bidətçilərlə münasibət

“Sərhədlərin silinməsi” prinsipinin banisi olan ideoloqların ikinci fitnə dalğası

ardını oxu 609 oxunma bidətçilərlə münasibət, bidətçilərin üslubları, bidətçi firqələr

Əgər oxucu “ixvançılıq”, “qutbçuluq” və “sürurilik” kimi anlayışlarla yaxşı tanış deyilsə, ona “Sururilər və Qutbçular, yaxud sələfilik cildinə girmiş İxvanlar” məqaləsini və ya bu anlayışlarla yaxşı tanış ola biləcəyi digər məqalələri oxumağı israrla tövsiyyə edirik. Əks halda, oxucu bu məqaləni anlamaqda bəzi çətinliklərlə üzləşəcək. 

Rəhman və Rəhim olan Allahın adı ilə

Giriş

ardını oxu 950 oxunma bidətçilərlə münasibət, bidətçilərin üslubları, bidətçi firqələr

Müsəlmanların yanlış anladığı məsələlərdən biri də müəyyən bir şəxsin nöqsanı ilə həmin şəxsin bidətini fərqləndirə bilməməkdir. İnsanlar müəyyən bir şəxsin nöqsanları ilə bağlı danışmaq haqda olan qadağaları bidətlərə də aid edərək, bidət görəndə susmağın yaxşı olduğunu düşünürlər.

ardını oxu 693 oxunma bidətçilərlə münasibət

Şeyx Rabi ibn Hədi əl-Mədxali (Allah onu qorusun) verilən sual: Təəssübkeşliyin təhlükəsini bizə açıqlayardınız. Xüsusən də bəzi tələbələr bəzi şəxslərə təəssübkeşlik edir, öz dostluq və düşmənçiliyini də bunun üzərində qururlar.

ardını oxu 721 oxunma bidətçilərlə münasibət, bidətçilərin üslubları

Şeyx Əli ibn Huseyn əl-Huzeyfiyə belə bir sual verilir: “Bəzi insanlar şeyx Rabinin bəzi cərh olunmuşlar barədə sözünü, şeyx Rabinin onları cərh etməsini rədd edirlər, misal üçün Əbul-Həsən əl-Məribi, Əli Hələbi və s. Başqa hörmətli şeyxlərin bunlar barədə təzkiyyələrini dəlil gətirirlər və deyirlər ki, "bu məsələdə şeyx Rabiyə müxalif olanlar şeyx Rabinin şeyxləri yerindədirlər". Bu kəslərə necə cavab verək?”

ardını oxu 466 oxunma bidətçilərlə münasibət
Musəlmanların əmr sahiblərinə qarşı olan səhih əqidələri

Sual 93.

Əhli-Sünnənin əmr sahiblərinə qarşı olan etiqadı nədir?

Cavab:

ardını oxu 402 oxunma bidətçilərlə münasibət, rəhbərlərə itaət

Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “...Məndən sonra çoxlu ixtilaflar görəcəksiniz. Mən sizə mənim sünnəmə və hidayətdə olan Raşidi xəlifələrin sünnəsinə sarılmağınızı tövsiyə edirəm. Ondan arxa dişlərinizlə möhkəm yapışın. Sonradan uydurulan yeniliklərdən uzaq durun. Həqiqətən də hər bir bidət zəlalətdir”. (İbn Macə, 42. əl-Albani səhih olduğunu bildirmişdir). Biz də həmin yol ilə gedirik, lakin bundan başqasına etiqad edən və ya bundan başqası ilə əməl edən özünü necə vəsfləndirsə də, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yolu ilə getmiş sayılmır.

ardını oxu 544 oxunma bidətçilərlə münasibət

Şeyx Fovzana (Allah onu qorusun) sual verirlər: Günümüzdə cavanlar arasında tənqid məsələlərində muvazənət lazımdır. Deyirlər ki, “əgər bir insanın xətalarını bəyan etdinsə, belə olan halda onun yaxşı əməllərini də zikr etmək lazımdır. Bu da insaf və ədalət babındandır. Tənqid məsələlərində belə bir minhəc doğrudurmu? Tənqid halında yaxşı əməlləri qeyd etmək mənə vacibdirmi?

ardını oxu 434 oxunma bidətçilərlə münasibət

Şeyx Abdul-Əziz ibn Bəzz (Allah ona rəhm etsin) daxil olmaqla böyük alimlər heyətinin ər-Riyad şəhərində baş vermiş partlayışla bağlı fətvasında deyilir:

"Böyük alimlər heyəti son zaman baş verən bu düşmənçiliyi cinayət və iyrənc əməl hesab edir. Bu bir xəyanətdir. Dinin insanlara verdiyi yaşam, mal-dövlət, əminamanlıq və sabitlik haqqına qarşı təcavüzdür. Bunu yalnız nifrətlə, xəyanətlə, həsədlə, zülmlə, düşmənçiliklə, həyata və xeyrə nifrətlə dolmuş cinayətkar nəfs edə bilər. Müsəlmanlar belə əməllərin haram olmasında yekdil rəydədirlər.

ardını oxu 507 oxunma bidətçilərlə münasibət

Təbdi edərkən hüccət qaldırmaq şərtdirmi? Bəzi insanlar var ki, İbn Teymiyyənin “Minhəcus-Sunnə” kitabındakı sözünü dəlil gətirirlər. Sözün mahiyyəti belədir: “Müəyyən şəxsin bidətçi olması hökmü yalnız şərtlərin ödənilməsi və maneələrin  aradan qalxmasından sonra verilməlidir”. Halbuki, bu fikrə müxalif olanlar İbn Teymiyənin başqa sözünü dəlil gətirirlər. Bu sözün İbn Teymiyyəyə nisbət olunması nə dərəcədə doğrudur? Müəyyən şəxsə bidətçi hökmü verərkən hüccətin qaldırılmasının şərt olub-olmaması məsələsində, hətta hökmü verən şəxslər alim olsalar belə doğru rəy hansıdır?

ardını oxu 576 oxunma bidətçilərlə münasibət

İmam Səhl ibn Abdullah ət-Tustəri (Allah ona rəhm etsin) buyurur: "Əgər insan bu on xisləti özündə görərsə, onda o, Əhli-Sünnənin yolu üzərindədir:

1. Camaatı tərk etmir;

2.  Peyğəmbərin (salləllahu aleyhi və səlləm) səhabələrini söymür;

3. Bu ümmətə qılıncla xuruc etmir (qarşı çıxmır);

4. İmanda şəkk etmir;

5. Qədəri inkar etmir;

6. Dində qadağan olunan mübahisələr etmir;

7. Qiblə əhlindən olan insan öldüyü zaman ona (cənazə) namazı qılmağı tərk etmir;

8. Xufların (corabların) üzərinə məsh çəkməyi tərk etmir;

ardını oxu 771 oxunma bidətçilərlə münasibət, rəhbərlərə itaət

Müəyyən bir şəxsin xətasını və ya bidətini ortaya qoyduqda, insanlarda həmin şəxsə qarşı təzim, hörmət və məhəbbət nəticədə həmin şəxsin xətasının insanlar tərəfindən qəbul edilməməsinə gətirib çıxara bilər. Bu da insanlarda olan elmsizlkdən və o insan barədə olan gözəl zəndən, insanlar elmsizliyinə görə həmin fikrin xəta olduğunu bilmədiklərinə görə, həmin şəxsə olan təəssübkeşliyə və s. irəli gələ bilər.

ardını oxu 438 oxunma bidətçilərlə münasibət

İmam Əbu Cəfər ibn Harun (Allah ona rəhm etsin) demişdir: “İmam Əhməd ibn Hənbəli pisləyən kimsəyə rast gəlsən, bil ki o, zəlalətdə olan bidət əhlindəndir”. (Cərhu vət-Təadil, 308).

İmam Əbu Hatim (Allah ona rəhm etsin) demişdi: “Əbu Zuraya nifrət edən kimsəyə rast gəlsən, bil ki o, bidət əhlindəndir”. ("Tarix əl-Bağdad” 10/ 329).

ardını oxu 430 oxunma bidətçilərlə münasibət

Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: "Kim araşdırmadan öz havasına tabe olaraq hər hansı bir şəxsi təqlid edər, elmi olmadan sanki "haqq həmin şəxs ilədir" deyə ona əli və dili ilə yardım edərsə, bu şəxs cahillərdəndir. Əgər həqiqətən də tabe olduğu şəxs düzgün olsa belə həmin şəxsin bu əməli (yəni təqlidi) saleh əməl deyil. Həmçinin, əgər tabe olduğu şəxs xəta edərsə, onda həmin kəs (yəni təqlid edən) günah qazanır.

ardını oxu 677 oxunma bidətçilərlə münasibət

Dahi alim şeyx Rabi əl-Mədxəli (Allah onu qorusun) buyurur: "Dağ kimi alimlər misal olaraq - İbn Sirin və Əyyub əs-Səxtəyani (bidət-əhli) onlara Quran oxumaqdan sual versəydilər belə bidət-əhlinin sözlərinə qulaq asmaqdan üz çevirərdilər. Bütün bunları əqidələrini qorumaq və fitnəyə düşməkdən qorunmaq üçün edərdilər. Neçə-neçə böyük alimlər olub ki, batil-əhlinin tələlərinə düşmüşlər. Onlardan misal olaraq;

ardını oxu 484 oxunma bidətçilərlə münasibət

1. Qeys ibn Əbi Həzim deyir: "Əbu Bəkr (Allah ondan razı olsun) qalxdı, Allaha həmd, səna etdikdən sonra dedi: "Ey insanlar! Siz bu ayəni oxuyursunuz:

ardını oxu 1079 oxunma bidətçilərlə münasibət, dəlillər

Hafiz İbn Racəb (Allah ona rəhm etsin) deyir: "Əgər bilinərsə ki, kimsə hər hansı bir alimə etdiyi rəddi ilə Allah və Onun Rəsulu (salləllahu aleyhi və səlləm) üçün olan nəsihəti qəsd edib, onda o rədd edən kəslə ikramla, ehtiramla və təzimlə müamələ olunması əvvəldə sadaladığımız imamlar kimi vacib olur. Yox əgər bilinərsə ki, kimsə öz rəddi ilə onları aşağı tutmağı, məzəmmət etməyi, ayıblarını ortaya qoymağı istəyir, onda bu kəs cəzaya layiq olur ki, o və onun kimiləri bu haram olan rəzalətlərdən çəkinsinlər".

ardını oxu 483 oxunma bidətçilərlə münasibət

Şeyx əl-Albaniyə (Allah ona rəhm etsin) sual verirlər: Bəziləri rəddiyyəni çap etməmişdən öncə bir nüsxəsini rədd etdiyin kəsə göndərməyi şərt görürlər ki, o da görsün və deyirlər ki, sələf mənhəci budur.

ardını oxu 664 oxunma bidətçilərlə münasibət

Bu iki sinif arasını eyni tutmaq və ya müqayisə etmək olmaz, çünki Hafiz ən-Nəvəvi və Hafiz İbn Həcər (Allah onlara rəhm etsin) kimi alimlərə hüccət qaldıran olmadığına görə onlar düşdükləri bəzi bidətlərdə üzürlüdürlər. Bu üzrlərdən:

- Onların usulları sələfi usulları idi, bu usulları da öz kitablarında bəyan etmişlər, lakin bəzi yerlərdə ayaqları sürüşüb, batilə düşmüşlər;

- Onların vaxtlarında Əşarilik çox şiddətli bir şəkildə yayılmışdır;

- Belə zənn etmişlər ki, Əbul-Həsən əl-Əşari bu təvil etiqadını tövbəsindən sonra demişdir;

ardını oxu 570 oxunma bidətçilərlə münasibət
Şeyx Saleh əl-Fovzan (Allah onu qorusun) deyir: "Əgər rədd olunan kəs Əhli-Sünnə vəl-Cəməadandırsa, ona olan rəddiyyə ədəblə olmalıdır. Fiqh, istinbat və ictihad məsələlərindəki xətaları diqqətə çatdırılmalıdır. Belə halda deyirik ki, "filankəs bu məsələdə xəta edib", doğru olan isə budur, dəlil də budur, Allah onu bağışlasın. Dörd məzhəb arasındakı rəddiyyələr kimi bu da onun ictihadıdır. Əgər o kəs Əhli-Sünnə vəl-Cəməadandırsa, bu rəddiyyə onun elmi məkanını aşağı salmır. Əhli-Sünnə vəl-Cəməa məsum deyillər. Onlarda da xətalar olur.
ardını oxu 686 oxunma bidətçilərlə münasibət

Pages