Batil fikirləri daşıyandan çəkindirmək də sünnəni müdafiə sayılır

Əgər müəyyən bir yerdə batil fikir yayılbsa və filankəsin adını çəkməyə ehtiyac yoxdursa, yalnız bu fikirdən çəkindirirsən. Əgər həmin yerdə həmin batil fikir müəllifinin dəvətçilərindən və onu dəstəkləyənlərdən varsa, o adamın adını çəkirsən. Bu daha tutarlı olur və insanlar söhbətin konkret olaraq kimdən və nədən getdiyini başa düşürlər. Demək ki, "filankəsləri kim idi tanıyan", "onun heç bir kitabı burada tədris edilmir", nəyə görə onun haqqında danışılır" və s. bu da görsədir ki, belə şübhələr yayanlar, bu etirazı edənlər özləri onu müdafiə edənlərdir. Bu, bidət əhlini gizlətmək üçün atılan şübhədir. Əgər müəyyən birbatil fikirli insandan çəkindirilirsə və insanlar da bu şəxsdən çəkinirlərsə, onda nə problem var? Deməli, bu şübhələri atanlar onun ifşa olunmasından, sələfi alimlərin bu şəxsin bidətlərini təfsilatlı şəkildə sübut etdiklərini insanlar tərəfindən bilinməsindən narahatdırlar. Həmin insanlar çəkindirəndə ad çəkməyin icazəli olmaması haqda ayə, hədis və sələf imamlarından dəlil gətirməlidirlər! 

Müəyyən batil fikir müəlliflərindən çəkindirmək xüsusilə alim olmayan ölkələrdə daha açıq şəkildə edilməlidir, çünki belə cəmiyyətlərdə insanları aldatmaq daha asandır.

Müəyyən batil fikir sahibindən çəkindirdikdə, çəkindirilən insana sələf alimlərinin həmin şəxsi dəlillərlə və təfsilatlı şəkildə cərh etmələrini göstərmək və başa salmaq lazımdır. Onun da boynuna düşən, haqqa tabe olub sələf alimlərinin dediklərini qəbul etməkdir.

Sələflər Əhli-Sünnənin mənhəcinə müxalif olanlardan çəkindirmək cəhətdən şiddətli idilər. İndi isə əksi görsənir və şəxslərə bağlılıq önə durur. Bu isə haqqı qəbul etməkdə tərəddüd yaradır, qəlbin korluğuna gətirir. Şəxslərə bağlılıq uçuruma aparır, belə ki, həmin şəxsi sevmək, ona bağlanmaq, sonra həmin insanın xətasını qəbul etməməyə gətirir.

Sələflər nəinki bidət mənhəclərdən, hətta onları tərifləyənlərdən və onların kitablarını uca tutanlardan da çəkindirərdilər. Ona görə də bütün müxalif mənhəclər bir məsələdə - Əhli Sünnəyə müxalif olma məsələsində - ittifaq etmiş, öz aralarında isə bir-birinə müxalif olmuşlar. Ona görə deyilir - onlar Kitaba da, Kitabda olana da müxalifdirlər. Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) demişdir: “Kim bidət əhlinə nisbət edilərsə, və ya onları müdafiə edərsə, və ya onları tərifləyərsə, və ya onların kitablarını uca tutarsa, onlar barəsndə danışılan sözlərdən xoşu gəlməzsə, və ya onların dedikləri sözlərdə onlara üzr axtarar və deyərsə ki, “mən bilmirəm bunu deyib və ya deməyib”, “o bu kitabı yazıb ki!?” və yaxud bu kimi üzrlər gətirərsə, bu üzrləri ya cahil, ya da münafiq gətirər. Kim bu şeylərdə bu üzrləri gətirərsə, onu (hakim tərəfindən) cəzalandırmaq vacib olur. Həmçinin, kim onların halını bilib onlara qarşı kömək etməzsə, onu da cəzalandırmaq vacibdir, çünki bu fikirlərə son qoymaq ən əzəmətli olan vaciblərdəndir”. (Şeyxul-İslam İbn Teymiyyə “Məcmuul-Fətava” 2/ 132).  

Zahiri məzhəbinin banisi Davud ibn Əli əz-Zahiri bidət əhli olur. Onun haqda İmam əz-Zəhəbi bunları rəvayət edir: "İsfahanlı Davud Bağdada gəlib çatdıqda, yaxşı münasibətlərdə olduğu Saleh ibn Əhməddən (İmam Əhmədin oğlu) atası ilə görüş təşkil etməsini xahiş edir. Salih öz atasının yanına gələrək deyir: “Səninlə görüşmək istəyən bir nəfər var”. Əhməd cavab verir: “Onun adı nədir?” Saleh deyir: "Davud". İmam Əhməd soruşur: "Haralıdır?" Saleh deyir: "İsfahanlı". İmam Əhməd yenə soruşur: "Nə işlə məşğuldur?" Saleh suallara elə cavab verir ki, atası kimdən söhət getdiyini anlamasın. Lakin
Əhməd onun kim olduğunu anlayana qədər suallar verməyə davam edir. Daha sonra o deyir: “Mənə onun barəsində Nesəburlu Muhamməd ibn Yəhya yazmışdı ki, "o, (Davud) Quranı məxluq hesab edir". Odur ki, qoy mənə yaxın belə gəlməsin. Saleh deyir: "Ay ata, o bunu inkar edir və deyir ki, belə şey deməyib". Bunun cavabında İmam Əhməd (Allah ona rəhm etsin) deyir: "Mənim üçün Muhamməd ibn Yəhya ondan daha doğru danışandır. Ona mənimlə görüşməyə izn vermə!“ (Siyər Aləm ən-Nübələ” 13/999).

Həmçinin: Müxaliflərə rəddiyyənin vacibliyi və onlara susmağın ağır nəticələri