Azərbaycanda olan bəzi elm tələbələrinin düşdüyü zəlalətlər

English

1. Bidət əhlinin “Geniş mənhəcə dəvət” və “Biz (şəxsləri) düzəltməli, lakin onları cərh etməməliyik” qaydası; Daha ətraflı: “Geniş mənhəc” prinsipi

2. “Müvazənət prinsipi” hər hansı bir bidətçidən çəkindirdikdə, hökmən onun yaxşı əməllərini qeyd etmək; Daha ətraflı: Bidət əhlinin “Muvəzənət” prinsipi haqda

3. Əqidə və mənhəc arasında fərq qoymaq; Daha ətraflı: Bidətçilərin müdafiəsi üçün əqidə və mənhəc arasında fərq qoyulması

4. “Şəxsiyyətlərin halı ilə bağlı məsələlərdə elm əhlinin icma etməsi və ya qarşı tərəfin öz xətasını etiraf etməsi halları istisna olmaqla, kimisə hər hansı bir rəyi qəbul etməyə məcbur etmək olmaz” qaydası; Daha ətraflı: “İlzəm (məcburiyyət) yoxdur” qaydası

5. “Bizdən olmayanlar barədə ixtilafımızı, öz aramızda ixtilafa çevirməyək” qaydası; Daha ətraflı: “Bizdən olmayanlar barədə ixtilafımızı, öz aramızda ixtilafa çevirməyək” qaydası

6. Təfsilatlı, əsaslandırılmış cərhin qəbul edilməsinin vacibliyinin inkar edilməsi; Daha ətraflı: Təfsilatlı, əsaslandırılmış cərhin qəbul edilməsinin vacibliyinin inkar edilməsi

7. “Etibarlı insanların gətirdikləri xəbərləri qəbul etmək vacibdir” qaydasının təhrifi; Daha ətraflı: “Etibarlı insanların gətirdikləri xəbərləri qəbul etmək vacibdir” qaydasının bidətçilərin müdafiəsi üçün təhrifi

8. Müəyyən alimlər tərəfindən cərh və hətta bidətçi adlandırılmış şəxsləri, bəzi alimlərin onun haqqında pis şey deməməsini əsas gətirərək, təfsilatlı şəkildə cərhi qəbul etməmək; Daha ətraflı: Təfsilatlı, əsaslandırılmış cərhin qəbul edilməsinin vacibliyinin inkar edilməsi

9. İslam dinin rəhbərlərə itaət qaydalarına qarşı çıxan bidətçilərə bidətçi deməmək; Daha ətraflı: “Geniş mənhəc” prinsipi

10. Dinin əsaslarına zidd olaraq qaydasız şəkildə təkfir edənlərə bidətçi deməyib, onları sələfi adlandırmaq; “Geniş mənhəc” prinsipi

11. Hakimiyyə və təkfir mövzularında həddi aşanlara (bidətçilərə) qarşı mülayim davranmaq; “Geniş mənhəc” prinsipi

12. Sünnənin bidətçilərə qarşı mövqeyini nümayiş etdirməyərək, bu məsələlərdə mənhəc qaydalarına diqqətsiz yanaşmaq; Daha ətraflı: 

Sələf mənhəcinə müxalif olan mənhəclərdən çəkindirmək vacibdirmi?

13. Bidətçidən xeyri götürüb şəri tərk etmək prinsipi; Daha ətraflı: 

"Bidət əhlindən xeyri götürüb bidəti tərk etmək" və "Rəddiyyə kitablarını oxumayın" şübhələri

“Ondan xeyri götürüb, şəri tərk edəcəyəm” - Şeyx Süleyman ər-Ruheyli

14. Cərhdə icmanın şərt olması qaydası; Daha ətraflı: Cərhdə icma və ya cumhur şərtdirmi?

 

Bu məqlələrdən Mumeyyilik haqda daha ətraflı oxuya bilərsiniz: 

Mumeyyilər kimlərdir və ya ixvanlığın yeni siması (1-ci hissə)

Uca Allah buyurur: "Kitabda insanlara bəyan etdiyimiz açıq-aydın dəlilləri və doğru yol göstərən ayələri nazil etdikdən sonra onları gizli saxlayanlara həm Allah lənət edir, həm də lənət edə bilənlər lənət oxuyurlar" (əl-Bəqərə, 159). Həmçinin, belə buyurur: "Şübhəsiz ki, Allahın nazil etdiyi kitabda olanları gizli saxlayanlar və bununla cüzi miqdarda pul əldə edənlər öz qarınlarına oddan başqa bir şey doldurmurlar. Qiyamət günü Allah onları danışdırmaz və onları təmizə çıxarmaz. Onlar üçün ağrılı-acılı bir əzab vardır" (əl-Bəqərə, 174)

عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَا مِنْ رَجُلٍ يَحْفَظُ عِلْمًا فَيَكْتُمُهُ ، إِلاَّ أُتِيَ بِهِ يَوْمَ الْقِيَامَةِ مُلْجَمًا بِلِجَامٍ مِنَ النَّارِ.

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Hər hansı bir (dini) elmi öyrəndikdən sonra onu gizlədən elə bir adam yoxdur ki, Qiyamət günü (ağzını aça bilməmək üçün ağzına) oddan bir damğa vurulduğu halda məhşərə gətirilməsin”. (İbn Macə, 261. Şeyx əl-Albani həsən olduğunu bildirmişdir).

Şeyx İbn Bəzz (Allah ona rəhm etsin) demişdir: “Əgər haqq əhli susarsa, onda xəta edənlər öz xətalarını davam edəcək və bilməyənlər bidətçilərin ardınca gedəcək”. (İbn Bəzz “Məcmuul-Fətava” 3/ 72).

Alləmə əş-Şovkani (Allah ona rəhm etsin) demişdir: "Əgər cərh və tədil olmasaydı, yalançılar Sünnə ilə oynayar, dində yaxşı bilinən əməllər münkər əməllərə qarışar, nəyin düzgün nəyin isə batil olduğu bilinməzdi". (Dəfur-Raybə, səh. 53)

İmam əl-Auzai (Allah ona rəhm etsin) demişdir: “Əgər bidətlər yayılsa və elm əhli onları pisləməsə, onda insanlar bidətləri sünnəyə çevirərlər”. (Şərəfu Əshabil-Hədis, 19).

Bu və bundan başqa sadalamadığımız xüsusiyyətlərin hamısı bir şəxsdə toplanmaya da bilər, lakin bunların hətta birinin olması həmin elm tələbsindən ehtiyat etməyə əsas verir.