Şeyx İbn Bəzə (Allah ona rəhm etsin) belə dir sual verilir:
Sual: "Əşarilər Əhli-Sünnədən sayılırlarmı? Xahiş edirik ki, bu məsələyə bir açıqlama gətirəsiniz!"
Cavab: "Əşarilər bəzi etiqadi məsələlərdə Əhli-Sünnəyə müxalif olmuşlar. Məsələn, Uca Allahın müəyyən sifətlərində təvil (sözün, bəyənilən, müstəqim mənası xaricində, ona bənzər digər qeyri-qənaətbəxş dəlillərə və ehtimallara əsaslanaraq şərh edilməsi; çevirmə, təhrif etmə, dəyişmə, sözə başqa məna vermə, ayə və hədisi zahiri mənasından çıxarıb Quran və Sünnədə gəlməyən mənalara yozma) etmələri kimi... Ona görə də əşarilər təvil məsələsində Əhli-Sünnədən sayılmırlar, çünki Əhli-Sünnə təvil etmir. Bu, əşarilərin xətası və pis əməllərindəndir, ancaq Əhli-Sünnəyə müvafiq olduqları digər məsələlərdə onlar Əhli-Sünnədən hesab olunurlar. Mömin və müsəlmanlara vacib olan yol Əhli-Sünnə vəl-Cəməanın yoludur. Bu da Uca Allahın bütün adlarına və həmçinin Qurani-Kərimdə varid olan sifətlərinə tam şəkildə iman gətirməyi özündə ehtiva edir. Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) mübarək sünnəsində də bu öz əksini tapmışdır. Allahın ad və sifətlərinə məhz bu şəkildə iman gətirmək, Quran və Sünnədə gəldiyi kimi "təhrif"siz, "tətil"siz, "təkyif"siz, "təmsil"siz və "təvil"siz şəkildə də başqalarına ötürmək vacibdir. Bu məsələyə belə iman gətirməklə yanaşı, digər insanlara da Quran və Sünnədə varid olduğu kimi (məxluqata bənzətmədən, Uca Allaha layiq olan şəkildə) ötürmək lazımdır. Necə ki, Uca Allah buyurur: “(Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de: “(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur); Allah (heç kəsə və heç nəyə) möhtac deyil! (Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir!) O, nə doğmuş, nə də doğulmuşdur! (Allah Özünə heç bir övlad götürməmişdir!) Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!” (əl-İxlas, 1-4). Digər ayədə buyurur: “...Ona bənzər heç bir şey yoxdur. O, (hər şeyi) Eşidəndir, (hər şeyi) Görəndir!” (əş-Şura, 11).
Buna görə də dəvətçiyə vacibdir ki, Uca Allahın Ad və Sifətlərini Quranda və səhih Sünnədə varid olduğu kimi "təhrif"siz, "tə'vil"siz, "təmsil - təşbih"siz, tətil"siz və "təkyif"siz bir formada ("ər-Rahim", "əl-Aziz", "əl-Qadir" və s.) başqalarına da çatdırsın! Uca Allah buyurur: “Onlar (İsaya inanmayanlar) hiyləyə əl atdılar. Allah da onların hiyləsinə (İsanı göyə qaldırıb münafiqlərdən birini isə İsa surətində onlara öldürtməklə) əvəz verdi. Allah (bütün) hiyləgərlərdən tədbirlidir (onların hiyləsinə ən yaxşı cəza verəndir)”. (Ali-İmran, 54).
“Münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki əslində (Allah) onları aldadır...”. (ən-Nisə, 142).
“Həqiqətən, (Məkkə müşrikləri Quranın nurunu söndürmək üçün) hiylə qurdular. Mən də (hiylələrinə qarşı) onlara cəza verirəm”. (ət-Tariq, 15-16).
Bütün bu sifətlərin hamısı Uca Allahın Özünə layiq olan və Ona yaraşan şəkildədir. Məxluqatın hiyləsinə, yalanına, məkrinə, fırıldağına bənzəməz. Buna görə də “Ad və Sifətlər”i Uca Allaha layiq şəkildə qəbul etməliyik və O, yaratdıqlarından heç bir şeyə bənzəmir.
Əbu Zərr (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) Uca Allahın belə buyurduğunu bildirmişdir: “Kim yaxşı bir əməl ilə (hüzuruma) gəlsə, ona on misli qədər və əlavə (yeddi yüzə qədər və daha çox savab) verərəm. Kim günah ilə gəlsə, ona (həmin) günaha bərabər əvəzini verərəm və ya bağışlayaram. Kim Mənə bir qarış yaxınlaşsa, Mən də ona bir dirsək yaxınlaşaram. Kim Mənə bir dirsək yaxınlaşsa, Mən də ona bir qulac yaxınlaşaram. Kim Mənə doğru yeriyərək gəlsə, Mən də ona doğru yüyürərək gələrəm. Kim Mənə heç bir şeyi şərik qoşmadan yer boyda günahla Mənimlə görüşsə, Mən də (onun etdiyinin) misli qədər məğfirətlə onu qarşılayaram”. (Muslim, 2687, 4852, 7009).
Bütün bu sifətlərin hamısı Uca Allahın Özünə layiq şəkildə qəbul edilməlidir. Ad və Sifətlər məsələsinə məhz bu şəkildə iman etmək və Uca Allahın Özünə layiq formada isbat etmək vacibdir. Məsələn, hədisdə keçir ki, “yaxınlaşaram!” Biz bu yaxınlaşmanı Uca Allahın Özünə layiq şəkildə qəbul etməliyik. Yaxud hədisdəki “Mən ona tərəf yüyürərək gedərəm!” Həmçinin, bunu da Uca Allaha layiq şəkildə qəbul etməliyik. Yəni, bunları məxluqun hərəkətinə, yerişinə, qaçışına, gəlməsinə, gəzməsinə və s. bənzətməməliyik. Uca Allahın yüyürməsi də, yaxınlaşması da Onun Özünə layiq şəkildədir və məxluqatın sifətlərinə bənzəmir. Allah Öz müqəddəs kitabında buyurmuşdur: “...Ona bənzər heç bir şey yoxdur. O, (hər şeyi) Eşidəndir, (hər şeyi) Görəndir!” (əş-Şura, 11).
Həmçinin, saleh əməllərə təşviq etmək və həvəsləndirmək haqda olan hədisdə deyilir: Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, yanında bir qadın olarkən Peyğəmbər (salləllahu aleyhi və səlləm) içəri daxil olub: “Bu kimdir?”– deyə soruşdu. Aişə: “Filankəsdir”– deyib, onun namaz qılmağından danışdı. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Bəsdir, siz bacardığınızı yerinə yetirməlisiniz. Vallahi, siz usanmadıqca, Allah usanmaz”. Aişə (Allah ondan razı olsun) deyir: “Allah üçün ibadətlərin ən sevimlisi davamlı yerinə yetirilən əməldir”. (əl-Buxari, 43; Muslim, 785). Deməli, burada keçən “bezmək, usanmaq” Uca Allahın Özünə layiq şəkildədir. Yəni, yaradılmışların bezməsinə, usanmasına (sifətlərinə) bənzəməz. Məxluqat naqis olmaqla yanaşı, həm də zəifdir, lakin Uca Allahın sifətləri kamildir və Özünə layiq şəkildədir. Hər cür eyib, nöqsan və qüsurdan uzaqdır, məxluqatına da oxşamır”.
Şeyx İbn Bəzin (Allah ona rəhm etsin) səsli yazısından alıntı: http://www.binbaz.org.sa/noor/1374
Həmçinin, Şeyx İbn əl-Useyminə (Allah ona rəhm etsin) də Əşarilər haqda sual verilir:
Sual: "Hörmətli, fəzilətli şeyx! Əşarilər Əhli-Sünnədən sayılırlarmı? Xahiş edirik ki, bu barədə açıqlama verəsiniz!"
Cavab: "Ümumən, Əhli-Sünnə vəl-Cəməanın razılaşdığı məsələlərdə əşarilər Əhli-Sünnədən hesab olunurlar. Lakin, onlar Əhli-Sünnənin Uca Allahın Ad və Sifətlərindəki mövqeyinə müxalifdirlər, çünki onlar Uca Allahın yeddi sifətindən başqa digər sifətlərini isbat etmirlər. Bununla yanaşı bu yeddi sifəti də Əhli-Sünnənin isbat etdiyi kimi isbat etmirlər. Ona görə də bütövlükdə onlara “onlar tamamilə Əhli-Sünnədəndirlər” demək lazım deyil. Eyni zamanda tam olaraq da Əhli-Sünnə dairəsindən kənara çıxarıb atmaq da düzgün deyil. Əksinə, biz deməliyik ki, onlar (əşarilər) Əhli-Sünnənin müvafiq olduğu məsələlərdə Əhli-Sünnədən hesab olunurlar. Habelə, Əhli-Sünnənin müxalif olduğu məsələrdə də Əhli-Sünnəyə müxalif olublar. Ədalətli yanaşma odur ki, onda haqq olsun! Necə ki, Uca Allah buyurur: “Söz söylədiyiniz zaman (lehinə və ya əleyhinə danışdığınız adam) qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdi (dini vəzifələrinizi, andlarınızı) yerinə yetirin...". (əl-Ənam, 152).
Buna görə də ümumilikdə onları tam olaraq Əhli-Sünnə dairəsindən çıxarmaq ədalətli yanaşma deyil. Həmçinin, onları tam olaraq da Əhli-Sünnədən hesab etməməliyik, çünki bu da ədalətdən deyil. Vacib olan odur ki, hər bir haqq sahibinin yerində və məqamında haqqı verilsin!" (Muhəmməd ibn Saleh ibn Muhəmməd əl-Useymin “Liqaul-Bəbul-Məftuh” 6/ 20).
"təhrif"- bir sözü başqa sözlə əvəz etmək, dəyişdirmək, ayə və ya hədisi həm məna, həm də ləfz (söz) etibarı ilə dəyişdirmək deməkdir.
"tətil"- Allahın sifətlərini təmamilə inkar etmək və ya bəzilərini qəbul edib, bəzilərini inkar etmək. Tətil mütləq olaraq təhrifdən daha şiddətlidir. Yəni, o yerdə ki təhrif var, orada tətil də vardır. Lakin əksi belə deyildir. Tətil iki qisimdir:
1) Böyük tətil - Cəhmilər Uca Allahın İsim və Sifətlərini tamamilə inkar edirlər.
2) Kiçik tətil - Əşarilər, Maturudilər kimi Uca Allahın İsim və Sifətlərindən bəzilərini qəbul edib, bəzilərini isə inkar etmək.
"təkyif"- Uca Allahın sifətlərinin mahiyyəti, keyfiyyəti haqqında fikir yürütmək. Sifətlərin necəliyi haqqında suallar vermək. Uca Allahın sifətlərini bilmək lazımdır, lakin keyfiyyəti haqqında fikir yürütmək olmaz.
"təmsil"- Uca Allahın sifətlərinin məxluqatın sifətləri kimi olduğunu qeyd etmək. Buna həmçinin təşbih də deyilir.
"təvil"- təfsir mənasındadır və sözün son nəticədə əsaslandığı həqiqət mənasını bildirir. Zəmm olunmuş(pislənmiş) təvil - sözün bəyənilən bir mənasını kənara qoyaraq ona bənzəyən, lakin dəlili bəyənilməyən, ehtimallara əsaslanan qeyri-qənaətbəxş söz və dəlillərlə şərh edilməsinə deyilir. İsim və Sifətlərdə təvilə gəldikdə isə bidət əhlini belə bir şeyə əl atmağa sövq edən əsas səbəb Uca Allahı yaradılmışlara bənzərlikdən uzaqlaşdırmaq məsələsində həddi aşmalarıdır. Bu isə öz növbəsində batil bir iddiadır və onları çəkindikləri təhlükənin bir başqa formasına, ağırına, daha fəsadlı halına salmaqdadır).
Qeyd: Əşarilərin Əhli-Sünnədən sayılması onları rafizilərdən ayırmaq üçündür. Müəyyən hallarda alimlər sünni, Əhli Sünnə və s. terminləri rafizilərdən fərqləndirmək üçün istifadə etmişlər. Halbuku, Əşarilər Sələfdən, hədislərdə qeyd edilən "Nicat tapmış firqədən" sayılmırlar və hədisdə olan 72 firqədən hesab olunurlar.