Fitnələr zamanı müsəlmana lazım olan qayda və əsaslar

English

1. Hissiyyatlara qapanma və onları şəriətə bağla;
2. Nəql edilən məlumatları yoxla və nəticə verməyə tələsmə;
3. Cahillik və elmsizlikdən uzaq ol, elm al və onu öyrətməyə üstünlük ver;
4. İxtilaf zamanı böyüklərdən tutunub, kiçiklərdən çəkin;
5. Yeni baş verən məsələlərdən çəkinib sünnədən tutun;
6. Fitnəyə yaxın durmaqdan çəkin və ondan uzaq dur;
7. Fitnəyə mane olmaq onu aradan qaldırmaqdan daha asandır;
8. Fətva götürdüyün zaman nəfsi istəyi üstün tutma və dəlilin işiqlandırdığını götür;
9. Əgər sıravi birisənsə, o zaman fətvanı seçimlə (meyl etdiyini) götürmə, daha elmli olana təqlid et;
10. Dəyişkənlikdən uzaq durub Quran və Sünnə nuru ilə din üzərində sabit ol;
11. Dəlillərlə oz istədiyin kimi çəkişmə (davranma), öz istəyini dəlillərin tələb etdiyi kimi et;
12. Təfriqədən (parçalanmaqdan) uzaq olub camaata bağlı ol;
13. Zülm, şər və əzabdan uzaq durub adilliyə və onun əhlinə, həmçinin xeyrə və onun əhlinə yönəl;
14. Fitnələri tələb etmə, əksinə onun şərindən Allaha sığın;
15. Fitnələrin bəzədilmiş yönlərinə aldanma və bir mömin bəsirəti ilə onların həqiqətlərinə nəzər sal;
16. Həddi aşmaqdan çəkinərək orta mövqeyə bağlı ol;
17. HaqIarı yerinə yetir və haqları tapdamaqdan çəkin;
18. Dar çərçivəli baxışlardan çəkinərək haqqı - əsasları və əlamətləri ilə öyrən.

Şeyx Suleymən ər-Ruheylinin (Allah onu qorusun) Səhih Muslim kitabından "Fitnələr və Qiyamətin əlamətləri kitabı" adlı fəsilin şərhi dərsi, 24-cü səs yazısı.