bidətçilərlə münasibət

Bidət əhli ilə oturub-durmaq olmaz

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurdu: “İnsan öz dostunun dinindədir. Hər kəs kiminlə dostluq etdiyinə diqqət etsin!” (Əhməd, 8417. əl-Albani həsən olduğunu bildirmişdir).

İbn Abbas (Allah ondan razı olsun) deyir: “Nəfsinə uyanlarla (bidət əhli ilə) oturub durma! Həqiqətən bidət əhli ilə oturub-durmaq insanın qəlbini xəstə edir”. (əl-Laləkayi “Şərh Usul İtiqad Əhlus-Sunnə).

ardını oxu 2318 oxunma bidətçilərlə münasibət

Bidət sözünün hərfi mənası "öncə edilməyən bir şeyi ixtira etmək, icad etmək" deməkdir.
Bidət dinə gətirilən yeniliklərə deyilir.
Bidətlər əməllərin qəbul olunmamasının və müsəlmanların parçalanmasının başlıca səbəbidir.
Bidət edən həm özü günah qazanır, həm də onun bidətinə əməl edənin günahını daşıyır.
Bidət edən dini və onun əsaslarını dəyişdirir.
Dində bidətlərə yol vermək böyük günahdır.

ardını oxu 4656 oxunma mənhəc nədir, bidətçilərlə münasibət

Bütün müsəlman ölkələrində özünə sələfi deyən elm tələbələri arasında əvvəllər sələfi olan, lakin sonradan müəyyən etiqadi xətalara düşən və bu xətalardan dönməyən adamları sələfi dairəsində saxlamaq problemi geniş vüsət almışdır. Həmin elm tələbələri etiqadi xətası olan şəxsdən sıravi müsəlmanları çəkindirmir, onların bu səhv addımına görə isə minlərlə sıravi müsəlman da həmin xətaları mənimsəyərək bidətə düşmüş olurlar.

ardını oxu 413 oxunma bidətçilərlə münasibət, bidətçilərin üslubları

Davamı...

6-cı şübhə: Sufilər belə bir şübhə yayırlar: “Qurani-Kərimdə haqlarında ayə enmiş kəslər Allahın tək ilah olmasına şəhadət gətirməyən, lə iləhə illəllah deməyən, Allahın Peyğəmbərini ﷺ qəbul etməyən, öldükdən sonra dirilməni yalan sayan, Quranı sehrə bənzədən bir toplum idilər. Biz isə Allahın tək olmasına şəhadət gətirir, Lə iləhə illallah deyir, Peyğəmbərin Allahın Elçisi ﷺ olmasına iman edir, Quranı təsdiqləyir, öldükdən sonra dirilişə inanaraq namaz qılır, oruc tuturuq. Siz bizi necə onlarla bərabər edirsiniz?!”

ardını oxu 392 oxunma bidətçilərlə münasibət, bidətçilərin üslubları

Şümeysə əl-Ətəkiyyə demişdir: “(Bir dəfə) Aişənin yanında yetimi tər­bi­yələndirmək barədə söhbət açıldı. Onda o, dedi: “Mən yetimi elə vu­ru­ram ki, (o bundan) razı qalır”. (əl-Buxari “Ədəbul-Mufrad” 142).

Bidət əhli Peyğəmbərin ﷺ zövcəsi Aişə anamız haqda şübhə yayaraq deyirlər ki, Aişə (Allah ondan razı olsun) yetimlərlə pis rəftar edib. Bu haqda olan rəvayətdə deyilir: Aişənin yanında yetimlərlə rəftarı ədəbləri məsələsi açıldı və ondan "yetimi necə ədəbləndirmək lazımdır?" deyə soruşuldu. O dedi: "Mən yetimi yerə yıxılıncaya qədər döyürəm". (Səhih Ədəbul-Mufrad, 1/76).

ardını oxu 642 oxunma bidətçilərlə münasibət, digər

Sufilərin şübhələrini dəf etməzdən qabaq bilməyimiz lazım olan bir neçə məsələ var. Bu barədə elm olmadan onların şübhələrini dəf etmək olmaz.

ardını oxu 595 oxunma bidətçilərlə münasibət, bidətçilərin üslubları

Müsəlmanlar sufilərin etdikləri bidətlərə qarşı ikrah hissi keçirirlər, lakin bir çox müsəlman sufilərlə mübahisə etdikdə, əsas olmayan məsələlər barəsində mübahisə edirlər. Onların camaat şəklində xorla zikr etmələrindən, onların mövlud keçirməsindən və ya hər hansı bidət olan əməllərindən danışırlar. Halbuki, sufilərdə bu məsələlərdən qat-qat ağır və əqidəyə zidd olan bidətlər var. Ona görə, onlarla mübahisə zamanı yuxarıda qeyd edilən - əsas olmayan məsələlərdən başlanılması səhvdir.

ardını oxu 676 oxunma bidətçilərlə münasibət

Peyğəmbərdən ﷺ gələn səhih hədislər Allah tərəfindən gələn vəhydir. Həqiqətən, Qurana doğru düzgün iman etmiş kəslərin üzərinə düşən vəzifə səhih Sünnənin olmasını isbat etməkdir. Allah Qurani-Kərimi Peyğəmbərə ﷺ bu ayələri insanlara izah etməsi üçün endirmişdir. Uca Allah buyurur: “Biz onları aydın dəlillər və kitablarla göndərdik. Sənə də Zikri nazil etdik ki, insanlara, onlara nazil olanı izah edəsən və bəlkə onlar fikirləşələr” (ən-Nəhl, 44).

ardını oxu 909 oxunma bidətçilərlə münasibət, dəlillər

Zəif hədisi dəlil gətirmək və onu insanlara sırımaq bidət əhlinin adətindəndir. Həqiqətdə isə həmin gətirdikləri dəlil onların dediklərinə dəlil deyil. Bidət əhlinin gətirdikləri şübhələrdən biri də üç alim barəsində dedikləri sözdür.

ardını oxu 1455 oxunma bidətçilərlə münasibət, dəlillər
Bidət əhlinin tərk edilməsi (həcr)   Bu, bidət əhlinə təsir edə biləcək gözəl müalicə üsuludur. Bununla həm cəmiyyət sağalır, həm də həmin bidətçilərin sağalmaq ehtimalı artır. Bu, bidətin və əhlinin təsir dairəsinin darlaşdırılması və cəmiyyətə vura biləcəkləri böyük fəsadın qarşısının alınması üçündür. Ona görə bidətçilərin tərk edilməsi cəmiyyətin onlardan xəbərdar edilməsi üçün ən əsas üsullardan biri sayılır. Tərk edilmə qaydası həmin bidətçinin öz qəflətindən ayılması üçün edilir. Bunu tətbiq etdikdə əldə edilən əsas faydalar:
ardını oxu 806 oxunma mənhəc, bidətçilərlə münasibət

Bidət insanı zəlalətə və parçalanmaya aparır. Bidətin çox təhlükəli olduğunu bilmək lazımdır. Bunun səbəbilə bidətin nə olduğunu, onun qisimlərini, ümmətə təhlükəsi və bidətə dəvətin necə olmasını bilmək lazımdır. Bu, birbaşa böyük alimlərin, sünnəni gözəl şəkildə bilənlərin işidir. Bu məsələdə səhlənkar davranmaq olmaz. Elmi olmayanın bidət əhlini dəvət etməsi icazəli deyil. Bidət əhlini dəvət edən insan Əhli Sünnənin üsul qaydalarını və hansı məsələlərdən uzaq durmağı bilməlidir.

ardını oxu 1264 oxunma bidətçilərlə münasibət, bidətçilərin üslubları

 

Müəllif: Şeyx Rabi ibn Hədi əl-Mədxali  Tərcümə: Mansur Cəlil

Mərhəmətli və Rəhimli Allahın adı ilə

ardını oxu 971 oxunma mənhəc, bidətçilərlə münasibət

Əgər bir kəs əqidədə müxalif olub, kobud bidətlərə düşübsə, Əhli Sünnənin mənhəcinə müxalif olubsa və buna bidətçi demək olmazsa, onda bidətçi kimə deyilir!? Biri Şeyx Useyminin, İbn Bəzzin və əl-Albaninin  (Allah onlara rəhm etsin) yanında olub və onların təriflərini qazanıbsa, lakin onlar vəfat edəndən sonra kitablarında bir çox zəlalətlərə yol veribsə, əqidədə bir çox batil fikirlər söyləyibsə və belə adam dəfələrlə nəsihətdən sonra öz bidətlərindən dönməyibsə, bidətçi deyil, bəs kimdir!? Onun şeyxlərdən aldığı təriflər qüvvədən düşmürmü?

ardını oxu 1183 oxunma bidətçilərlə münasibət

Bidət əhlinin qeybətini etməyin icazəli olub-olmaması barəsində Şeyx Abdullah Əbu Buteynə (Allah ona rəhm etsin) sual verirlər.

Sual: “əl-Beyhəqinin rəvayət etdiyi “Bidət əhlinin qeybətini etmək icazəlidir”- hədisi bidət əhlinin qeybətini etməyin tamamilə icazəli olmasını bildirirmi? Hansı növ bidət müsəlmanın qeybətini icazəli edir? Həmçinin, “abrını itirmişin qeybəti qadağan deyil” hədisi nə məna verir?”

ardını oxu 633 oxunma bidətçilərlə münasibət

1. Hissiyyatlara qapanma və onları şəriətə bağla;
2. Nəql edilən məlumatları yoxla və nəticə verməyə tələsmə;
3. Cahillik və elmsizlikdən uzaq ol, elm al və onu öyrətməyə üstünlük ver;
4. İxtilaf zamanı böyüklərdən tutunub, kiçiklərdən çəkin;
5. Yeni baş verən məsələlərdən çəkinib sünnədən tutun;
6. Fitnəyə yaxın durmaqdan çəkin və ondan uzaq dur;
7. Fitnəyə mane olmaq onu aradan qaldırmaqdan daha asandır;
8. Fətva götürdüyün zaman nəfsi istəyi üstün tutma və dəlilin işiqlandırdığını götür;

ardını oxu 733 oxunma bidətçilərlə münasibət
Səhabələrin yaşadıqları dindən tutunmaq və onlara tabe olmaq
ardını oxu 886 oxunma bidətçilərlə münasibət

İmam Əhməd (Allah ona rəhm etsin) buyurur: “Kim hədisin şərhini bilməsə, onu anlamasa və bu hökm şəriətdə varid olunsa, bu hədisə iman gətirib təslim olması vacibdir. Misal olaraq “Sadiqul-Məsduq” (doğru olan və doğruluğu təsdiq edilən Peyğəmbər - sallallahu aleyhi və səlləm), qədər haqqında rəvayət olunan və (Qiyamət günü) Allahı görməyə aid olan hədislər kimi. Bu hədisləri eşidənin qulağına bu sözlər təəccüblü gəlsə belə, onun boynuna düşən buna iman gətirmək, bundan bir hərf olsa belə inkar etməmək ona vacibdir”

ardını oxu 897 oxunma bidətçilərlə münasibət, digər
İmam Əhməd (Allah ona rəhm etsin) "Usulus-Sunnə" kitbında buyurur: Quran Allahın Kəlamıdır və məxluq deyil  
ardını oxu 1215 oxunma bidətçilərlə münasibət, bidətçilərin üslubları

Ənəs ibn Məlik (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) belə buyurdu: “Həqiqətən, Allah hər bir bidət sahibindən tövbəni uzaqlaşdırmışdır”. (ət-Tabərani “Mucəmul-Əvsat” 4202, 4260). Digər rəvayətdə deyilir: “Allah hər bir bidət sahibi ilə tövbə arasında pərdə qoyub”. (əl-Beyhəqi “Şuabul-İman” 6846, 9010, 9011. əl-Albani “Silsilətul-Əhədisis-Sahiha”da (1620) səhih olduğunu bildirmişdir).

ardını oxu 806 oxunma bidətçilərlə münasibət

Pages