Bidət edənin tövbəsi bəyanla olmalıdır

English

Ənəs ibn Məlik (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) belə buyurdu: “Həqiqətən, Allah hər bir bidət sahibindən tövbəni uzaqlaşdırmışdır”. (ət-Tabərani “Mucəmul-Əvsat” 4202, 4260). Digər rəvayətdə deyilir: “Allah hər bir bidət sahibi ilə tövbə arasında pərdə qoyub”. (əl-Beyhəqi “Şuabul-İman” 6846, 9010, 9011. əl-Albani “Silsilətul-Əhədisis-Sahiha”da (1620) səhih olduğunu bildirmişdir).

Ona görə Uca Allah bidətçi ilə tövbə arasında pərdə qoyub. Günahkar bilir ki, böyük günah edir, Allaha asilik edir. Amma bidətçi özünü haqq üzərində zənn edir, öz əməlini itaətdən sayır. Buna görə də bidət günahdan daha şərlidir.

Amma əgər bir bidət əhli tövbəyə etmək istəyərsə, mütləq öz etdyi bidətdən tövbə etdiyini bəyan etməlidir.

İbn Mubarak (Allah ona rəhm etsin) bir nəfərə dedi: "Filan cəhmi sənsən?" O dedi: "Bəli". İbn Mubarak dedi: "Mənim yanımdan çıxdıqda bir daha bura qayıtma!" O dedi: "Mən tövbə etmişəm". İbn Mubarak dedi: "Xeyr, bidətini bəyan etdiyin kimi tövbəni də bəyan etmədikcə..." (İbanə Suğra, 148).

İbn əl-Qeyyim (Allah ona rəhm etsin) belə demişdir: "Bidətə dəvət edənin tövbəsi, dəvət etdiyi bidət və zəlaləti bəyan etməsidir". (Uddətus Sabirin, 108).