Əmr sahiblərinə qarşı olan səhih əqidə və bidət əhli ilə oturmaqdan çəkindirmək

Musəlmanların əmr sahiblərinə qarşı olan səhih əqidələri

Sual 93.

Əhli-Sünnənin əmr sahiblərinə qarşı olan etiqadı nədir?

Cavab:

Əhli-Sünnə etiqad edir ki, Uca Allah möminlərə, əmr sahiblərinə (Allah və rəsuluna) asiliyindən başqa (hər bir şeydə) itaət etməsini vacib etmişdir. Allah Elçisi (salləllahu aleyhi və səlləm) Ubədə ibn əs-Samitin hədisində buyurmuşdur: Çətinlikdə və asanlıqda, xoşladıqda və xoşlamadıqda, sənə əta etdikdə, əgər malını yesə, arxandan vursa belə, asiliyindən başqa (hər işdə əmr sahiblərini) eşit və itaət et!” (İbn Hibban, 4645. Hədisin əsli əl-Buxari və Muslimdədir).

Sual 94.

Əmr sahiblərinə qarşı çıxmaq olarmı?

Cavab:

Olmaz! Əhli-Sünnə vəl-Cəməa hakimlərə qarşı çıxmağı - pislik və zülm etsələr belə - onlarda Allahdan (Kitab və Sunnətdən) acıq-aşkar küfrə dəlalət görmədikcə haram olduğunu etiqad etmişdir. Allah Elçisi (sallallahu aleyhi və səlləm) demişdir: “Əgər kiminsə üzərinə başcı təyin edilərsə və ondan Allaha asilik görərsə, gətirdiyi asiliyi inkar etsin. Əlini onun (başcının) itaətindən cəkməsin”. (Muslim).

Sual 95.

Hakimlərə qarşı çıxanların aqibəti nədir?

Cavab:

Camaatdan ayrılanı Allah bu dunyada və Axirətdə etdiyinə qarşılıq olaraq şiddətli cəza ilə qarşılayacaq. Buna aiddir;

- Kim itaətdən çıxmış və camaatdan ayrılmış halda ölərsə, ölümü cahillik ölümü kimidir.

- Kim camaatı bölərsə, bu əzəmətli gunahına gorə kitabındakılardan (yazılanlardan) soruşulmaz.

- Kim camaatı bölərsə, Qiyamət günü Allah qatında onun heç bir hüccəti (dəlili) olmaz.

Sual 96.

Sələfilər başcıya dua etməyi mustəhəb saymışlar. Bunu acıqlayın.

Cavab:

Əmr sahiblərinə - onların islahı və bağışlanması üçün dua etmək bəyənilən və təkid edilən (əməldir) və həmin kəsin Əhli-Sünnədən olmasına bir işarədir. Fudeyl ibn İyad (Allah ona rəhm etsin) buyurur: “Əgər mənim (qəbul olan) bir duam olsaydı, onu sultandan başqasına etməzdim”. Əgər azğınlıq edib zulm etsələr belə, onların əleyhinə deyil, islahı üçün dua etməyə əmr olunmuşuq, çünki azğınlıq öz nəfsləri və musəlmanlar üçün, islahları da öz nəfsləri və müsəlman üçündür. Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurur: “Əmr sahiblərini aldatmayın, soyməyin və qəzəbləndirməyin! Allahdan qorxun və səbr edin. Hesab günü yaxındır!” (İbn Əbu Asim, 1015; əl-Beyhəqi “Şuabul-İman” 7264).

 

Abdus-Sələm ibn Bərcisə (Allah onu qorusun) səhih əqidəyə aid verilən suallardan

Tərcümə: Mansur Cəlilov