“Dəqiqləşdirməyin vacibliyi” bəhanəsi ilə Sünnə alimlərinin çəkindirmələrini qəbul etməkdən boyun qaçırmaq

English

“Sərhədlərin silinməsi” ideologiyasının əksər tərəfdarları, alimlərin müxtəlif azmış şəxslər barədə çəkindirmələrini rədd etmək üçün “dəqiqləşdirməyin vaciblyi” (təsəbbut) prinsipi barədə danışmağı sevirlər. Onlardan hər biri bu prinsipi elə bidətçi nöqteyi-nəzərdən təqdim edir ki, heç kim onları müxtəlif azmış şəxsləri müdafiə və tövsiyyə etməkdən əl çəkməyə məcbur edə bilməsin.

Şeyx Rabi Məribinin bu prinsipə əməl etməsi barədə demişdir: “Əbul-Həsən (Məribi) “dəqiqləşdirməyin vacibliyi” bəhanəsi ilə həqiqəti inkar edərək Arurun və digər azmış şəxslərin mənhəcinin ardınca gedir. Odur ki, o deyir: “Mən özüm çəkindirilən insanın sözlərini eşitmədikcə və ya oxumadıqca, kiminsə barəsində çəkindirmələri qəbul etmirəm”. Beləliklə o, bu azğın prinsiplə nüfuzlu alimlərin dəlillərə əsaslanan fətvalarını inkar edir”. (Məcmu Kutub və Rəsail və Fətəva əş-Şeyx Rabi, 13/ 78-79). 

Şeyx Rabi (Allah onu qorusun) bu prinsipin (təsəbbut) təbliğçilərinin həqiqi niyyətləri barədə aşağıdakıları demişdir: “Onların “təsəbbut” adlandırdığı bu qayda yalnış qaydadır. “Dəqiqləşdirməyin vacibliyi”   prinsipi altında onlar həqiqəti öyrənmək və onun həqiqliyinə əmin olmaq istəmir, əksinə bu qayda ilə həqiqəti inkar etmək istəyirlər. Odur ki, biz onların dəqiqləşdirməyin vacibliyi bəhanəsi ilə möhtərəm alimlərin (müxtəlif şəxsiyyətlərin) halları barədə çoxsaylı ifadələrini rədd etdiklərini görürük. Beləliklə, bu bəhanə zahirən İslami görünsə də, əslində dağıdıcı və iblisanədir.

http://www.sahab.net/forums/?showtopic=115155

Beləliklə, biz Məribinin “sərhədlərin silinməsi” ideologiyası ilə bağlı yalnız bəzi zəlalətlərini sadaladıq. Məribi həmçinin, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) səhabələri haqqında nalayiq ifadələr işlədərək onları təhqir etmək bidətinə də düşmüşdür. Lakin bu məqalədə məhz “sərhədlərin silinməsi” (təmyi’) ixvan ideologiyasının yayılması problemini nəzərdən keçirdiyimiz üçün, oxucunun vaxtını Məribinin digər zəlalətləri ilə tanışlığa sərf etməmək qərarına gəldik.

Bu fəslin yekunu olaraq qeyd etmək lazımdır ki, Məribinin fitnəsi Sələfi dəvəti üçün Arurun fitnəsindən daha təhlükəli olsa da, Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) həqiqi varisləri – Əhli-Sünnə alimləri – Allahın köməyi ilə Əbul-Həsən Məribinin “sərhədlərin silinməsi” ideologiyasını təkzib etdikdən və bu ideologiyanın azğınlığını göstərdikdən sonra, bu fitnə səngidi. Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) dediyi kimi: “Bu elmi sonradan gələn hər bir nəsildən, o nəslin ədalət sahibi olan adamları daşıyacaqlar. Onlar bu elmdən, ifrata varanların təhriflərini, azğınların əlavələrini və cahillərin yanlış izahlarını, aradan götürəcəklər”. (Bu hədisi Beyhəqi rəvayət edib və şeyx Albani hədisi “səhih” adlandırıb). 

Lakin, təəssüflər olsun ki, Məribinin və onun qaydasının tənəzzülü ilə, “sərhədlərin silinməsi” ixvan prinsipinin ideoloqlarının fitnəsi tamamilə yox olmadı. Bu dəfə Uca Allahın hikməti və qədərinə müvafiq olaraq, Sələfi dəvəti “sərhədlərin silinməsi” ideoloqlarının bu günə qədər davam edən yeni və daha güclü fitnəsi ilə üz-üzə qaldı. Yeni “sərhədlərin silinməsi” (təmyi’) ideologiyası bir qədər şəklini dəyişərək və təkmilləşərək sələfilər arasında “hələbilik” adı altında acınacaqlı bir şəkildə məşhurlaşdı.