Cihadın şərtləri

English

İslam dininin bütün ayinləri qaydalarsız və şərtlərsiz mümkün olmadığı kimi, cihadın da müəyyən qaydaları və şərtləri var. Bu, cihad mövzusunda çox vacib məsələdir. Cihad yalnız bu qaydalar və şərtlər olduqda cihad sayılır və Uca Allah tərəfindən qəbul edilir.

1. Cihadda niyyət ixlaslı olmalıdır (yəni, məqsəd Allahın razılığını qazanmaq olmalıdır). Cihad yalnız Allah rizası üçün, Allahın razılığını qazanmaq üçün edilməlidir. 

عَنْ أَبِي مُوسَى قَالَ: جَاءَ رَجُلٌ إِلَى النَّبِىِّ فَقَالَ يَا رَسُولَ اللَّهِ، مَا الْقِتَالُ فِى سَبِيلِ اللَّهِ فَإِنَّ أَحَدَنَا يُقَاتِلُ غَضَبًا، وَيُقَاتِلُ حَمِيَّةً. فَقَالَ: «مَنْ قَاتَلَ لِتَكُونَ كَلِمَةُ اللَّهِ هِىَ الْعُلْيَا فَهُوَ فِى سَبِيلِ اللَّهِ عَزَّ وَجَلَّ

Əbu Musa (Allah ondan razı olsun) rəvayət edir ki, bir nəfər Peyğəmbərin (sallllahu aleyhi və səlləm) yanına gəlib dedi: “Ey Allahın Elçisi! Allah yolunda vuruşmaq nə deməkdir? Axı bizdən kimisi qə­zə­binə görə, kimisi də namusuna görə vuruşur”. Peyğəmbər (sallallahu aleyhi və səlləm) - buyurdu: “Hər kim Allahın Kəlməsi hər şeydən uca olsun deyə vuruşarsa, Uca Allahın yolunda (vu­­ruşmuş) olar”. (əl-Buxari, 123).

2. Cihad Sünnəyə müvafiq olmalıdır. Cihad sünnəyə müvafiq olmadıqda Allah bu əməli qəbul etmir. Ona görə cihad etmək istəyən insan sünnəni öyrənməlidir.

قَالَ حُذَيْفَةُ لأَبِي مُوسَى : أَرَأَيْتَ لَوْ أَنَّ رَجُلاً خَرَجَ بِسَيْفِهِ يَبْتَغِي وَجْهَ اللهِ ، فَضُرِبَ فَقُتِلَ كَانَ يَدْخُلُ الْجَنَّةَ ؟ فَقَالَ لَهُ أَبُو مُوسَى : نَعَمْ ، فَقَالَ حُذَيْفَةُ : لاَ ، وَلَكِنْ إِذَا خَرَجَ بِسَيْفِهِ يَبْتَغِي بِهِ وَجْهَ اللهِ ثُمَّ أَصَابَ أَمْرَ اللهِ فَقُتِلَ ، دَخَلَ الْجَنَّةَ.

Rəvayət edilir ki, Huzeyfə Əbu Musadan (Allah onlardan razı olsun) soruşdu: “Bir adam öz qılıncı ilə Allahın Üzü xatirinə çıxar və əgər öldürülərsə, Cənnətə düşərmi? Bu adam haqda nə deyirsən?” Əbu Musa belə cavab verdi: “Bəli!” Huzeyfə isə dedi: “Xeyr! Yalnız Alahın Üzü xatirinə və Allahın əmr etdiyinə uyğun hərəkət etsə - bu halda o öldürülsə, Cənnətə düşər!” (Səid ibn Mənsur, 2546. Hədisin isnadı səhihdir).

عن أبي عبيدة بن حذيفة قال... فقال حذيفة أيضا استفهم الرجل وأفهمه قال كيف قلت فأعاد عليه مثل قوله فقال ما عندي إلا هذا فقال حذيفة ليدخلن النار من يفعل هذا كذا وكذا ولكن من ضرب بسيفه في سبيل الله يصيب الحق فله الجنة فقال ابو موسى صدق

Əbu Ubeydə ibn Huzeyfə rəvayət edir ki, Huzeyfə (Allah ondan razı olsun) demişdir: “Həqiqətən, əgər o, haqla döyüşər və öldürülərsə, o Cənnətdədir. Amma əgər o, haqla və Allahın əmrinə uyğun hərəkət etməzsə, o Cəhənnəmdədir!” Bundan sonra Huzeyfə (Allah ondan razı olsun) dedi: “Allaha and olsun! Belə insan Cəhənnəmə girəcək!” Əbu Musa (Allah ondan razı olsun) dedi: “Sən düz deyirsən!” (Abdur-Razzəq, 5/ 267, 9565; İbn Vadah, 1/ 81. Hədisin isnadı səhihdir).

3. Cihadın həqiqi məqsədinə və nə məqsədə görə vacib buyurulduğu üçün edilməlidir. Bu da öz əksini səhih hədislərdə tapmışdır.

عَنْ أَبِي مُوسَى قَالَ: جَاءَ رَجُلٌ إِلَى النَّبِىِّ  فَقَالَ يَا رَسُولَ اللَّهِ، مَا الْقِتَالُ فِى سَبِيلِ اللَّهِ فَإِنَّ أَحَدَنَا يُقَاتِلُ غَضَبًا، وَيُقَاتِلُ حَمِيَّةً. فَقَالَ: «مَنْ قَاتَلَ لِتَكُونَ كَلِمَةُ اللَّهِ هِىَ الْعُلْيَا فَهُوَ فِى سَبِيلِ اللَّهِ عَزَّ وَجَلَّ».

Əbu Musa (Allah ondan razı olsun) rəvayət edir ki, bir nəfər Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib dedi: “Ey Allahın Elçisi! Allah yolunda vuruşmaq nə deməkdir? Axı bizlərdən kimisi qə­zə­binə görə, kimisi də namusuna görə vuruşur”. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “Hər kim Allahın Kəlməsi hər şeydən uca olsun deyə vuruşarsa, Uca Allah yolunda (vu­­ruşmuş) olar”. (əl-Buxari, 123).

حَدَّثَنَا أَبُو مُوسَى الْأَشْعَرِيُّ أَنَّ رَجُلًا أَعْرَابِيًّا أَتَى النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ يَا رَسُولَ اللَّهِ الرَّجُلُ يُقَاتِلُ لِلْمَغْنَمِ وَالرَّجُلُ يُقَاتِلُ لِيُذْكَرَ وَالرَّجُلُ يُقَاتِلُ لِيُرَى مَكَانُهُ فَمَنْ فِي سَبِيلِ اللَّهِ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَنْ قَاتَلَ لِتَكُونَ كَلِمَةُ اللَّهِ أَعْلَى فَهُوَ فِي سَبِيلِ اللَّهِ

Rəvayət edilir ki, Əbu Musa əl-Əşari (Allah ondan razı olsun) demişdir: “Bədəvi bir kişi Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib dedi: “Ey Allahın Elçisi! Kimisi qənimətə görə, kimisi şöhrətə görə, kimisi də riyaya görə döyüşür. Bunlardan hansı Allah yolunda döyüşmək sayılır?” Allah Elçisi (sallallahu aleyhi və səlləm) buyurdu: “Hər kim Allahın Kəlməsi hər şeydən uca olsun deyə vuruşarsa, Uca Allahın yolunda (vu­­ruşmuş) olar”. (Muslim, 1904, 3524).

4. Cihad elmlə və dini düzgün başa düşmək ilə olmalıdır. Belə ki, cihad böyük və vacib ibadətlərdən sayılır. Düzgün başa düşülməyən din və elmsiz şəkildə yerinə yetirilən ibadət düzgün sayılmır. Ömər ibn Abdul-Aziz (Allah ona rəhm etsin) belə demişdir: “Kim Allaha elmsiz şəkildə ibadət edirsə, xeyirdən çox zərər gətirir”. (Əhməd “əz-Zühd” 365). Elm əməlin idarəedicisidir və əməl edən insan bu elmlə hərəkət edir. Əgər niyyət və əməl elmə əsaslanmasa, bu cahillik, nəfsə uymaq və yolu azmaqla nəticələnəcək. İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: “Cihadda cihadın həqiqətini, onun məqsədini, onun növlərini və cihad edənin halını bilmək vacibdir”. (Məcmuul-Fətava, 28/ 136). 

Şeyx Fovzan (Allah onu qorusun) buyurur: “...Onlar bu fitnələri cihad adlandırırlar, amma bu cihad deyil. Çünki onlar cihadın əsaslarını təmin etməyib, şərtlərini yerinə yetirməyiblər. Ona görə bu cihad deyil. Bu, yalnız Uca Allahın icazə vermədiyi düşmənçilikdir”. (Şeyx Fovzan “əl-Cihad Ənvəuhu vəa Əhkəmuhu” 25).

5. Cihad - yaradılmışlara mərhəmət və şəfqətlə müşahidə olunmalıdır. Belə ki, cihad İslamda qəlbləri qorxutmaq və ya başqalarını incitmək üçün əmr olunmayıb. Bunun əksini cihad kimi başa düşmək düz deyil.     

Hafiz əd-Dumyəti (Allah ona rəhm etsin) demişdir: “Cihad – məqsəd deyil, məqsədə çatmaq üçün vasitədir. Vuruşmaqda məqsəd isə doğru yola yönətlmək və şəhidlik dərəcəsinə nail olmaqdır. Kafirlərin öldürülməsi isə cihadın məqsədi deyil. Ona görə də əgər cihad etmədən doğru yola dəlillərlə dəvət etməyə imkan varsa, bu cihaddan daha düzgün və daha üstün hesab olunur”. (“İanətut-Talibin” 4/ 181).

Uca Allah buyurur: “Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz”. (Ali-İmran, 110).

6. Cihadda - ədalətli olmalı, düşmənçilik və zülmdən uzaq olmaq lazımdır. Bu qayda çox vacib qaydadır. Bunun haqqında Uca Allah buyurur: “Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir”. (əl-Bəqərə, 190). “Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. Hər hansı bir camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır”. (əl-Maidə, 8).

Peyğəmbər (sallallahu aleyhi və səlləm) döyüşə ordu göndərəndə ölənlərin cəsədlərini korlamamağı, müqaviləni pozmamağı, uşaqları, qadınları öldürməməyi əmr edərdi. (Muslim, 1731). Cihadda döyüşdə iştirak etməyənlərə toxunulmur. Bunlar; qadınlar, uşaqlar, əldən düşmüş qocalar, korlar, ağır xəstələr, dəlilər, keşişlər, rahiblərdir. Döyüş yalnız müsəlmanlara qarşı döyüşənlərlə olur.

İmam İbn əs-Saləh (Allah ona rəhm etsin) buyurmuşdur: “Qayə odur ki, yer üzərində kafirlərin olması icazəlidir. Belə ki, Uca Allah məxluqlarının məhv edilməsini istəmir və onları öldürülmələri üçün yaratmayıb. Həqiqətən, Allah onlardan gələ bilən zərərə görə onların öldürülməsinə icazə vermişdir. Bu onların küfrlərinə görə olan cəza deyil. Bu dünya cəza dünyası deyil, çünki əməllərə görə cəza Qiyamət günü olacaq. Əgər kafirlər müsəlmanların hakimiyyəti altına girir və bizim qanunlara riayət edirlərsə, onda biz onların bizim məişətimizdə fayda əldə edirik. Bizdə də onları qətl etmək üçün heç bir səbəb qalmır. Onların (küfrlərinə görə) cəzası Allah yanındadır. Kafirlər müsəlman ölkələrində olduqda, belə ola bilər ki, onlar Allahın yaratmasını daxilən (fitrətlə) görə bilərlər. İş belə olduqda “əsas təməl kafirləri öldürməkdir” demək olmaz”. (“Fətava ibn əs-Saləh” 22).

Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurmuşdur: “Həqiqətən, kafirlərlə döyüşmək yalnız bir səbəblə olur – bu da müharibədir. Bu əksər alimlərin rəyidir, Quran və Sünnə də bunu göstərir”. (ən-Nubuvvət, 140).

7. Cihad - müsəlman rəhbərin başçılığı altında və ya onun razılığı ilə edilməlidir. İstər rəhbər ədalətli olsun, istər zalım. Düşmənlə cihad qüvvə olduğu təqdirdə faydalı olur. Qüvvə yalnız birliklə mümkündür. Birliyi idarəçilik və hakimiyyətlə əldə etmək olur. Hakimiyyət isə rəhbəri eşitmək və ona itaət etməklə qaydasına düşür. Sadalananlar bir-birilə sıx bağlılıq təşkil edir və hər biri digər şərtin düzgün olmasından asılıdır. Həmçinin, nə din, nə də dünya həyatı bunlarsız düzələ bilməz.

عَنْ أَبِي هُرَيْرَةَ أَنَّهُ سَمِعَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «...مَنْ أَطَاعَنِى فَقَدْ أَطَاعَ اللَّهَ، وَمَنْ عَصَانِى فَقَدْ عَصَى اللَّهَ، وَمَنْ يُطِعِ الأَمِيرَ فَقَدْ أَطَاعَنِى، وَمَنْ يَعْصِ الأَمِيرَ فَقَدْ عَصَانِى، وَإِنَّمَا الإِمَامُ جُنَّةٌ يُقَاتَلُ مِنْ وَرَائِهِ وَيُتَّقَى بِهِ، فَإِنْ أَمَرَ بِتَقْوَى اللَّهِ وَعَدَلَ، فَإِنَّ لَهُ بِذَلِكَ أَجْرًا، وَإِنْ قَالَ بِغَيْرِهِ، فَإِنَّ عَلَيْهِ مِنْهُ».

Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “...Kim mənə itaət etsə, Allaha itaət etmiş olar, kim mənə asi olsa, Allaha asi ol­muş olar. Eləcə də kim əmirə itaət etsə, mənə itaət etmiş olar, kim əmirə asi olsa, mənə asi olmuş olar. Həqiqətən əmir bir qalxandır. Onun rəh­bər­li­yi altında vuruşulur və onun sayəsində (düşməndən) qorunmaq olur. Əgər o (öz rəiyyətinə) Allahdan qorxmağı (yaxşı işlər görməyi) əmr edər, özü də ədalətli olarsa, buna görə savab qazanar. Yox, əgər başqa şeylər (günah işlər) əmr edərsə, günahı onun öz boy­nunda qalar”. (əl-Buxari, 2957).

عَنْ حُذَيْفَةَ بْنَ الْيَمَانِ قَالَ: كَانَ النَّاسُ يَسْأَلُونَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ الْخَيْرِ، وَكُنْتُ أَسْأَلُهُ عَنِ الشَّرِّ مَخَافَةَ أَنْ يُدْرِكَنِى. فَقُلْتُ يَا رَسُولَ اللَّهِ إِنَّا كُنَّا فِى جَاهِلِيَّةٍ وَشَرٍّ، فَجَاءَنَا اللَّهُ بِهَذَا الْخَيْرِ، فَهَلْ بَعْدَ هَذَا الْخَيْرِ مِنْ شَرٍّ قَالَ: «نَعَمْ». قُلْتُ وَهَلْ بَعْدَ ذَلِكَ الشَّرِّ مِنْ خَيْرٍ قَالَ: «نَعَمْ، وَفِيهِ دَخَنٌ». قُلْتُ وَمَا دَخَنُهُ قَالَ: «قَوْمٌ يَهْدُونَ بِغَيْرِ هَدْيِى تَعْرِفُ مِنْهُمْ وَتُنْكِرُ». قُلْتُ فَهَلْ بَعْدَ ذَلِكَ الْخَيْرِ مِنْ شَرٍّ قَالَ: «نَعَمْ دُعَاةٌ إِلَى أَبْوَابِ جَهَنَّمَ، مَنْ أَجَابَهُمْ إِلَيْهَا قَذَفُوهُ فِيهَا». قُلْتُ يَا رَسُولَ اللَّهِ صِفْهُمْ لَنَا فَقَالَ: «هُمْ مِنْ جِلْدَتِنَا، وَيَتَكَلَّمُونَ بِأَلْسِنَتِنَا» قُلْتُ فَمَا تَأْمُرُنِى إِنْ أَدْرَكَنِى ذَلِكَ قَالَ: «تَلْزَمُ جَمَاعَةَ الْمُسْلِمِينَ وَإِمَامَهُمْ». قُلْتُ فَإِنْ لَمْ يَكُنْ لَهُمْ جَمَاعَةٌ وَلاَ إِمَامٌ قَالَ: «فَاعْتَزِلْ تِلْكَ الْفِرَقَ كُلَّهَا، وَلَوْ أَنْ تَعَضَّ بِأَصْلِ شَجَرَةٍ حَتَّى يُدْرِكَكَ الْمَوْتُ وَأَنْتَ عَلَى ذَلِكَ».

Rəvayət edilir ki, Huzeyfə ibn Yəmən (Allah ondan razı olsun) demişdir: “İnsanlar Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) xeyirxah işlər barədə soruşardılar, mən isə ondan şər əməllər barəsində so­ru­şardım ki, xətəri mənə dəyməsin. Mən dedim: “Ey Allahın Elçisi, biz, hə­qi­qə­tən də, cahil­lik və şər içində yaşayırdıq. Allah bizə belə bir xeyir nəsib etdi. Bu xeyirdən sonra şər gələ bilərmi?” (Peyğəmbər sallallahu aleyhi və səlləm): “Bəli!”- dedi. Mən so­ruş­dum: “Bəs bu şərdən sonra (yenə) xeyir gələ bilərmi?” (Peyğəmbər sallallahu aleyhi və səlləm) dedi: “Bəli, lakin bu xeyirə (şər) ləkəsi bulaşacaqdır”. Mən soruşdum: “O nə lə­kədir?” Dedi: “Mənim yolumu tutub getməyən adamlar olacaq. Onlar yax­şı işlər gör­dük­ləri kimi, pis əməllər də edəcəklər”. Mən soruşdum: “Bəs bu xe­yirdən sonra şər gələcəkmi?” Dedi: “Bəli, həmin vaxt Cəhənnəmə çağıran (az­ğın) adamlar olacaq. Kim onların çağırışını qəbul etsə, Cəhənnəmə atıla­caq­dır”. Mən dedim: “Ey Allahın Elçisi, onları bizə vəsf et!” O buyurdu: “Onlar biz­lərdən olacaq və bizim kimi danışacaqlar”. Soruşdum: “O vaxta qədər ya­şa­sam, mən nə edim?” O buyurdu: “Müsəlman camaatına qoşul və onların ima­mına tabe ol!” Dedim: “Bəs onların nə bir camaatı, nə də bir imamı ol­ma­sa necə?” Dedi: “Arxa dişlərinlə ağac kökündən yapışmış olsan belə, o fir­qə­lə­rin hamısından uzaq dur və ölüm səni haqlayanadək bu vəziyyətdə qal!” (əl-Buxari, 3606).

İmam əl-Bərbəhari (Allah ona rəhm etsin) buyurmuşdur: “Kim ədalətli və ya zalım rəhbərin arxasında namazı, hər bir rəhbərlə birlikdə cihad etməyi səhih sayırsa, rəhbərə silahla qarşı çıxmağı səhih saymırsa və onların (rəhbərlərin) islahı üçün dua edirsə, o xəvaricliyin əqidəsindən tamamilə xilas olmuşdur”. (Şərh əs-Sünnə, 57).

Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) rəhbərin fəzilətləri və ona itaətin vacibliyi haqqında dedikdən sonra buyurur: “...Bütün bunlar yalnız güc və rəhbərliyin olması zamanı mümkündür. Bu səbəbdən də deyilir: “Altmış il zalım rəhbərlə yaşamaq, bir gecə rəhbərsiz yaşamaqdan xeyirlidir!” (Məcmuul-Fətava, 28/ 390-391).

Müsəlmanlar vahid rəhbərlik altında birləşib düşmənlə özbaşına vuruşmurlar. Bu rəhbərin tələbi ilə baş verir və bu cihad - tələb cihadı (cihədut-taləb) adlanır. O ki, qaldı müdafiə cihadına, burda vəziyyət başqa cür olur.  İmam Əhmədin oğlu Abdullah (Allah ona rəhm etsin) deyir: “Atamın belə dediyini eşitmişəm: “Əgər rəhbər insanlara icazə versə və onlara kömək gəlsə, onların (düşmənlə) döyüşə çıxmasında heç bir qəbahət yoxdur”. Mən dedim: “Bəs, onlar rəhbərin icazəsi olmadan (döyüşə) başlasalar?” O cavab verdi: “Xeyr, bu yalnız rəhbərin icazəsi ilə olmalıdır. İstisna yalnız gözlənilmədən düşmənin onlara hücum etməsində və onların rəhbərdən icazə almağa vaxtları olmamasındadır. Mən ümid edirəm ki, bu müsəlmanlar tərəfindən müdafiə sayılacaq”. Mən atamdan düşmənlə onlar arasında divar olan Xorasan əhli haqda soruşdum: “Onların döyüşmək haqları olduğunu sanırsanmı?” İmam Əhməd (Allah ona rəhm etsin) dedi: “Əgər onlar özləri və övladlarına görə qorxurlarsa, rəhbərdən icazə alınmasına qədər onların döyüşməsində heç bi qorxulu şey yoxdur. Amma onlar özlərinə və övladlarına görə narahat deyillərsə (onlara təhlükə yoxdursa), onda onlar rəhbərin icazəsi olmadan döyüşə bilməzlər”. (Abdullah ibn Əhməd “əl-Məsəil” 258).

8. Cihad - müsəlmanların güclü və ya zəif olmaları nəzərə alınmaqla aparılmalıdır. Həqiqətən ümmətin vəziyyəti zaman və məkana görə dəyişir. Məkkə dövründə qılınc və əl ilə cihad icazəli deyildi, çünki müsəlmanlar az və zəif idilər. Ona görə də cihad qəlb və dil ilə edilirdi.

Uca Allah buyurur: “Belə olduqda sən kafirlərə baş əymə və onlara qarşı bununla (bu Quranla) böyük bir cihad et!” (Furqan, 52). Bu, Məkkə ayələrindəndir. ”Onlara qarşı bununla” sözü haqda İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Quran vasitəsilə”. Bunu ət-Təbəri Quranın təfsirində (26628) nəql etmişdir.

Mədinəyə hicrət etdikdən sonra isə müsəlmanlara döyüşmək hüququ verilmişdir. Uca Allah buyurur: “Kafirlərin vuruşa başladığı insanlara, o kafirlərlə vuruşmağa icazə verilmişdir. Çünki onlar zülmə məruz qalmışlar. Şübhəsiz ki, Allah onlara kömək etməyə qadirdir”. (əl-Həcc, 39).

Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurmuşur: “Əgər müsəlmanlar zəif olduqları yerdə və ya zəif olduqları dövrdə yaşayırlarsa, Kitab Əhli və müşriklər Allahı və Onun Elçisini (sallallahu aleyhi və səlləm) təhqir etsələr belə onlar səbir və bağışlamağa aid əmrlər olan ayələri tətbiq edərək yaşayırlar”. (əs-Sarimul-Məslul, 2/ 413).

9. Cihad - xeyirə gətirməlidir, fəsada, böyük zərərə səbəb olmamalıdır, çünki cihadın məqsədi İslama və müsəlmanlara xeyir verməkdir. Hansı məqamda cihad xeyirdən çox zərərə səbəb olursa, bu zaman cihad etmək icazəli deyil. Peyğəmbərin (sallallahu aleyhi və səllə) həyatına fikir versək bunu görə bilərik. Belə ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Məkkədə - müsəlmanların zəif olduğu vaxtda qılıncla cihad etməmişdir. 

 

Məqalədə Abdur-Razzəq əl-Bədrin (Allah onu qorusun) cihad haqda olan kitabından istifadə olunmuşdur.