English

SON MƏQALƏLƏR

Ey müsəlman qardaşım! Bil ki, bidət əhli Əhli-Sünnə kitablarından əhli-sünnənin əleyhinə dəlil gətirərkən aşağıdakı yollardan birinə əl atılıb.
1. Kitabın orijinalında olmayan məsələ gətirilib.
2. Zəif və uydurma hədis gətirilib.
3. Alimin təfsilata ehtiyacı olan ümumi sözləri gətirilib.
4. Alimin xətası gətirilib.
5. Alimin azmış firqələrin adından dediyi, lakin öz fikri olmadığı söz alimin adından gətirilib.
6. Alimin şaz görüşü, əhli sünnə tərəfindən məqbul olmayan görüşü gətirilib.
ardını oxu 993 oxunma bidətçilərin üslubları
Şeyx İbn əl-Useyminə (Allah ona rəhm etsin) sual verirlər: “Şeyx, Darul-İslam və Darul-Küfrün tərifi nədir?”
ardını oxu 1423 oxunma islam-və-küfr-diyarı
Bəzi müsəlmanların  problemi, ümumi təkfiri düzgün başa düşməmələri və müəyyən təkfirlə ümumi təkfir arasında fərq qoymamalarıdır. Yəni “belə etmək küfrdür” deməklə “belə edən kafirdir” demək arasında, günahın özü ilə onu edən insan arasında fərq qoymamalarıdır. Yəni, ümumi dəlillərlə xüsusi dəlilləri bir birindən ayırmamaq bu problemlərə səbəb olur. 
İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: “Müəyyən şəxsə gəldikdə (onu) küfrdə ittiham etmək fərqlənə bilər. Hər xəta edən bidətçi və fasiq olmur, hər yolunu azan da kafir, fasiq və ya günahkar olmur”. (Minhəcus-Sunnə, 5/ 250). 
ardını oxu 2749 oxunma təkfir nədir, cahilliyin üzrlü olması
Namazı tərk edəni kafir saymayanlar belə demişlər: “İslama girməklə insan üçün İslam hökmü sabit olmuşdur, yəni yəgin olaraq ona müsəlman hökmü verilmişdir. Belə bir insanı ancaq yəgin bir məlumata dayanaraq İslamdan çıxartmaq olar”.
ardını oxu 2007 oxunma namaz qılmayanın hökmü, dəlillər
Məscidlər Allaha ibadət olunan, xüsusi hörmətə sahib olan yerlərdir və məscidlərin bəzəyi orada camaat namazı qılan mömin qullardır. Lakin son illərdə bəzi müsəlmanlar Allahın evlərindən uzaqlaşmasına səbəb olan müxtəlif şübhələrə düşmüşlər. Belə şübhələrə düşən müsəlman bilməlidir ki, əgər müşriklərin məbədlərində namaz qılmaq icazəlidirsə içində bəzən bəzi kimsələr tərəfindən bidət və küfrün edildiyi məscidlərdə namaz qılmaq isə heç bir sıxıntısız icazəli olmalıdır.
ardını oxu 1098 oxunma məscidlərə getmək haqqında
Sual: Bizi faydalandırdığınıza görə Allah sizə bərəkət versin! Allahdan istəyirik ki, hamımızı sözə qulaq asıb, yaxşısına əməl edənlərdən etsin! Sualda deyilir ki, elmli olduqlarını iddia edən bəzi kəslər müsəlman hakimləri şəri və qeyri - şəri hakimlər olmaqla iki qismə bölürlər. Bu bölgünü hakimlərin Allahın hökmü ilə hökm verib-verməmələrinə əsaslandırırlar. Sonra da bəzi hakimlər barəsində deyirlər ki, onlar müsəlman olsalar da qeyri-şəri hakimlərdir. Həmçinin, onlara beyət də olunmur. Bu hakimlərə yalnız məsləhət baxımından qulaq asılır və itaət olunur.
ardını oxu 3335 oxunma rəhbərlərə itaət
“Döyüşə getməyənlərdən başqaları da vardır ki, onlar Allahın ixtiyarına buraxılmışlar. O, ya onlara əzab verəcək, ya da tövbələrini qəbul edəcək. Allah Biləndir, Müdrikdir. Müsəlmanlara zərər vurmaq, küfr etmək, möminlərin arasına təfriqə salmaq məqsədilə, əvvəlcədən Allaha və Onun Elçisinə qarşı müharibə edən kimsəni gözləmək üçün məscid tikənlər, əlbəttə: "Biz yaxşılıqdan başqa bir şey istəmədik"– deyə and içəcəklər. Allah şahiddir ki, onlar yalançıdırlar.
ardını oxu 1581 oxunma məscidlərə getmək haqqında
Arxasınca daha böyük bir ziyan gətirəcək şəkildə hakimə öz narazılığını bildirmək icazəli deyil. Səndən soruşuram: ”Ey, müsəlman! Əgər sənə desələr ki, sənin istəmədiyin bir hakim həqiqətən də vəzifəsindən gedəcək, amma aşağıdakı müəyyən şərtlərlə: Birinci şərt: Bu halda sənin atan, anan və ya uşağın öldürüləcək. İkinci şərt: Ola bilsin ki, sənin zövcənin, bacının və ya qızının namusuna toxunulacaq. Üçüncü şərt: Sənin ölkən bütövlüklə dağıdılacaq. Dördüncü şərt: Milyonlarla insan öz ölkəsindən köçməyə məcbur olacaq, bir çoxları isə aclıqdan və soyuqdan öləcək.
ardını oxu 876 oxunma rəhbərlərə itaət
Rəvayət edilir ki, Abdullah İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Hərurilər (xəvariclər) zühur etdikdə altı min nəfər idilər. Mən Əliyə (Allah ondan razı olsun) dedim: “Ey möminlərin əmiri! Sən namazı bir az gecikdir ki, mən onlarla söhbət edim!” O buyurdu:  “Mən sənin üçün təhlükədən qorxuram!” Mən: “Sən heç narahat olma”- deyərək, ən gözəl paltarımı geyinib yola düşdüm və onların toplandıqları evə gəldim. Onlar günorta istirahətində idilər. Onlardan ibadətə daha şiddətli həris olanını görməmişdim.
ardını oxu 2498 oxunma rəhbərlərə itaət, bidətçi firqələr, tarixi hadisələr
Ümumən bilmək lazımdır ki, kafirlər iki hissəyə bölünür:
ardını oxu 1870 oxunma ət yeməyin hökmü
Bu məsələ təkfir bölümündə ən incə və ən təhlükəlisidir. Çünki, bunun üzərində müəyyən şəxsin kafir olması və ya kafir olmaması barəsində hökm çıxardılır. Bunun səbəbilə neçə-neçə ayaqlar büdrəmiş, neçə-neçə insanlar özlərini həlak etmişlər. Bunun mənşəyi mütləq təkfirlə müəyyən təkfiri ayıra bilməməkdədir. İnsanı İslamdan çıxaran əməllər vardır ki, belə insana hökmü verən elmdə püxtələşmiş alimlər olmalıdırlar.
ardını oxu 2076 oxunma təkfir nədir, cahilliyin üzrlü olması
Hənbəl ibn İshaq rəvayət edir ki, əl-Vasiqin xəlifəliyi zamanı Bağdadın fiqh alimləri Əbu Abdullahın (İmam Əhmədin) yanına gələrək dedilər: “Ey Əbu Abdullah, bu məsələ (yəni, Quranın yaradılmış olması və s.) artıq həddini aşmış və camaat arasında yayılmışdır”. O soruşdu: “Nə etmək istəyirsiniz?” Həmin adamlar dedilər: “Biz öz başçımızın rəhbərliyindən narazıyıq, elə bu səbəbdən də səninlə məsləhətləşməyə gəlmişik”. İmam Əhməd onlarla bir saata yaxın söhbət etdikdən sonra dedi: “Sizə qəlbinizlə etiraz etmənizi tövsiyyə edirəm.
ardını oxu 987 oxunma rəhbərlərə itaət
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, bir gün Peyğəmbərə (sallallahu aleyhi və səlləm) cəmdək gətirdilər. Sonra bu cəmdəyin bel tərəfini (bişirib) ona verdilər. Ətin bu yeri onun xoşuna gəlirdi. O, ətdən bir tikə dişlədikdən sonra dedi: “Qiyamət günü mən insanların ən hörmətlisi olaca­ğam. Bunun nə səbəbdən belə olduğunu bilirsinizmi? Allah (bütün) insanları - əvvəlkiləri və sonrakıları - elə bir yerə yığacaq ki, carçı onları çağıra bilsin, gözlər də onları əhatə etsin.
ardını oxu 1073 oxunma cahilliyin üzrlü olması, namaz qılmayanın hökmü, dəlillər
Şübhəsiz ki, ilk növbədə bilmək lazımdır ki, bu məsələ şəriət məsələlərindəndir. Demək olar ki, bütün fiqh alimləri, həmçinin bütün hədis alimləri öz kitablarında bu barədə “Qida kitabı” adlı xüsusi bölmələr açmışlar. Bu məsələdə diqqət olunası vacib olan qida məsələləridir. Müsəlman yediyinin, içdiyinin halal olmasına diqqət yetirməlidir və bu hər bir müsəlman üzərində vacibdir. Uca Allah bu barədə buyurur: “Ey insanlar! Yerdə olan halal və təmiz ruzilərdən yeyin, şeytanın addım izləri ilə getməyin! O, sizin açıq-aşkar düşməninizdir” (əl-Bəqərə, 168).
ardını oxu 2500 oxunma ət yeməyin hökmü
İnsan müsəlman olmaq niyyətilə şəhadət gətirərək İslam çərçivəsinə girir və müsəlman olur. İlk olaraq müsəlman olmaq üçün şəhadət kəlməsi kifayətdir. Məsələn; əgər insan şəhadət gətirsə, əməl etməyə vaxtı olmasa (şəhadət gətirib sonra dərhal döyüşə atılan səhabə kimi) və yaxud cahilliyi üzündən əməlin ona vacib olduğunu bilməsə (Huzeyfə ibn Yəmənin Qiyamətə yaxın qoca kişi ilə qoca qadının Lə iləhə illəllah demələri hədisi) və belə halda ölsə, bu lə iləhə illəllah ona fayda verəcək. Kitablarda keçən sələflərin “İslam kəlmədir” sözündəki hikmət də məhz bundan ibarətdir.
ardını oxu 1240 oxunma cahilliyin üzrlü olması, namaz qılmayanın hökmü
Müsəlman olan hər bir kəs öz rəhbərinə qulaq asıb itaət etməlidir. Həmçinin, onun ünvanına təhqiramiz sözlər deməkdən çəkinməlidir. Çünki, rəhbərlərə olan itaətsizlik həm dini, həm də dünyəvi məsələlərdə pis sonluğa gətirib çıxarır. Bu hallardan biri də müsəlman dövlətinin daxildən zəifləməsidir ki, İslam dövlətlərinin düşmənlərinin öz hiyləgər planlarını həyata keçirmək üçün gözəl fürsət yaradır. Əgər müsəlman rəhbər öz dövlətində sevilən biridirsə və onun əmrləri Allahın buyurduğu qaydalar üzrə öz dövlətində həyata keçirsə, İslam düşmənləri onlardan qorxar və onlara hörmət edərlər.
ardını oxu 2072 oxunma rəhbərlərə itaət
İmam əl-Acurri (Allah ona rəhm etsin) “əş-Şəriatu” adlı kitabının 21-ci səhifəsində deyir: “Müasir və keçmiş alimlər Xəvariclərin pis bir qövm, Allah və Onun Rəsuluna qarşı üsyan etmiş günahkarlar topluluğu olduğu xüsusunda ixtilaf etməmişlər. Onlar oruc tutsalar da, namaz qılsalarda və etdikləri digər ibadətlərdə çox həvəs göstərsələr də bütün bu əməllərin onlar üçün bir faydası yoxdur. Çünki, onlar Qurani-Kərimi öz istək və arzularına görə təfsir etmişlər və müsəlmanlara qarşı batili haqq göstərmək mücadiləsinə girmiş bir qövmdür”.
ardını oxu 1383 oxunma rəhbərlərə itaət
Cahillər (haqq, İslama dəvət çatmamış insanlar) 2 cürdür:


Əsli kafir olanlar, yəni özünə müsəlman deməyənlər. Məsələn, Kitab Əhli (yəhudi və xristianlar), bütpərəstlər, ateistlər və s. Belələri ilə müsəlmanlar dünyada kafir kimi davranırlar -- məsələn, öldükdə cənazə namazını qılmırlar, Kitab Əhli istisna olmaqla onların qızları ilə evlənmirlər, kəsdiyi əti yemirlər və s. Onların Axirətdəki halı isə Allaha aiddir. Səhih rəyə görə onlar Qiyamət günü imtahan olunacaqlar.

ardını oxu 1184 oxunma cahilliyin üzrlü olması
Təkfir etmək bir insanin kafir olduğunu deməkdir. Bu, İslam şəriətində dindən çıxanları ayırd etmək və onları mühakimə etmək üçün tətbiq edilən bir elmdir. Bəzi yolunu azmış savadsız adamlar bu məsələyə aid Quran ayələrini və hədisləri öz nəfslərinə və ağıllarına uyğun şəkildə şərh edərək, bilməyərəkdən şirk əməllər edən müsəlmanları kafir elan edir, digər müsəlmanları onlara qarşı nifrətə və düşmənçiliyə çağırırlar. Halbuki, Quran və səhih hədislərə əsasən bunu etmək böyük günahdır.
ardını oxu 1749 oxunma təkfir nədir, cahilliyin üzrlü olması
Abdullah ibn Əbi Əufə (Allah ondan razı olsun) rəvayət edir ki, Muaz Şamdan gəldiyi zaman Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) səcdə etdi. Allah Elçisi (ona Allahın salavat və salamı olsun): “Bu nədir, ey Muaz!”- deyə buyurdu. Muaz (Allah ondan razı olsun) dedi: “Mən Şamda olarkən onların rahiblərinə səcdə etdiklərini gördüm və daxilimdən bu hərəkəti sənin üçün də etmək fikrinə düşdüm”- deyə cavab verdi.
ardını oxu 1597 oxunma cahilliyin üzrlü olması, dəlillər

Pages

SAYT HAQQINDA

Sayt müsəlman qardaş və bacılarımızın təkfirçi, hizbi və digər bidət əhlinin hiylələrinə aldanmaması və onların gətirdikləri şübhələrə elmi dəlillərlə cavab vermək üçün hazırlanmışdır.

BİZİ İZLƏYİN

AXTARIŞ

Search form