“Bizdən olmayanlar barədə ixtilafımızı, öz aramızda ixtilafa çevirməyək” qaydası

English

Hələbinin bu qaydası, ona məxsus “ilzəm (məcburiyyət) yoxdur” qaydasının məntiqi davamıdır. Onu və onun tərəfdarlarını, müxtəlif xəvaricləri, qutbiçilərı və digər bidətçiləri tövsiyyə edib müdafiəsinə qalxanları nəyəsə ilzəm (məcbur) etməyin mümkün olmadığını elan etdikdən sonra, Hələbi bu qaydanı uydurdu ki, sələfilər müxtəlif azmış şəxsiyyətləri israrla müdafiə etdiyinə görə onu qınamasınlar. Hələbi deyir: “Bizim (Əhli Sünnənin) – bidətçilər və bidətlərə düşmüş sünnilər sırasından – bizdən olmayanlarla bağlı məqbul ixtilafımızı öz aramızda (Əhli Sünnə arasında) ixtilafa çevirmək olmaz. Əksinə, bir-birimizə haqqı göstərməklə və bir-birimizi səbrə və mərhəmətə dəvət etməklə bir-birimizə yaxşı nəsihətlər etməliyik”. (Mənhəc əs-Sələd əs-Salih, səh. 207).

Hələbinin “bidətçilər və bidətlərə düşmüş sünnilər sırasından” sözünə diqqət yetirin. Yəni, Hələbi özü etiraf edir ki, bu qayda həm bidətə düşmüş sünniyə, həm də əsli bidətçi olana tətbiq oluna bilər!

Digər sözlərlə, məsələn, əgər iki sələfi rəhbərə qarşı çıxmış (xuruc etmiş) və nümayişləri dəstəkləyən Muhamməd Həssən barədə ixtilaf ediblərsə – biri onu tövsiyyə edir, digəri isə ondan çəkindirirsə, o zaman Hələbinin bu qaydasına müvafiq olaraq, bu iki sələfinin münasibətləri buna görə pozulmamalıdır. Axı Hələbinin “ilzəm (məcburiyyət) yoxdur” qaydasına əsasən, birinin digərini bu azmış şəxsiyyətlər əleyhinə çəkindirməsini qəbul etməyə ilzəm (məcbur) etmək üçün ya icma olmalıdır (o isə yoxdur), yaxud da tövsiyyə edən şəxs haqqa riayət edən həqiqi sələfi olmalı və çəkindirənin dəlilləri ilə razılaşmalıdır.

Hələbinin qaydalarına əsasən, hətta xəvaric Bin Ladenin çəkindirilməsi barədə “icmanın olmadığına” istinad etmək olar. Çünki, hələbiçilərin bu günə qədər “böyük alim” hesab etdikləri, lakin Bin Laden haqqında yaxşı rəydə olan və onu tərifləyən bəzi insanlar olub.

Əgər  bu azmış şəxsiyyətləri tövsiyyə edən şəxs hər hansı bir səbəbdən bu insanların zəlalətini göstərən açıq-aydın dəlillərlə razılaşmasa, Hələbinin bu qaydasına müvafiq olaraq, onlar buna görə ixtilaf etməməli və öz münasibətlərini xoşluq və mərhəmət üzərində qurmağa davam etməlidirlər.

Bu nə deməkdir?! Bu sadəcə olaraq Hələbi və digər mumeyyilərin əməl etdiyi məşhur ixvan qaydasının başqa şəkildə ifadə olunmasıdır: “Həmfikir olduğumuz məsələlərdə birləşək və ixtilaf etdiyimiz məsələlərdə bir-birimizi bağışlayaq, üzr gətirək”.

Bu əsassız qaydanın təkzib olunmasına gəldikdə isə, əməlisaleh sələflərimizdən azmış şəxsiyyətlərdən çəkindirməkdən imtina edənlərlə münasibəti kəsməyi əmr edən çoxsaylı rəvayətlər vardır.

Bu qaydanın əsassızlığını sübut etmək üçün İmam Əhməd və Hüseyn Kərabisi ilə bağlı məşhur hadisəni təqdim edək. Hafiz ibn Abdul-Bərr (Allah ona rəhm etsin) deyib: “Əbu Əli Hüseyn ibn Əli Kərabisi bir çox əsərlər qələmə almış mötəbər bir alim idi. Rəhbərin dini məsələlərdə qərarları yalnız onun fətvalarına əsaslanırdı. Həmçinin o, məharətli mübahisəçi və çox təkəbbürlü idi. O, ilk əvvəl İraq sakinlərinin məzhəbində idi (yəni, Əbu Hənifənin məzhəbində – tərc. qeyd). İmam Şafii gəldikdən və o, onunla görüşdükdən və onun əsərləri ilə tanış olduqdan sonra, o, (Kərabisi) Şafiinin məzhəbinə keçdi və ona böyük ehtiram bəsləməyə başladı. O, sayı 200 cildə çatan çoxsaylı əsərlərin müəllifidir. Kərabisi Əhmədlə də dostyana və yaxşı münasibətlərdə idi. Lakin Kərabisi Quran məsələsində digər rəyi seçdikdə dost münasibətləri düşmən münasibətlərinə çevrildi və onlardan hər biri digərini cərh etməyə və bir-birindən çəkindirməyə başladılar”. (əl-İntiqa Fi Fədail əs-Sələsə əl-Əimmə əl-Fuqahə; Malik Vəş-Şafi Və Əbi Hənifə, səh. 106).

İbn Abdul-Hadi nəql edirdi: “İmam Əhməddən Kərabisinin “Mən Quran oxuyanda, mənim ləfzim məxluqdur” sözləri haqqında soruşdular. Buna İmam Əhməd (Allah ona rəhm etsin) cavab verdi: “Bu Cəhmin sözləridir (yəni, cəhmilərin – qeyd. tərc)”.

İshaq ibn İbrahim nəql edir ki: “Mən İmam Əhmədin “Allah Kərabisini alçaltsın! Onunla danışmaq, əlaqə saxlamaq və onun kitablarının üzünü köçürmək icazəli deyil. Həmçinin, onunla əlaqə saxlayanlarla da əlaqə saxlamaq olmaz” dediyini eşitmişəm”. (Bəhr əd-Dəm Fimən Təkəlləmə Fihi əl-İməm Əhməd Bi Mədhin Və Zəm, səh. 192).

İmam Əhmədin (Allah ona rəhm etsin) sözlərinə diqqət yetirin: “Həmçinin, onunla əlaqə saxlayanlarla da əlaqə saxlamaq olmaz” və onları Hələbinin şərli qaydası ilə müqayisə edin: “Bizdən olmayanlar barədə ixtilafımızı öz aramızda ixtilafa çevirməyək”.

İmam Əhmədin bu sözləri Hələbinin bu qaydasının əsassız olduğunu göstərən ən güclü dəllillərdən biridir. (əl-Bərahin əl-‘Ətidə Fi Kəşfi Əhvəl və Təsılət Əli əl-Hələbi əl-Cədidə”, səh. 202).

Həmçinin, Əbu Davud Sicistani İmam Əhməddən (Allah onlara rəhm etsin) soruşmuşdur: “Əgər mən Əhli Sünnədən olan birini bidətçi ilə əlaqə saxlayan görsəm, onunla (Sünnə əhli ilə) əlaqəni kəsməlyəmmi?” İmam Əhməd (Allah ona rəhm etsin) cavab verdi: “Yox, əvvəlcə ona başa sal ki, onunla birgə gördüyün o insan bidətçidir. Əgər onunla oturub-durmağa son qoysa, onunla əlaqəni kəsmə. Bundan sonra yenə də o bidətçi ilə oturub-durmağa davam edərsə, onu da o bidətçiyə nisbət et, çünki İbn Məsud demişdir: “İnsanı dostuna görə tanımaq olar”. (əl-Ədəb əş-Şər’iyə, 1/ 251).

Bundan əlavə, bu qaydanın əsassızlığına həmçinin onun ifadə şəkli da işarə edir: “Bizdən olmayanlar barədə ixtilafımızı öz aramızda ixtilafa çevirmək olmaz”. Çünki əgər biz, bu azmış insanların Əhli Sünnədən olmadığı ilə razılaşsaq, o zaman ümumiyyətlə heç bir ixtilafımız olmayacaq. Əslində Hələbi dolayısı ilə sələfilərə deyir: “Mən müxtəlif bidətçilərin Əhli Sünnə sırasından olduğunu hesab etməyə davam edəcəm, lakin siz (sələfilər), buna görə mənimlə münasibəti korlamamalı və məni qınamamalısız”.
Allahdan bizi bu cür zəlalətdən qorumasını diləyirik.