Təəssübkeşlik cahillik əlaməti və təhlükəli yoldur - Şeyx Rabi ibn Hədi əl-Mədxali

English

Şeyx Rabi ibn Hədi əl-Mədxali (Allah onu qorusun) verilən sual: Təəssübkeşliyin təhlükəsini bizə açıqlayardınız. Xüsusən də bəzi tələbələr bəzi şəxslərə təəssübkeşlik edir, öz dostluq və düşmənçiliyini də bunun üzərində qururlar.

Şeyx cavab verərək buyurur: Təəssübkeşlik məzəmmət olunan bir şeydir, hətta kafirlərin yollarındandır. Təəssübkeşlik və havaya tabeçilik Şeyxul-İslam İbn Teymiyyənin dediyi kimi cahiliyyə əhlinin və tatarların əməllərindəndir. Haqqa kim müxalif olursa olsun, mömin bu haqqı öyrənməyə və ondan tutunmağa çalışmalıdır. Mömin heç vaxt onun-bunun xətalarına və rəylərinə təəssübkeşlik etməməlidir. Allahın Kitabından və Peyğəmbərinin Sünnəsindən yapışmalı və öz dostluq və düşmənçiliyini Muhəmmədin (salləllahu aleyhi və səlləm) gətirdiyinin üzərində qurmalıdır....

Amma cahil biri özünü imam edə, batil və zalalətlərə girə, sən də ona təəssübkeşlik edəsən - bu cahiliyyə əməllərindəndir. Hətta imam olsa belə, xəta edərsə, sən də ona təəssübkeşlik etsən, səndə cahillik (cahiliyyə) vardır. "Biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutub gedəcəyik!" (əz-Zuxruf, 22).

Bu təəssübkeşlik cahilliyə əhlinin işlərindən və əməllərindəndir. Amma sadiq müsəlmana vacib olan isə budur ki, təssübkeşlik etməsin və Muhəmmədin (salləllahu aleyhi və səlləm) gətirdiyinə müxalif olmasın. Bütün bunlar məzəmmət olunan təəssübkeşlikdir. İki insan təəssübkeşlik edir: ya əsəb xəstəliyinə tutulan məcnun, dəli, ya da axmaq... Müsəlmana vacib olan budur ki, özünü axmaqlıqdan, məcnunluqdan və əsəbilikdən uzaq tutsun və ağıl sahibi olaraq haqqı tələb etsin. Yer üzərində olanların hamısı müxalif olsalar belə, haqqı gördükdə, bildikdə onu götürsün. Heç bir imama, heç bir kəsə, heç bir doğru danışana, heç bir yalançıya təəssübkeşlik etməsin, yalnız haqdan yapışsın". 

Şeyx Rabi ibn Hədi əl-Mədxali "Fətəva fil-Aqidə vəl-Mənhəc" (ikinci hissə).