Bidətçi hökmünü verərkən hüccət şərt deyil - Şeyx Əhməd ən-Nəcmi

English
Video: 

Təbdi edərkən hüccət qaldırmaq şərtdirmi? Bəzi insanlar var ki, İbn Teymiyyənin “Minhəcus-Sunnə” kitabındakı sözünü dəlil gətirirlər. Sözün mahiyyəti belədir: “Müəyyən şəxsin bidətçi olması hökmü yalnız şərtlərin ödənilməsi və maneələrin  aradan qalxmasından sonra verilməlidir”. Halbuki, bu fikrə müxalif olanlar İbn Teymiyənin başqa sözünü dəlil gətirirlər. Bu sözün İbn Teymiyyəyə nisbət olunması nə dərəcədə doğrudur? Müəyyən şəxsə bidətçi hökmü verərkən hüccətin qaldırılmasının şərt olub-olmaması məsələsində, hətta hökmü verən şəxslər alim olsalar belə doğru rəy hansıdır?

Bu mövzu haqqında suallar çoxalıb. Bidətçi hökmünü vermək hüccətin qaldırılması üzərində dayanmır. Əslində, ona nəsihət olunur. Əgər bidət zahir olarsa, bidət edənə nəsihət olunur. Lakin, “ona hüccət qaldırıldı” deyilmir. Hüccətin qaldırılması təkfirdə şərtdir, amma təbdidə şərt deyil. Bir nəfər İmam Əhməd ibn Hənbəldən soruşaraq beyir: “İbn Əbu Quteybə deyir ki, “hədis əhli pis qövmdür”. İmam Əhməd isə cavabında belə deyir: “o, zındıqdır, zındıqdır, zındıqdır!” Paltarına üç dəfə vuraraq zındıq deyir. Demədi ki, “yox qoy ona hüccət qaldırım”. Belə demədi. Ona görə bidətçi hökmünü verərkən hüccət qaldırmaq şərt deyil”. (Səs yazmadan alıntı).