Cahillərlə davranış necə olmalıdır?

English
Cahillər (haqq, İslama dəvət çatmamış insanlar) 2 cürdür:
  1. Əsli kafir olanlar, yəni özünə müsəlman deməyənlər. Məsələn, Kitab Əhli (yəhudi və xristianlar), bütpərəstlər, ateistlər və s. Belələri ilə müsəlmanlar dünyada kafir kimi davranırlar -- məsələn, öldükdə cənazə namazını qılmırlar, Kitab Əhli istisna olmaqla onların qızları ilə evlənmirlər, kəsdiyi əti yemirlər və s. Onların Axirətdəki halı isə Allaha aiddir. Səhih rəyə görə onlar Qiyamət günü imtahan olunacaqlar.
  2. Özünə müsəlman deyən, lakin bilməməzlikdən şirk əməllər edənlər (qəbirə yalvarmaq kimi). Onlar özlərini İslama nisbət etdikləri üçün Quran ayələri və hədislərə əsasən müsəlmanlar onlarla müsəlman kimi davranır -- qızları ilə evlənir, kəsdiyi əti yeyir və s. Çünki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: "Heç bir insan digərini (müsəlmanı) fasiqlikdə və kafirlikdə ittiham etməsin. Çünki onun dediyi kimi olmasa, bu söylədiyi özünə qayıdar" (əl-Buxari 6045; Muslim 61). Onların Axirətdəki halı isə birinci qrupda olduğu kimi, Allaha aiddir. Ölkəmizdə də bu qrupa aid insanlar var. Həmin insanların şirk əməlləri etməsi müxtəlif səbəblərdən ola bilər. Buna görə də bəzi şərtlər tətbiq olunmadan onlara kafir demək böyük günahdır. Növbəti məqalələrdə bu barədə ətraflı izahat verilmişdir.