəkdirmir. Müəyyən şəxs barəsində küfrün sabit olması onun barəsində Cəhənnəmlik olmasının sabit olması kimidir”. (İbn Teymiyyə “İman”, səh. 256).

Digər yerlərdə buyurur: “O demək deyil ki, bir kəsin sözü küfrdürsə, dərhal onu deyəni təkfir edəsən. İnsan cahil və təvilçi ola bilər. Ona görə də bir kəsə kafir demək onu Axirətdə olan qorxu ilə müjdələməkdir. Bunun isə maneələri və şərtləri vardır” (“Minhəcus-Sunnə” cild 5, səh. 240).

“O ki qaldı əqidə məsələlərinə, əksər insanlar bu məsələdə xəta edənləri təkfir edirlər. Hansı ki, bu cür etmək nə səhabələrdən, nə tabiinlərdən, nə də ki hansısa imamlardan gəlmişdir. Bu cür etmək bidət əhlinin sözlərindən və onların sözlərindəndir”. (“Minhəcus-Sunnə” cild 5, səh. 239-240).

“Müəyyən bir şəxs ona hüccət qalxmayana qədər təkfir olunmur. Məsələn, namazın və zəkatın vacibliyini inkar edir, içkini və zinanı halal sayır və təvil edir. Bu kimi insan hüccət qalxmayana qədər təkfir olunmur”. (əl-İmanul-Əusat 1/ 165).

Həmçinin, İbn Teymiyyə (Allah ona rəhm etsin) belə demişdir: "Eləcə də kim Allahdan başqasına dua edər, Allahdan başqasına Həcc edərsə, müşrikdir. Etdiyi əməl küfrdür, lakin bəzən elə olur ki, əməl sahibləri bunun qadağan edilmiş şirk olduğunu bilmirlər. Necə ki, Tatarlardan və qeyrilərindən bir çox insanlar İslama daxil olmuş, ancaq bununla yanaşı onların ibadət və təzim etdikləri, keçədən hazırlanmış kiçik bütləri var. Onlar bunun İslam dinində qadağan edildiyini bilmirlər. Həmçinin, atəşə ibadət edirlər və bunun haramlığını bilmirlər. Şirkin bir çox növü İslama daxil olan kimsələrə bəzən gizli qalır və müəyyən bir əməlin şirk olduğunu bilmirlər. Belələri yolunu azmışlar, şirk olan əməlləri də batildir. Ancaq ona hüccət qaldırılana qədər əzab edilməz. Uca Allah buyurur: "Bilərək Allaha ortaqlar qoşmayın!" (əl-Bəqərə, 22). Həmçinin, Əbu Hatimin "Səhih" əsərində və digər mənbələrdə Peyğəmbərin (salləlahu aleyhi və səlləm) belə dediyi nəql edilmişdir: "Şirk bu ümmətdə qarışqanın yerişindən daha gizlidir". Əbu Bəkr (Allah ondan razı olsun) dedi: Ey Allahın elçisi! Bundan necə qurtulacağıq?" Allah Elçisi (salləllahu aleyhi və səlləm) belə cavab verdi: "Allahım! Bilə-bilə Sənə şərik qoşmaq­dan Sənə sığınıram və bilmədiklərimə görə də Səndən bağışlanma diləyirəm!" deyin". (İbn Məcəh, 2/809). Eləcə də İslamda daxil olmuş kimsələrdən bir çoxu, bəzi imam və şeyxlərinin qəbrlərini ziyarət etməyi Həccdən və bənzərindən üstün sayırlar. Bilmirlər ki, bu qadağandır. Heç kim onlara bunun qadağan edilmiş, icazəli olmayan şirk olduğunu təbliğ etməmişdir" (İbn Teymiyyə "ər-Radd aləl-Əxnəi" səh. 61-62).

Xattabi (Allah ona rəhm etsin) kitabında “Ümmətim 73 firqəyə bölünəcək” hədisini şərh edərkən buyurur: “Bu hədis dəlildir ki, bu firqələrin heç biri dindən xaric olmayıb, çünki Peyğəmbər (salləllahu aleyhi və səlləm) onların hamısını ümməti adlandırmışdır. Həmçinin hədis göstərir ki, təvilçi təvilində xəta etsə belə dindən çıxmır”. (Məalimus-Sünən, 1634 cü hədisin şərhi, cild 4, səh. 295). 

İbn Həcər (Allah ona rəhm etsin) deyir: “Müsəlmanı heç bir səbəb­siz, təvil olmadan kafir sayan özü kafir ola bilər”. (“Fəthul-Bəri”, cild 12).

Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) sonra fətra dövrünə düşən insan onda olan az imana görə də savab qazanır. Məsələn; Huzeyfə ibn əl-Yəmən (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: “Paltarın naxışı köhnəlib silindiyi kimi İslam dini də (yer üzərin­dən) silinib gedəcək, hətta orucun, namazın, həcc və sədəqənin nə olduğu bilinməyəcək. Bir gecədə Uca Allahın Kitabı qaldırılacaq və yer üzündə ondan bir ayə belə qalmayacaq. Çox yaşlı kişilər və qadınlardan olan insanlar qalacaq və onlar belə deyəcəklər: Biz ataları­mız­dan bu lə iləhə illəllah kəlməsini eşitmişik və biz də onu söyləyirik. Huzeyfə ibn Yəmən (Allah ondan razı olsun) bu hədisi rəvayət edtikdə orada olan Sila ona dedi: Namazın, orucun, həccin və sədəqənin nə olduğunu bilmədik­ləri halda lə iləhə illəllah kəlməsi onları (Cəhənnəm əzabindan) qurtara bilər­mi? Huzeyfə (Allah ondan razı olsun) Silanın bu sualını cavabsız buraxıb ondan üzünü çevir­di. Sonra Sila bu sualı Huzeyfəyə üç dəfə təkrar etdi. Hər dəfə də Huzeyfə ondan üçevi­rir­di. Nəhayət Huzeyfə Silaya tərəf dönüüç dəfə: Ey Sila! (Bu kəlmə) onları oddan xilas edəcək!- dedi. (İbn Məcə, 4049, 4185. əl-Albani səhih olduğunu bildirmişdir). 

İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: “Fəlsəfə əhli və batinilərin kafir olması açıq-aydındır, onlar kafirdirlər. Lakin onların sözlərinin həqiqətini, mahiyyətini bilməyən şəxs onların küfrünü bilməz. Onların sözlərinin küfr olduğunu bilmə­yənlər onların bəzi sözlərindən yapışırlar, baxmayaraq ki, bu söz küfrdür. Bu şəxs bilmədiyinə, cahilliyinə görə üzürlü sayılr”. (İbn Teymiyyə “Şərhul-Əqidə əl-İsfahaniyyə” səh. 211).

İbn əl-Qeyyim (Allah ona rəhm etsin) buyurur: “İnkar etmək küfrü iki növdür:

1. Mütləq küfr, yəni ümumi küfr.

2. Qeydli küfr, yəni xüsusi küfr.

Birinci küfrə misal: Ümumi şəkildə Allahın endirdiyini inkar etmək.

İkinci küfrə misal: Xüsusi şeyləri inkar etmək, məs, İslamda fərz olan şeylərinin birini inkar etmək, yaxud hər hansısa haramlardan birini inkar etmək, yaxud Allahın özünə vəsf etdiyi sifətlərdən birini inkar etmək, yaxud bilərəkdən Allahın xəbər verdiyi bir məsələni inkar etmək, lakin bunları cahilliyindən dolayı edən və ya təvil edərək inkar edən üzrlüdür. Hədisdə keçək kişinin Allahın qüdrətini inkar etdiyinə görə kafir olmadığı kimi bunları edən insan təkfir olunmur". ("Mədəricus-Salikin" kitabı).

Şeyx İbn əl-Useymin (Allah ona rəhm etsin) buyurur: “Kim özünü İslama nisbət edər və İslam ölkəsində yaşayarsa, lakin etdiyi küfrü cahilliyindən edərsə, biz onunla müsəlman müamiləsi edirik (müsəlman kimi davranırıq). Çünki, o, küfr etsə də İslama nisbət olunur və etdiyi küfrü də, fasiqliyi də cahilliyindən edir”. (“Şərh Qavaidul-Muslə” səh. 364). 

Şeyx Useymindən (Allah ona rəhm etsin) soruşurlar: “İnsan əqidə məsələlərində üzrlü ola bilərmi?”

Şeyx belə cavab verir: “Cahilliyin üzrlü olması dinin bütün məsələlərində vardır, çünki Uca Allah buyurur: “Biz elçi göndərməmiş heç kəsə əzab vermirdik” (əl-İsra, 15), ”Allah bir qövmü doğru yola yönəltdikdən sonrauzaqlaşmaları zəruri olan şeylərdən onları xəbərdar etməyincə onları həmin yoldan azdırmaz. Həqiqətən, Allah hər şeyi bilir”. (ət-Tövbə, 115).

Bu barədə Quran və sünnədə dəlillər çoxdur. Dəlillər bildirir ki, cahil olan insan cahilliyinə görə dinin hansı məsələsində olursa olsun məsuliyyət daşımır". (Fətava, 2/ 128).

Sonra yenə Şeyxdən soruşurlar: “Bəzi insanlar deyirlər ki, “cahillikdə üzr görənlər murciə məzhəbinə daxil olanlardır” buna necə baxırsınız?” Şeyx cavab verərək buyurur: “Cahilliyin üzrlü olması Quran və Sünnədən götürülmüşdür. İnsanın cahilliyinə görə üzrlü olmamasına bir nəfər belə dəlil gətirə bilməz, çünki Uca Allah buyurur: “Biz müjdə verən və qorxudan elçilər göndərdik ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın...” (ən-Nisa, 165). Əgər cahillik üzr olmasaydı, Rəsulların göndərilməsində heç bir fayda olmazdı. Quran və sünnənin dəlilləri cahilliyinin üzrlü olasını tələb edir. Bunu artıq bizdən qabaq alimlər bildirmişlər, İbn Teymiyyə kimi, Muhamməd ibn Abdul-Vahhab kimi". (Liqaət əl-Bəb əl-Məftuh, 33/ Sual 12, Hukmul-Murciə va Mən Yuzəru bicəhlihi).

Şübhə əhlinin batil iddialarından biri də budur ki, cəhalət yalnız fiqhi məsələlərdə üzrlüdür, əqidə məsələlərdə üzrlü deyil. Təbii ki, bu sadəcə atılan bir şübhədir. Bu şübhəyə Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “Dini məsələri bu cür bölməyin əsli yoxdur. Bu nə səhabələrdən, nə tabiinlərdən, nə də ki, imamlardan gəlməmişdir. Bu mötəzilə əqidəsindən götürülmüş bir şeydir”. (Məcmuul-Fətava, 23/ 346).

Şeyx Rabi ibn Hədi əl-Mədxali (Allah onu qorusun) buyurur: “Sələfilər - ən başda İbn Teymiyyə olmaqla - buyururlar ki, “İnsan əqidə məsələlərində cahil olduqda üzrlüdür. Əhli-Sünnəyə görə cahil insana huccət qalxana kimi, onun üzrlü olması rəyi üzstündür”. (“Fətava fil-Aqiydə val-Mənhəc" birinci halqa).