Uca Allah buyurur: "Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və Qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır". (ən-Nisə, 59).
Sələmə ibn Yəzid əl-Cufi Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) soruşdu: “Ey Allahın Peyğəmbəri, əgər üzərimizdə öz haqlarını istəyərək bizim haqlarımızı verməyən başçılar olarsa nə etməmizi əmr edirsən?” Peyğəmbər (sallallahu aleyhi və səlləm) ondan üz çevirdi. O, yenə soruşdu və yenə də üz çevirdi. Yenə də ikinci və ya üçüncü dəfə soruşdu və Əşas ibn Qeys (Allah ondan razı olsun) onu paltarının ətəyindən çəkdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “Eşidin və itaət edin! Həqiqətən də, onlar özlərinə həvalə edilənə cavabdehdirlər, siz də özünüzə həvalə edilənə cavabdehsiniz”. (Muslim, 3433, 4888).
İbn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) delə buyurdu: “Həqiqətən də, siz məndən sonra sizin haqqınıza girilən işlər və xoşlamadığınız əməllər görəcəksiniz”. Dedilər: “Ya Rəsulallah, bizə nə əmr edirsən?” O dedi: “Onların haqqını yerinə yetirin və öz haqqınızı Allahdan istəyin”. (əl-Buxari, 3335, 3603).
İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (sallallahu aleyhi və səlləm) belə buyurdu: “Kim öz başçısından xoşuna gəlməyən bir şey görərsə, ona səbir etsin. Həqiqətən də, kim camaatdan bir qarış belə ayrılar və ölərsə, cahiliyyət ölümü kimi ölmüş sayılar”. (Muslim, 3439, 4897).
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “Rəhbər (millət üçün) bir qalxandır. Onun başçılığı ilə hərb edilir. Onunla (düşməndən) qorunulur. Əgər o, millətə Əziz və Cəlil olan Allaha təqva ilə əmr edər və ədalətlə hərəkət edərsə, bu əmr və ədaləti səbəbilə ona böyük bir əcr vardır. Əgər təqva və ədalətdən başqa bir şeylə əmr və hökm edərsə, bundan da onun əleyhində böyük bir günah vardır”. (Muslim, 3428, 4878).
Ənəs ibn Malik (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (sallallahu aleyhi və səlləm) demişdir: “Üzərinizdə hökmranlıq edən kəs başı kişmişə bənzər həbəşi olsa belə, (əmrlərini) eşidib ona itaət edin”. (əl-Buxari, 7142).
İbn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “Rəhbərlər günahı əmr etmədikləri müddətcə sənin onlara tabe olmağın vacibdir. İstər bu xoşladığın bir əməl olsun, istərsə də xoşlamadığın bir əməl. Onlar günahı əmr etdikləri vaxt isə nə dinləmək, nə də itaət etmək doğru deyil". (əl-Buxari, 2955, 7144; Muslim, 3423, 4869).
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: “Varlı və kasıb olduğunuz halda, xoşladığınız və xoşlamadığınız işlərdə, rəhbərlərə tabe olun. Hətta onlar sizə məxsus olan bir şeyi əlinizdən alsalar belə, rəhbərləri dinləyib onlara itaət emək sizə vacibdir”. (Muslim, 3419, 4860).
Abdullah ibn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Kim rəhbərinə itaət etməkdən boyun qaçırarsa, Qiyamət günü özünə haqq qazandıra bilmədiyi halda Allahın hüzuruna çıxar. Kim də rəhbərini qəbul etmədən ölərsə, cahiliyyə dövründə ölən kimsə kimi ölmüş olar”. (Muslim, 3441, 4899).
Rəvayət edilir ki, Huzeyfə ibn Yəmən (Allah ondan razı olsun) demişdir: “İnsanlar Allah Elçisindən (sallallahu aleyhi və səlləm) xeyirxah işlər barədə soruşardılar, mən isə ondan şər əməllər barəsində soruşardım ki, xətəri mənə dəyməsin. Mən dedim: “Ya Rəsulullah, biz, həqiqətən də, cahillik və şər içində yaşayırdıq. Allah bizə belə bir xeyir nəsib etdi. Bu xeyirdən sonra şər gələ bilərmi?” Peyğəmbər (sallallahu aleyhi və səlləm): “Bəli!”- dedi. Mən soruşdum: “Bəs bu şərdən sonra (yenə) xeyir gələ bilərmi?” Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Bəli, lakin bu xeyirə (şər) ləkəsi bulaşacaqdır”. Mən soruşdum: “O nə ləkədir?” Dedi: “Mənim yolumu tutub getməyən adamlar olacaq. Onlar yaxşı işlər gördükləri kimi, pis əməllər də edəcəklər”. Mən soruşdum: “Bəs bu xeyirdən sonra şər gələcəkmi?” Dedi: “Bəli, həmin vaxt Cəhənnəmə çağıran (azğın) adamlar olacaq. Kim onların çağırışını qəbul etsə, Cəhənnəmə atılacaqdır”. Mən dedim: “Ya Rəsulullah, onları bizə vəsf et!” O buyurdu: “Onlar bizlərdən olacaq və bizim kimi danışacaqlar”. Soruşdum: “O vaxta qədər yaşasam, mən nə edim?” Buyurdu ki: “Müsəlman camaatına qoşul və onların imamına tabe ol!” Dedim: “Bəs onların nə bir camaatı, nə də bir imamı olmasa necə?” Dedi: “Arxa dişlərinlə ağac kökündən yapışmış olsan belə, o firqələrin hamısından uzaq dur və ölüm səni haqlayanadək bu vəziyyətdə qal!” (əl-Buxari, 3606).
Ziyad ibn Kusayb əl-Adəvi deyir: “Bir gün Əbu Bəkrə (Allah ondan razı olsun) ilə minbərin yanında oturmuşdum. Bu zaman İbn Amir çox nazik bir libasda xütbə verirdi. Əbu Bilal dedi: “Bizim əmirə baxın, fasiqlərin libasını geyinir”. Əbu Bəkrə (Allah ondan razı olsun) dedi: “Yum ağzını, mən Allah Elçisinin (sallallahu aleyhi və səlləm) belə dediyini eşitdim: “Kim əmirini alçaltmağa çalışarsa Allah da onu alçaldar”. (ət-Tirmizi, 2224, 2388. əl-Albani səhih olduğunu bildirmişdir).
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “Kim öz əmirinin itaətindən (bircə qarış kənara) çıxsa, habelə, camaatdan ayrılsa və bu halda ölsə, cahilliyət dövründə olduğu kimi ölmüş olar. Hər kim kor-koranəlik bayrağı altında döyüşərsə, hissiyyata qapılaraq qəzəblənər, hissiyətə qapılaraq dəvət edər və ya hissiyata qapılaraq qalib gələrsə, bu hal üzrə öldürülərsə, cahiliyyə dönəmində öldürülən kimidir. Kim mənim ümmətimə çıxar, yaxşısını da vurar, pisini də vurar, möminindən çəkinməz, əhd sahibi əhdinə vəfalı olmazsa, o məndən deyil, mən də ondan”. (Muslim, 3436, 4892).
Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurmuşdur: “Məndən sonra imamlar olacaqdır ki, nə mənim yolumu tutub getməyəcəklər, nə də ki, sünnəmə tabe olmayacaqlar. Onlar insan cismində qəlbləri şeytanların qəlbidir”. Huzeyfə (Allah ondan razı olsun) dedi: “Əgər buna yetişərəmsə, onda nə edim, ey Allahın Elçisi?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Əmirə qulaq as və itaət et, hətta belinə vurub, malını əlindən alsa belə, qulaq as və itaət et”. (“Silsilətul-Əhədisis-Sahiha” 2739).
İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “Kim öz əmrindən xoşa gəlməyən bir şey görərsə, buna səbr etsin. Kim təfriqə salaraq insanları camaatdan bir qarış olsa belə ayırar və bu hal üzrə ölərsə, cahiliyyə dönəmində ölmüş kimi sayılar”. (əl-Buxari 7054, 7143; Muslim 1849).
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (sallallahu aleyhi və səlləm) buyurdu: “Kim mənə itaət edərsə Allaha itaət etmiş olar, kim də mənə asi olarsa heç şübhəsiz ki, Allaha asi olmuş olar. Hər kim əmirə itaət edərsə, mənə itaət etmiş olar, hər kim də əmirə asi olarsa mənə asi olmuş olar”. (əl-Buxari, 7137; Muslim, 3418, 4854).
Abdullah ibn Amr (Allah ondan razı olsun) nəql edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Kim əlini bir imamın əlinin içinə qoyub qəlbinin səmərəsini ona verərək beyət edibsə bacardığı qədər ona itaət etsin. Əgər başqa birisi gəlib onunla çəkişərsə başqasının (və ya gələnin) boynunu vurun”. (Əbu Davud, 4250; Muslim, 4882; İbn Macə, 3956; ən-Nəsai, 4191).
Əli (Allah ondan razı olsun) demişdir: “Allah Elçisi (sallallahu aleyhi və səlləm) bir ordu göndərdi və ənsarlardan birini də onlara başçı təyin edib mücahidlərə başçılarını dinləmələrini və ona itaət etmələrini əmr etmişdi. Yolda bəzi şeylər başçını qəzəbləndirdi. Əmir: “Mənə odun toplayın”- deyə əmr etdi. Mücahidlər də ona odun topladılar. Əmir: “Odunu yandırın!”- deyə əmr verdi. Mücahidlər odunu yandırdılar. Sonra onlardan soruşdu: “Allah Elçisi sizə məni dinləmənizi və mənə itaət etmənizi əmr etmişdimi?” Onlar da: “Bəli, əmr etmişdi”- dedilər. Əmir dedi: “Elə isə bu qaladığınız atəşə girin”. Bu əmrdən sonra əskərlər bir-birilərinə baxmağa başladılar, sonra isə dedilər: “Biz atəşdən qaçıb Allah Elçisinin himayəsinə sığınmış kimsələrik”. Onlar bu söhbətlərini davam edərkən əmirin qəzəbi soyudu, atəş də söndü. Mədinəyə qayıtdıqda isə bu hadisəni Peyğəmbərə (sallallahu aleyhi və səlləm) çatdırdılar. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “Əgər bu atəşə girsəydilər, artıq ondan bir daha çıxmazdılar. İtaət yalnız yaxşı olan şeylərdədir”. (Muslim, 3425, 4872).