Təfsilatlı, əsaslandırılmış cərhin qəbul edilməsinin vacibliyinin inkar edilməsi

English

Hələ hədis elminin meydana gəldiyi ilk dönəmlərdən Sünnə ardıcılları qəti qərar veriblər ki, əgər alim öz cərhinin səbəbini izah edərək hər hansı bir şəxsdən çəkindirib və onu cərh edibsə, bu şəxsiyyət barədə digər alimlərin ümumi təriflləri (tədilləri) qarşısında onun cərhinə üstünlük verilir.

İmam İbn Kəsir (Allah ona rəhm etsin) demişdir: “Haqq budur ki, təfsilatlı cərhə həmişə üstünlük verilir”. (“İxtisət ‘Ulum əl-Hədis”).

Hafiz İbn Həcər (Allah ona rəhm etsin) demişdir: “Cərhin səbəblərini bilən insanın etdiyi təfsilatlı cərh tərifdən (tədildən) önə çəkilir, ona üstünlük verilir”. (“Nuxbətul-Fikr”).

Lakin, Hələbinin hədis alimlərin bu məşhur sələfi qaydasını inkar edərək, bunu öz istədiyi kimi təfsir etməsi də onun uydurma “ilzəm (məcburiyyət) yoxdur” qaydasının nəticəsidir. Çünki alimin azmış şəxs barədə olan cərhinin hansı açıq-aydın və danılmaz dəlillərə əsaslanmasından asılı olmayaraq, “ilzəm (məcburiyyət) yoxdur” qaydasına müvafiq olaraq, əgər müdafiə tərəfi cərhi inandırıcı hesab etmirsə, bu cərhin heç bir qüvvəsi olmayacaq.

Hələbi yazır: “Hətta təfsilatlı cərhi də bəziləri qəbul edə bilər, bəziləri isə bu cərhin dəlilləri ilə razılığı və müxalifliyinə müvafiq olaraq onu inkar edə bilərlər” (Mənhəc əs-Sələf əs-Salih, 2-ci nəşr, səh. 322).

Həmçinin, o yazır: “Bu böyük sözlər iki mühüm məqama işarə edir:

1) Cərh edən mütləq öz cərhinin dəlillərini və səbəblərini göstərməlidir.

2) Lakin bu o demək deyil ki, onun cərhi mütləq qəbul edilməlidir. Belə də ola bilər ki, kimsə bu cərhlə razı olmasın və onu qəbul etməsin”. (Mənhəc əs-Sələf əs-Salih, 2-ci nəşr, səh. 319).

Beləliklə, Hələbinin bu sözləri açıq-aydın ona işarə edir ki, qarşı tərəfin bu cərhin doğruluğunu qəbul etməsi halı istisna olmaqla, heç kəsi təfsilatlı cərhlə ilzəm etmək olmaz. (əl-Bərahin əl-‘Ətidə Fi Kəşfi Əhvəl və Təsılət Əli əl-Hələbi əl-Cədidə, səh. 269).

Həmçinin, bu sələfi qaydasını öz bidət “ilzəm (məcburiyyət) yoxdur” qaydasına müvafiq olaraq təfsir etmək üçün, Hələbi bəzi alimlərin digər alimlərin əsassız cərhlərini qəbul etmədiyindən bəhs edilən müəyyən halları dəlil gətirir. Sonra isə, Hələbi bu hallara əsaslanaraq iddia edir ki, bu misallar hətta təfsilatlı cərhin də rədd edilə biləcəyinə işarə edir!

Əslində “bu, faktların qəsdən təhrif edilməsidir. Özünü əməlisaleh sələflərə və Hədis və Əsəsr Əhlinə (Əhlul-Hədis vəl-Əsərə) aid edən insan bununla məşğul olmamalıdır. Axı təfsilatlı cərhin əsassızlığı səbəbi ilə həmin cərhi qəbul etməkdən imtina etməklə, mötədil alimin əsaslandırılmış cərhini qəbul etməkdən imtina etmək arasında açıq-aydın fərq var! Alimlər məqbul hesab olunmayan və insanın halına təsir etməyən cərhi əsassız cərh hesab edirlər. Həmçinin, əgər cərh edən mütəşəddiddirsə (hədisi rəvayət edənlərlə bağlı ifratlı ağır şərtlər irəli sürənlər) və onun cərhindən nəinki digərləri, hətta böyük imamlar da xilas ola bilməyiblərsə, o zaman onun cərhi də əsassız sayılır”. (əl-Bərahin əl-‘Ətidə Fi Kəşfi Əhvəl və Təsılət Əli əl-Hələbi əl-Cədidə, səh. 248).