rəhbərlərə itaət

Arafa orucunu Məkkə ilə tutmalıyıq, yoxsa Azərbaycanla?

Sual: "Məntəqələrin və ayın görünməsində olan müxtəlifliyinə görə biz Arafa orucunu öz ölkəmizə görə tutmalıyıq, yoxsa Məkkə və Mədinəyə görə?"

ardını oxu 1454 oxunma rəhbərlərə itaət, digər

5. Aimlərin rəhbərlər ilə gözəl münasibətdə olmaları. Tarixə baxdıqda alimlərin öz rəhbərləri ilə gözəl münasibətdə olmalarını görmək olar. Bizim üçün bunu öyrənmək və bilmək düzgün mənhəcdə olmağa və bu mənhəcdə sabit qalmağa çox kömək edir. Bu, rəhbərə qarşı qadağan olunmuş etiqadda olmağa və qadağan olunmuş addımlar atmağın qarşısını alır.

Uca Allahın dinində müsəlmanlar təqvadan başqa bir şey ilə seçilməzlər.

“Şüb­hə­siz ki, Allah yanında ən hör­mətli olanınız Ondan ən çox qorxa­nı­nız­dır” (əl-Hucurat, 13).

ardını oxu 191 oxunma rəhbərlərə itaət

İslam dini rəhbərlə ona tabe olan insanlar arasındakı əlaqəni tam və gözəl şəkildə nizamlamışdır. İslam dinində hər iki tərəfin öz haqları var və bu haqlar tam şəkildə yerinə yetirməlidir. Rəhbərin üzərinə düşən vəzifə onun insanlara Allahın şəriəti ilə hökm etməsi və Allahın dininin çatdırılmasında onlara yardım etməsi, həmçinin, ədalətin yayılmasına yardım etməsi, hər bir fərdin haqlarının qorumasını təmin etməsi, istər daxili, istərsə də xarici düşmənlərdən və müsəlmanların haqlarını tapdalayanlardan qorumasıdır.

ardını oxu 366 oxunma rəhbərlərə itaət, bidətçilərin üslubları

Əhli Sünnə vəl-Cəmaanın rəhbərlərə itaətin nə qədər önəmli olması haqda İslam alimləri əqidə kitablarında geniş yer ayırmışlar. Müsəlmanın həm bu dünyasının, həm də Axirət həyatının islah olması üçün rəhbərlərə itaət etməsi vacibdir.

ardını oxu 478 oxunma rəhbərlərə itaət, bidətçilərin üslubları

Günümüzdəki problemlərdən biri də gənc müsəlmanların cihad etmək adı altında fitnə-fəsad yayan müxtəlif terrorçu qruplara cəlb edilməsidir. Fitnəkar dəvətçilərin aldadıcı xüsusiyyətlərindən biri də özlərini sələfi kimi göstərmələri, tövhiddən danışmaları, çoxlu ibadət etmələri, Quran və sünnədən dəlillər gətirmələridir.

Həqiqi cihadla müasir dövrdə baş verən fitnənin və terrorun arasındakı fərq nədir? Bu suala cavab verməzdən öncə cihadın əmr edilməsinin hikməti, nə üçün əmr edilməsi, hansı hallarda edilməsinin icazəli və ya qadağan olduğunu bilmək lazımdır. 

ardını oxu 963 oxunma rəhbərlərə itaət, cihad

Mərhəmətli və Rəhmli Allahın adı ilə

Hamıya məlumdur ki, İslam mükəmməl dindir və onun elmləri müsəlmanın həyatının bütün sahələrini əhatə edir. Əgər bu böyük din öz davamçılarına qonşulara, qonaqlara, yolda olanlara və s. necə münasibət göstərməli olduqlarını öyrədirsə, onda İslamda müsəlmanların üzərində hakimiyyət sahibi (müsəlman rəhbərlərə) olan insanlara xüsusi yer verilməsi heç də təəccüblü deyil.

ardını oxu 537 oxunma rəhbərlərə itaət

Dəyərli izləyici, bu gün müsəlman dünyasının baş-bəlasına çevrilmiş üsyançı ixvan düşüncə hər yerdə fəsad törətməkdə davam edir. Elə bu üsyankar düşüncənin “bəhrəsi” ilə bir çox ölkələrdə müsəlmanlar bəlaya düçar olublar. Biz “ərəb baharı” üsyanının nəticəsini görmək üçün Misir, Liviya, Tunis, Yəmən, Suriya və digər ölkələrə baxsaq kifayət edər. Sizə təqdim edəcəyimiz görüntülər Suriyanın ən gözəl şəhəri olmuş, indi isə üsyan səbəbi ilə xarabalığa çevrilmiş Hələb şəhərindəndir. Əvvəlcə sizə üsyançı ixvan dəvətçilərin səsini, daha sonra isə mötəbər Rəbbani alimlərin səsini təqdim edəcəyik.

ardını oxu 372 oxunma rəhbərlərə itaət
Hüseyn ibn Əlinin Yəzid ibn Müaviyəyə qarşı, Abdullah ibn əz-Zubeyrin Həccaca qarşı və İbn Əşəsin Həccaca və Abdul-Məlik ibn Mərvana qarşı çıxmasını rəhbərə qarşı çıxmağın icazəli olmasına dəlil kimi gətirirlər.  
ardını oxu 1916 oxunma rəhbərlərə itaət

Daimi elmi araşdırmalar və fətvalar mərkəzinə belə bir sual verilir: "Biz radio vasitəsi ilə Səudiyyə Ərəbistanında orucluğun başlanmasını eşidirik amma biz hələ ayı görməmişik. Buna görə də bizim aramızda ixtilaf düşür, bəziləri radio ilə eşitdiklərinə əsasən oruc tutur, digərləri isə ölkəmizdə ayın görsənməsini gözləyirlər. Bu artıq bizim aramızda çox dəhşətli ixtilafa gətirib çıxarıb. Xahiş edirik bizə bu haqda fətva verin?!"

ardını oxu 913 oxunma rəhbərlərə itaət, ramazanın başlaması

Günümüzdə rəhbərin eyiblərini araşdıran, onu insanların gözündən salmağa çalışan şəxslər qəhrəman kimi təqdim edilir, onları müdafiə etmək üçün insanlar mitinqə çıxmağa, dövlətə itaətsizlik etməyə çağrılır. Bu adamların arxasında kafir dövlətlərinin durduğu açıq aşkar hamıya məlum olduğu halda, nə üçün insanlar onların istədiklərini etməyə can atırlar? Ölkəmizdə son yüz ildə baş vermiş 31 Mart, 20 Yanvar, Xocalı soyqırımı kimi qırğınlara göz yuman kafir dövlətlərini məgər xalqımızın necə yaşaması bu qədərmi narahat edir?

ardını oxu 308 oxunma rəhbərlərə itaət

Uca Allah buyurur: "Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və Qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır". (ən-Nisə, 59).

ardını oxu 1918 oxunma rəhbərlərə itaət, dəlillər

Şeyx Saleh əl-Fövzən (Allah onu qorusun) belə buyurur: "Biz demirik ki, rəhbərlər məsumdur! Onlarda xətanın olmadığını, zülm baş vermədiyini demirik. Biz demirik ki, xalqın haqqı yoxdur. Əksinə deyirik ki, xalqın haqqı var, rəhbərlər də məsum deyillər, onlarda baş verən baş verir. Lakin bunun dərmanı mitinqlərdə, hərc-mərclikdə, xaraba qoymaqda, ictimai yerləri yandırmaqda deyil. Problemin həlli bunda deyil. Problem Uca Allahın zikr etdiyi ilə həll olunur: "Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, onu yayarlar.

ardını oxu 481 oxunma rəhbərlərə itaət

Allahın endirdiyi ilə hökm verməmək barəsində Uca Allah: “Allahın endirdiyi ilə hökm etməyənlər əlbəttə kafirlərdir” (əl-Maidə, 44) ayəsində buyurduğu halda, alimlər bu ayədə qeyd edilən küfrün “kufrun dunə kufr", yəni insanı İslamdan çıxarmayan küfr olduğunu deyirlər.

Allahın hökmü ilə hökm verməmək həm böyük küfr, həm də kiçik küfr ola bilər. Sadəcə bəzi insanlar əl-Maidə surəsinin 44-cü ayəsini yanlış anlayaraq, Allahın hökmü ilə hökm verməyənlərin mütləq olaraq kafir olduğunu düşünürlər.

ardını oxu 1610 oxunma rəhbərlərə itaət

Şeyx Muhamməd ibn Saleh əl-Useymin (Allah ona rəhm etsin) buyurmuşdur: "Amma bəzi səfeh insanların bu sözü ki, “Əmr sahibləri ancaq tamamilə doğru yolda olsalar, onlara tabe olmaq bizim üzərimizə vacibdir” bu xətadır. Bu, düz deyil və şəriətdən olan bir şey deyildir. Əksinə, bu xəvariclərin məzhəbindəndir, hansı ki, əmr sahiblərindən hər bir şeydə (təmamən) Allahın əmri üzərində düz olmalarını istəyirlər. Uzun zamandır ki, bu mümkün olmur. Artıq işlər dəyişmişdir.

ardını oxu 638 oxunma rəhbərlərə itaət
Musəlmanların əmr sahiblərinə qarşı olan səhih əqidələri

Sual 93.

Əhli-Sünnənin əmr sahiblərinə qarşı olan etiqadı nədir?

Cavab:

ardını oxu 326 oxunma bidətçilərlə münasibət, rəhbərlərə itaət

İmam ət-Tahavi (Allah ona rəhm etsin) demişdir: “Biz - zülm etsələr belə - imamalarımıza və əmr sahiblərimizə qarşı xurucu icazəli görmürük. Biz onlara qarşı bəd dua etmirik, onlara olan itaətdən əl çəkmirik (imtina etmirik), nə qədər ki, asiliyi əmr etmirlər - onlara olan itaəti fərz olaraq Allaha olan itaətdən sayırıq. Onların islahı və salamat olmaları üçün Allaha dua edirik”. (əl-Aqidətut-Tahaviyyə, səh. 47-48, 379). Yəni, asilik olan şeydə onlara itaət olunmur, digər şeylərdə itaət olunur. Yoxsa, müəyyən asiliyi əmr etdiyinə görə ona itaətdən tamamilə əl çəkilmir.

ardını oxu 532 oxunma rəhbərlərə itaət

İmam Səhl ibn Abdullah ət-Tustəri (Allah ona rəhm etsin) buyurur: "Əgər insan bu on xisləti özündə görərsə, onda o, Əhli-Sünnənin yolu üzərindədir:

1. Camaatı tərk etmir;

2.  Peyğəmbərin (salləllahu aleyhi və səlləm) səhabələrini söymür;

3. Bu ümmətə qılıncla xuruc etmir (qarşı çıxmır);

4. İmanda şəkk etmir;

5. Qədəri inkar etmir;

6. Dində qadağan olunan mübahisələr etmir;

7. Qiblə əhlindən olan insan öldüyü zaman ona (cənazə) namazı qılmağı tərk etmir;

8. Xufların (corabların) üzərinə məsh çəkməyi tərk etmir;

ardını oxu 680 oxunma bidətçilərlə münasibət, rəhbərlərə itaət

Pages