Müasir dövrdəki kitab əhlinin kəsdikləri ət haramdırmı?

English

Ümumən bilmək lazımdır ki, kafirlər iki hissəyə bölünür:

  1.  Kitab verilən kafirlər (yəhudi və xristianlar).
  2.  Kitab əhli olmayan digər kafirlər. (Ateistlər, bütpərəstlər və s.)

Fərqi yoxdur, istər kitab əhli kafirlər olsun, istər qeyri-kitab əhli – bütün kafirlərin Axirətdəki hökmləri əbədi Cəhənnəmdir. Amma bu dünyada Uca Allah kitab əhli olan kafirlər ilə kitab əhli olmayan kafirlər arasında bəzi fərqlər qoyub. Bu dünyada onları digər kafirlərdən üstün edib. Məsələn; Hər hansı bir kitab əhlindən olan yəhudi və ya xristian şəriət ölkəsində zimmə əhli kimi cizyə – yəni, vergi ödəyərək yaşaya bilər. Amma qeyri-kitab əhli bu şərtlər olsa da yaşaya bilməz. Həmçinin, hər hansı müsəlman kişi kitab əhlindən olan bir qız ilə (yəhudi və xristian ilə) evlənə bilər. Amma əhli kitabdan olmayan kafir bir qız ilə evlənə bilməz. Bu müəyyən fərqlərdir. Bu fərqlərdən biri də ət məsələsində ortaya çıxır. Kitab əhli olmayan kafirlərin yeməkləri müsəlmanlara haramdır. Ancaq kitab əhlinə gəldikdə, yəni yəhudi və xristianların kəsdikləri isə əl-Maidə surəsi 5-ci əyəyə əsasən müsəlmanlara halaldır. Bütün müsəlman ümməti icma edib ki, bu ayəyə əsasən yəhudi və xristianların kəsdikləri halaldır. Bu icmaya yalnız şiələr müxalif olub. Məsələn, şiələrə görə kitab əhlinin kəsdikləri heyvanların ətini yemək olmaz. Yəni, şiələri çıxsaq müsəlman ümməti kitab əhli tərəfindən kəsilən heyvanın ətinin müsəlmanlara halal olması barədə icma edib. Lakin, bəzi qardaşlar indiki dövrdə bu məsələdə şübhə gətirirlər. Ola bilsin ki, məsələni düzgün başa düşməməzlikdən irəli gəlir. Şübhədə deyirlər ki, indiki kitab əhli ilə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) zamanında olan kitab əhli arasında fərq var. Yəni Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) zamanında olan kitab əhli olan yəhudi və xristianlar fərqli idi. Yəni, onlar şirk və küfr əhli deyildilər. O səbəbdən onların kəsdiklərini yemək müsəlmanlara halal edilmişdir. Amma günümüzdə olan kitab əhli belə deyil. Təbii ki, bu iddia və ya şübhə batildir. Yəni, məgər alimlərdən kimsə deyib ki, Maidə surəsi 5-ci ayəsinin hökmü ləğv edilib?! Məgər Uca Allah bu ayəni nazil edəndə min ildən sonrakı yəhudi və xrsitianların halını bilmirdi?! Bu iddia kökündən batildir. Ona görə ki, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) zamanında əhli kitab elə şirk əhli idi. Bu ayə “kitab əhlinin yeməkləri sizə halal edildi”- Allahın hikmətindəndir ki, elə həmin Maidə surəsində Allah kitab əhli barədə nə deyir: “Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir”– deyənlər artıq kafir oldular”. (əl-Maidə, 72). Allah Quranda yahudilərin və xristianların şirkini, küfrünü açıq-aydın bəyan edir. Bu haqda 10 ayə var. Bununla yanaşı nə deyir? “Kitab verilənlərin yeməkləri sizə halal, sizin yeməkləriniz də onlara halaldır”. (əl-Maidə, 5).