Arafa günü ölkələr üzrə müxtəlif günlərdə ola bilər - Şeyx İbn əl-Useymin

English

Arafa orucunu Məkkə ilə tutmalıyıq, yoxsa Azərbaycanla?

Sual: "Məntəqələrin və ayın görünməsində olan müxtəlifliyinə görə biz Arafa orucunu öz ölkəmizə görə tutmalıyıq, yoxsa Məkkə və Mədinəyə görə?"

Şeyx İbn əl-Useymin (Allah ona rəhm etsin) buyurur:
"Bu, elm əhlinin ixtilafı üzərində qurulub ki, görəsən ay bütün dünyaya görə bir görüntülüdür, yoxsa müxtəlif görüntülü? Ən doğru olanı budur ki, ay doğmasına, yəni ölkələrdən görünməsinə görə fərqlidir. Məsələn, ola bilsin ki, ay Məkkədə görünsün və həmin gün (yəni, Arafa günü) doqquzuncu gün olsun. Ola bilsin ki, başqa ölkədə ay Məkkədən bir gün öncə görsənsin və ona görə də Arafa günü onlarda onuncu gün olsun. Ona görə də həmin gün onlara oruc tutmaları icazəli deyil, çünki həmin gün onlarda artıq bayram günüdür (yəni, Məkkənin Arafası ilə tutmağa ehtiyac yoxdur). Həmçinin, ola bilsin ki, onlarda ay bir gün Məkkədən sonra görsənsin, Məkkədə Arafa günü doqquzuncu gün olduqda, onlarda səkkizinci günə düşsün. Onda onlar öz ölkələrinə görə doqquzuncu günü oruc tutsunlar, bu da Məkkədə onuncu günə müvafiq düşür (yəni, Azərbaycanda görünən aya görə Zil-Hiccənin doqquzu oruc tutsunlar). Ən düzgün rəy də bu rəydir, çünki Allahın Elçisi - salləllahu aleyhi və səlləm - buyurmuşdur: "Təzə ayı gördüyünüzdə oruc tutun və təzə ayı gördüyünüzdə orucu açın". O kəslər ki, öz tərəflərində təzə ayı görməyiblərsə, onda onlar təzə ayı görmüş sayılmırlar. Necə ki, bütün insanlar hamılıqla birlikdə hər kəsən öz ölkəsinə uyğun Sübhün doğmasını və Günəşin batmasını belə qəbul edib və belə təyin edirlər. Eləcə də ayın vaxtı da günəşin vaxtı kimidir (yəni, fərqlidir)"

Mənbə: Şeyx İbn əl-Useymin "Məcmuul-Fətava" cild 10, Oruc kitabı.

 

Şeyx İbn əl Useymin (Allah ona rəhm etsin) buyurur:

"Əgər ölkə vahid bir şəxsin hakimiyyəti altında olarsa və hakim də oruc tutmağı, yaxud orucu açmağı (Şəvvalın girməyini) əmr edərsə, onun əmrinə tabe olmaq vacibdir. Çünki məsələ ixtilaflıdır, hakimin hökmü isə ixtilafı aradan qaldırır. Bu qaydaya görə olduğunuz ölkənin əhalisi ilə oruc tutun və orucunuzu açın. İstər ölkəniz bu məsələdə haqqa müvafiq olsun, istərsə də olmasın. Həmçinin Arafa günü də belədir. Yaşadığınız ölkəyə tabe olun". 

 

İbn əl-Useymin "Məcmuul Fətava" 19.