Bidət əhli ilə oturmaqdan çəkindirmək

English

Sual 101.

Bidət əhli ilə oturmaqda Əhli-Sünnənin mövqeyi nədir?

Cavab:

Əhli-Sunnə vəl-Cəməa həva və bidət əhli ilə oturmaqdan şiddətli şəkildə çəkindirmişdir, çünki onların məclislərində Allahın əmrinə muxaliflik vardır. Onları və onların məclislərini sevmək, onların azğınlığının arxasınca getmək və batil uzərində onlara tabe olmaq kimi təhlukəlidir. Uca Allah buyurur: “Ayələrimizi lağlağıya qoyanları gördüyün zaman, onlar başqa söhbətə keçənə qədər onlardan üz çevir. Əgər şeytan (bunu) sənə unutdursa, xatırladıqdan sonra zalım camaatla birgə oturma!”(əl-Ənam, 68). İbn Abbas (Allah ondan razı olsun) buyurur: “Dində hər bir yenilik edən və hər bir bidətçi Qiyamət gününə qədər bu ayənin hokmunə daxildir”. əl-Qurtubi bunu öz təfsirində ondan (İbn Abbasdan) nəql edərək demişdir: “Həva (bidət) əhli ilə oturma! Çunki, onların məclisləri qəlbləri xəstələndirir”. (Təfsir əl-Bəğavi, 2/ 401).

Sual 102.

Bidət və həva əhli kimlərdir?

Cavab:

İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “O bidət ki, Kitab və Sunnəyə muxalifətdə elm əhli arasında məşhurdur, onu edən kişi həva əhli (bidətçi) sayılır”. (Fətəva əl-Kubra, 4/ 194).

 

Abdus-Sələm ibn Bərcisə (Allah onu qorusun) səhih əqidəyə aid verilən suallardan

Tərcümə: Mansur Cəlilov