Bidət əhlinin “Muvəzənət” prinsipi haqda

English

Mənhəc əl-Muvəzənət (منهج الموازنات) – və ya “yaxşı və pis əməllərin bərabər çəkilməsi prinsipi” –  ilk əvvəldən ixvanlara məxsus olan və daha sonra Adnan Arur və digər mumeyyilərin fəal şəkildə yaydığı bir prinsipidir. Bu prinsipə əsasən, əgər sən hər hansı bir bidətçidən çəkindirirsənsə, o zaman “ədalətli” olmaq üçün onun zəlalətləri ilə bərabər yaxşı əməllərini də qeyd etməlisən.

Hələ Arurdan öncə ixvanlar müxtəlif bidətçiləri, xüsusilə də öz əqidələrində olmuş, böyük zəlalət sahibi Seyyid Qutbu və Həsən Bənnəni müdafiə etmək üçün bu prinsipi tətbiq etmişdilər. Əhli-Sünnə alimləri “mənhəc əl-muvəzənət” haqqında öyrəndikdə, onu tənqid etdilər və bu prinsipin bidət olduğunu bildirdilər.

“Müvazənə prinsipinin” ən fəal tənqidçilərindən biri şeyx Muhamməd Nasirəddin əl-Albani (Allah ona rəhmət etsin) idi. Onun bu prinsiplə əlaqəli dediyi sözlərdən bəziləri:

“Bu bidətçi bir yoldur… Allahu Əkbər”

“Bu, insanların tənqid olunmasında təzə peyda olmuş “müvazənə” adlanan bir bidətdir”

“Bu gün çoxlarının haqqında danışdığı “müvazənə prinsipinin” uydurma olduğuna şübhə yoxdur”
“Onlar (“müvazənə prinsipinin” müdafiəçiləri) fitnə salmaq və özlərinə sərf edən təfsirə nail olmaq üçün mütəşabih dəlillərin ardınca gedirlər”

“Müvazənə prinsipi” bidətini uyduranlar şübhəsiz ki, Qurana və Sünnəyə zidd gedirlər” (Siyanətul əs-Sələfi min Vəsvəsəti və Təlbisəti Əli əl-Hələbi, səh. 149).

Onlar izah etdilər ki, insanın tərcümeyi-halını tərtib etməklə onun özündən çəkindirmək arasında fərq var. Birinci halda əgər bu, oxucuları və ya dinləyiciləri doğru yoldan azdırmayacaqsa, bidətçilərin bəzi yaxşı əməllərini qeyd etmək icazəlidir. İkinci halda (yəni, müsəlmanların hər hansı bir şəxsdən çəkindirilməsi halında) bu insanın yaxşı əməlləri barədə danışmaq qadağandır. Çünki bu, çəkindirməni kəsərdən salacaq və lazımi effekti verməyəcəkdir. Bundan əlavə, xüsusilə əgər dinləyicilər elm tələb etməyən müsəlmanlardırsa, bu, əksinə bidətçi haqqında yaxşı rəyin formalaşmasına səbəb olacaqdır. Lakin Hələbi azmış insanların xeyir əməllərindən danışmağın icazəli və bəyənilən olduğu barədə özündən iki hal uyduraraq deyir: “Əgər bu, onun haqqa (doğru yola) qayıtması üçün nəsihət məqsədilə edilirsə, yaxşı olardı ki, rəddiyyə verdiyin kəsin xeyir əməllərini xatırladasan. Əgər buna ehtiyac varsa, rəddiyyə verdiyin kəsin yaxşı əməllərini xatırlatmaq icazəlidir”. (Mənhəc əs-Sələf əs-Salih, 2-ci nəşr, səh. 261). 

Hələbinin bu təfsirindən sonra təəccüblü deyil ki, o, buna ehtiyac olduğunu və ya hətta ola bilsin ki, bunu bəyənilən bir əməl hesab edərək müxtəlif azmış şəxsiyyətlər barədə yaxşı fikir söyləyir və onları tərifləyir.

Hələbinin bu əsassız bidətçi təfsirinin sadəcə bir nümunəsini dövrümüzün xəvariclərinin lideri olmuş Üsamə bin Ladenin timsalında nəzərdən keçirək. O dövrdə Hələbidən “əl-Qaidə” xəvaric terrorçu təşkilatının başında duran Bin Laden haqqında soruşduqda, onun tam cavabı belə olmuşdur: “Üsamə bin Laden zəngin və din üçün narahatlıq keçirən bir insandır. Bununla bərabər o, elm tələbəsi deyil. Lakin o, özü də gözləmədən mətbuatda və insanların dilində məşhur bir insana çevrildi. İndi o, hizbçilər, təkfirçilər və onların bənzərləri sırasından bir qrup insanlarla əhatələnib. Necə deyərlər, onun daha itirməli bir şeyi yoxdur, çünki o, Amerika tərəfindən axtarışda olan bir nömrəli insandır, odur ki, o, əlindən gələni edir. Beləliklə, biz hesab edirik ki, in şəə Allah o, ixlaslı insandır. Biz, Allah qarşısında heç kəsi təmizə çıxarmırıq. Buna baxmayaraq biz, onun törətdiyi və ya onun ayağına yazılan əməllərlə razı deyilik və bizim mənhəcimizdən və alimlərimizin mənhəcindən məlum olduğu kimi biz, onlardan razı deyilik”. 

http://www.ajurry.com/vb/showthread.php?t=32444

Hələbinin xəvariclərin müasir lideri olan, müsəlmanları küfrdə ittiham edən və müsəlman ölkələrində terror aktlarını icazəli görən Üsamə bin Ladeni necə təsvir etdiyinə diqqət yetirin:

·         “o, din üçün narahatlıq keçirən bir insandır”,

·         “ o, əlindən gələni edir”,

·         “biz hesab edirik ki, o, ixlaslı insandır. Biz, Allah qarşısında heç kəsi təmizə çıxarmırıq”.

Bu sözlər sadəcə xeyir əməllərin xatırlanması deyil, bu azmış xəvaricin ünvanına həqiqi tərifdir. Axı “Biz, Allah qarşısında heç kəsi təmizə çıxarmırıq” sözü yalnız tərif zamanı deyilən bir sözdür.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Əgər öz qardaşınızı tərifləyəsi olsanız, belə deyin: onun belə olduğunu zənn edirəm, lakin onu Allah qarşısında təmizə çıxarmıram”. (Hədisi İbn Macə rəvayət edib və şeyx Albani hədisisəhih olduğunu bildirib).

Bundan əlavə, Hələbinin Üsamə bin Ladeni necə müdafiə etməsi və onun böyük zəlalətlərinə və qorxunc cinayətlərinə necə bəraət qazandırması barədə düşünün:

Hələbi deyir:

·         “Necə deyərlər, onun daha itirməli bir şeyi yoxdur, çünki o, Amerika tərəfindən axtarışda olan bir nömrəli insandır, odur ki, o, əlindən gələni edir”.

·         “İndi o, hizbçilər, təkfirçilər və onların bənzərləri sırasından bir qrup insanlarla əhatələnib”.

Burada sual meydana gəlir: Bin Laden sadəcə hizbçilər və təkfirçilərlə əhatələnib, yoxsa elə özü təkfirçidir?!

Hələbi deyir:

  • Buna baxmayaraq, biz, onun törətdiyi və ya onun ayağına yazılan əməllərlə razı deyilik”.

Bu sözlərdə (“biz razı deyilik” və digər sözlər) Bin Ladenin cinayətləri və zəlalətləri açıq-aşkar şəkildə cüziləşdirilib. Axı biz müxtəlif fiqhi məsələlərdə hətta Sünnənin böyük alimləri ilə də razılaşmaya bilərik. Xəvaric və terrorçu Bin Ladenə gəldikdə isə, bu artıq sadəcə onunla razı olmamaq məsələsi deyil – burada artıq söhbət onu zəlalətdə ittiham etməyin vacibliyindən və ondan və onun azmış fikirlərindən çəkindirməkdən getməlidir.

Hələbinin Bin Laden haqqında yuxarıda qeyd olunan sözləri üzərində diqqətlə düşündükdə, onun “Bununla bərabər, o, elm tələbəsi deyil” sözündən başqa Bin Ladenin ünvanına tənqid (cərh) olan bir kəlmə belə tapa bilmərik. (əl-Bərahin əl-‘Ətidə Fi Kəşfi Əhvəl və Təsılət Əli əl-Hələbi əl-Cədidə, səh. 133).

Nəticə olaraq isə, ey möhtərəm oxucu, şeyx Abdul-Muhsin Abbadın (Allah onu qorusun) Bin Laden barəsində dediyi sözləri Hələbinin yuxarıda qeyd olunan sözləri ilə müqayisə et ki, Hələbinin mumeyyilik etdiyinə bir daha əmin olasan.

Sual verən: “Bin Ladenin öldürülməsi ilə bağlı hansı mövqe sərgiləmək lazımdır? Bəziləri onun öldürülməsinə sevinir, digərləri isə deyir ki, o, mücahid olub və şəhid ölümü ilə ölüb”.

Şeyx Abbad: “O necə mücahid ola bilər!? Bəli, o mücahiddir, lakin şeytanın yolunda vuruşan mücahiddir. Üsamə bin Ladenin müsəlmanlara böyük zərəri toxunub və şübhə yoxdur ki, onun ölümü onlar üçün yüngüllük olacaq. İnsanlar onun ölümündən sonra rahat nəfəs alacaqlar”. 

http://www.sahab.net/forums/index.php?showtopic=120559

Diqqət yetirin ki, şeyx Abbad onun haqqında bu sərt və Sələfi əqidəsinə müvafiq cavabı bin Laden öləndən sonra vermişdir. Hələbi isə, bin Ladenin halı haqqında öz mumeyyi əqidəsinə müvafiq cavabını o hələ sağ ikən və müasir dövrün ən təhlükəli xəvaric terrorçu təşkilatına rəhbərlik edərkən vermişdir!

Allahdan bizi zəlalətə düşməkdən qorumasını istəyirik.