Müəyyən şəxsin xətası necə rədd edilməlidir?

English

Müəyyən bir şəxsin xətasını və ya bidətini ortaya qoyduqda, insanlarda həmin şəxsə qarşı təzim, hörmət və məhəbbət nəticədə həmin şəxsin xətasının insanlar tərəfindən qəbul edilməməsinə gətirib çıxara bilər. Bu da insanlarda olan elmsizlkdən və o insan barədə olan gözəl zəndən, insanlar elmsizliyinə görə həmin fikrin xəta olduğunu bilmədiklərinə görə, həmin şəxsə olan təəssübkeşliyə və s. irəli gələ bilər.

Xəta edən insanda əqidəyə xələl gətirməyən xətalar olarsa, o insanın yaxşı əməlləri zikr olunmalıdır. Bu insanın gözəl keyfiyyətləri, üstünlükləri və yaxşı əməlləri zikr edilməli, onun ayaq büdrəmələrinə isə sünnəyə yardım etdiyinə görə nəzərə alınmır.

Amma əgər o rədd olunan insan zəlalət əhlindən, dağıdıcı əsaslar gətirən şübhə sahibi insanlardandırsa, bizə onların xeyir əməllərini sadalamaq bizə icazəli deyil. Əgər biz onun xeyir əməllərini saysaq, artıq insanları onun xeyir əməllərini sadalamaqla aldatmış olacağıq. İnsanlar da həmin bidətçi, xurafatçı, hizbi haqqında yaxşı zənn etməyə və onun zay fikirlərini qəbul etməyə çağıracaqlar. Uca Allah kafir və münafiqlərə rəddiyyə vermiş, lakin onların heç bir xeyir əməlini zikr etməmişdir. Həqiqətdə, hər bir yəhudi və nəraninin xeyir əməli var, amma onlar vurğulanmadı. Hizbilərin gətirdiyi şübhələrindən isə əks məfhum bilinir ki, bu da batildir.

Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Vaxt gələcək sizin aranızdan elə insanlar meydana çı­xa­caq ki, siz onların namazları yanında öz namazlarınızı, orucları yanında öz oruc­larınızı, digər əməlləri yanında öz əməllərinizi heç nə sayacaqsınız. Onlar Quran oxuyacaqlar, (amma) oxuduqları (ayələr) xirtdəklərindən o ya­na keç­məyəcəkdir. Ox şikarı dəlib keçdiyi kimi onlar da İslamdan çıxa­caq­lar. (Necə ki, oxu atan adam) oxun ucuna baxır, lakin heç bir şey görmür, oxun gövdə­sinə baxır, yenə də heç bir şey görmür, oxun lələkli tərəfinə ba­xır, yenə də heç bir şey görmür, axırda oxun lap arxasına baxır və (oxun şi­ka­ra dəyib-dəymədiyinə dair) şübhəyə düşür”. (əl-Buxari, 3414, 5058, 6930).

Həmçinin, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Axır zamanda yaşları az, beyinləri küt olan kimsələr gələcəklər. Onlar ən xeyirli sözləri danışacaqlar, (lakin) ox ovunu dəlib keç­diyi kimi İs­lam­dan çıxacaqlar. Onların imanı xirtdəklərindən o yana keçmə­yəcəkdir. Odur ki, onları harada görsəniz, öldürün! Şübhəsiz ki, onları öldü­rən kim­sə­lərə Qi­yamət günü bunun müqabilində mükafat veriləcəkdir”. (əl-Buxari, 3415, 3611, 5057). Başqa rəvayətdə isə demişdir: “Əgər mən onların (mey­dana gələcəyi günədək) yaşasam, onları Səmud qəbi­ləsinin öldü­rül­dü­yü kimi, öldürərəm.” (əl-Buxari, 3166, 4351).

Sələflər deyərdilər: “Hər dəfə bir bidət ortaya çıxdıqda, dindən bir sünnə gedir”. Əgər o bidətə rəddiyyə olmasa, dinin haqq olan bir hissəsini - bidət qədərində olan bir hissəni aparır.

Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu sifətləri onları tərif etməsi üçün deyil, insanların onların saleh əməllərinə aldanmaması üçün demiş və onlardan çəkindirmişdir. Ona görə də onların xeyir əməlləri gətirdikləri küfr və nifaqlarının yanında heç nədir. Ola bilər ki, insan mənhəc məsələlərində bircə bidət gətirsin, bununla da onun digər əməllərinin sünnə üzərində olması bu bidətə qarşı çıxa bilmir. Nəticədə bu insan öz bidətindən tövbə etmirsə, Əhli Sünnənin mənhəcindən çıxmış sayılır. Necə ki, Kərabisi -  Quranın ləfzi cəhətdən məxluq olması məsləsində bidətə düşdü və elm dəryası olmasına baxmayaraq, bidətçi hesab olundu. Dindən çıxaran və hüccətdən sonra olan bircə küfr kimi, bu küfr insanın bütün əməllərini puç edir.

Buna görə də həmin azğınlara və bidətçilərə rəddiyyə verikdə, onların xeyir əməllərini zikr etmək münasib deyil. Desən ki, “bu yaxşı insandı, yaxşı əməlləri də var, amma bidətləri də var”- belə demək xətadır, çünki belə deməkdə insanları aldatmaq vardır. Bu cür bidətçini tərif etməyin, onun zəlalətlərindən daha şiddətlidir, çünki insanlar sənə etibar edir və sənin ona verdiyin tərifi qəbul edirlər. Sən də o bidətçini tərif edərsənsə, artıq sən o bidətçiyə olan tərifinlə insanları aldatdın və o azdırıcı insanların fikirlərinin qəbul olunması üçün insanlara bir qapı açdın. Amma insan Əhli Sünnə vəl-Cəməadan olarsa, ona rəddiyyə ədəblə olmalıdır. O insanın xətalarında - fiqhi, ictihadi və ya dəlillərdən düzgün hökmlər çıxarmamaq məsələlərində - ona gözəl şəkildə rəddiyyə olunur. Bu rəddiyyələr o şəxsin elmi məkanına heç bir xələl gətirmir. Möhtərəm Şeyxlər İbn Bəzz, Tuveyciri, Əmən əl-Cəmi Şeyx Albaniyə (Allah onlara rəhm etsin) rəddiyyələr verib. Bunlar hamısı ictihadi, fiqhi məsələlərdə olan ixtilaflara aid idi. Bu alimlər bir-birini bidətdə və ya fasiqlikdə ittiham etməyib, çünki bu ixtilaflar əqidə ixtilafları olmayıb. Lakin, etiqadi məslələrdə xətanın olması mümkün deyil. Əqidədə ictihad yoxdur. Xəta əqidədə olduqda isə onun xətası rədd olunur. Bu rəddən sonra israr edənə isə bidətçi hökmü verilir.

Günümüzdə rəhbərləri şəri və qeyri-şərilərə bölmək, bidətçiləri sələfi dairəsinə salmaq üçün cərh və tədil elminə bidətlər gətirmək, keçmişi sələf olan və mənhəcdə bidətə düşənə yalnız nəsihət edib, düzəlməsə bidətçi görməmək və yenə nəsihət etmək və s. bu kimi yeni mənhəcləri də rədd etmək Peyğəmbərin (salləllahu aleyhi və səlləm) sünnəsini qorumaqdır. Bu bidətləri rədd etməkdə isə müasir dövrdə cərh və tədil bayrağını daşıyan Şeyx Rabi ibn Hədi əl-Mədxalidir (Allah onu qorusun və onun haqq dəvətinə bərəkət versin).

Şeyx Rabi ibn Hədi əl-Mədxaliyə (Allah onu qorusun) belə bir sual verilir: "Müəyyən bir şəxsə görə dostluq və düşmənçilik etmək olarmı?" Şeyx Rabi (Allah onu qorusun) belə cavab verir: "Bunun mənşəyi Uca Allahın hərb etdiyi ğuluvdur (həddi aşma, şişirtmə). Uca Allah deyir: "Ey Kitab əhli, dininizdə həddi aşmayın. Allah barəsində haqq olmayan bir şey deməyin. Məryəm oğlu İsa Məsih yalnız Allahın Rəsuludur" (ən-Nisa, 171). Peyğəmbər (salləllahu aleyhi və səlləm) deyir: "Nəsranilər Məryəm oğlu İsanı öz dərəcəsindən yüksəkdə tutduqları kimi siz də məni elə ucaltmayın. Mən qulam, siz də deyin ki, Allahın qulu və rəsuludur". Peyğəmbər (salləllahu aleyhi və səlləm) barəsində ğuluv etmək (həddi aşmaq, şişirtmək) icazəli deyildirsə, bəs onda başqa şəxslər necə?! Miskinlər! Bəs azğın bidətçilər barəsində necə?! Bu cür insanlar üzərində dostluq və düşmənçilik necə qurula bilər?! 

Bu cür insanlar üzərində necə dostluq və düşmənçilik edə bilərsən, onlar barəsində həddi aşa bilərsən, onları müqəddəs tuta bilərsən?! Bu icazəli deyildir!

Dostluq da, nifrət də Allah üçün olmalıdır. Hətta biz, Peyğəmbərlərin özlərini də, salehləri də Allah üçün sevirik. Kafirlərə və bidətçilərə də Allah üçün nifrət edirik. Dostluq da, düşmənçilik də, nifrət də Allah üçündür. Əgər bu şeylər bu yol üzrə olmazsa, onda şeytanın yolundadır. Onda Allahdan heç bir şey yoxdur". ("Əhli Sünnə və onların əlamətləri" kaseti).