rəhbərlərə itaət

Musəlmanların əmr sahiblərinə qarşı olan səhih əqidələri

Sual 93.

Əhli-Sünnənin əmr sahiblərinə qarşı olan etiqadı nədir?

Cavab:

ardını oxu 902 oxunma bidətçilərlə münasibət, rəhbərlərə itaət

İmam ət-Tahavi (Allah ona rəhm etsin) demişdir: “Biz - zülm etsələr belə - imamalarımıza və əmr sahiblərimizə qarşı xurucu icazəli görmürük. Biz onlara qarşı bəd dua etmirik, onlara olan itaətdən əl çəkmirik (imtina etmirik), nə qədər ki, asiliyi əmr etmirlər - onlara olan itaəti fərz olaraq Allaha olan itaətdən sayırıq. Onların islahı və salamat olmaları üçün Allaha dua edirik”. (əl-Aqidətut-Tahaviyyə, səh. 47-48, 379). Yəni, asilik olan şeydə onlara itaət olunmur, digər şeylərdə itaət olunur. Yoxsa, müəyyən asiliyi əmr etdiyinə görə ona itaətdən tamamilə əl çəkilmir.

ardını oxu 987 oxunma rəhbərlərə itaət

İmam Səhl ibn Abdullah ət-Tustəri (Allah ona rəhm etsin) buyurur: "Əgər insan bu on xisləti özündə görərsə, onda o, Əhli-Sünnənin yolu üzərindədir:

1. Camaatı tərk etmir;

2.  Peyğəmbərin (salləllahu aleyhi və səlləm) səhabələrini söymür;

3. Bu ümmətə qılıncla xuruc etmir (qarşı çıxmır);

4. İmanda şəkk etmir;

5. Qədəri inkar etmir;

6. Dində qadağan olunan mübahisələr etmir;

7. Qiblə əhlindən olan insan öldüyü zaman ona (cənazə) namazı qılmağı tərk etmir;

8. Xufların (corabların) üzərinə məsh çəkməyi tərk etmir;

ardını oxu 1218 oxunma bidətçilərlə münasibət, rəhbərlərə itaət
əl-Həsən ibn Salih ibn Həy əl-Həmdani (ölümü h. 169)

Alim və lakin...

O - alim, zahid, təqva əhli, bir çox hədisi əzbərdən bilən və çox asanlıqla kövrələn bir insan idi.

O ilk dövrlərdə yaşamış və ibadətlərinin çoxluğu ilə tanınmış Sufyan əs-Səuri və başqaları kimi sələf alimlərinin həmyaşıdı idi. Hədis ravilərindən biri sayılırdı. “Cərh və tədil” elmində öz ciddiliyi ilə seçilən Əbu Hatim ər-Razi (Allah ona rəhm etsin) onun haqqında “etibarlı, əzbərdən çoxlu hədis bilən” demişdi.

ardını oxu 1558 oxunma bidətçilərlə münasibət, rəhbərlərə itaət, tarixi hadisələr

Şeyx Saleh əl-Fovzanın (Allah onu qorusun) hədislərdə deyilən itaətin müasir rəhbərlərə aid olub-olmaması sualına aydınlıq gətirir.

Sual: Biz bilirik ki, Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) rəhbərlərə itaətə təşviq edən hədisləri vardır. Bəziləri deyirlər ki, “bu hədislər keçmişdə yaşamış rəhbərlərə aiddir, indiki rəhbərlərə aid deyildir”.

ardını oxu 1309 oxunma rəhbərlərə itaət

Sual: Bizi faydalandırdığınıza görə Allah sizə bərəkət versin! Allahdan istəyirik ki, hamımızı sözə qulaq asıb, yaxşısına əməl edənlərdən etsin! Sualda deyilir ki, elmli olduqlarını iddia edən bəzi kəslər müsəlman hakimləri şəri və qeyri - şəri hakimlər olmaqla iki qismə bölürlər. Bu bölgünü hakimlərin Allahın hökmü ilə hökm verib-verməmələrinə əsaslandırırlar. Sonra da bəzi hakimlər barəsində deyirlər ki, onlar müsəlman olsalar da qeyri-şəri hakimlərdir. Həmçinin, onlara beyət də olunmur. Bu hakimlərə yalnız məsləhət baxımından qulaq asılır və itaət olunur.

ardını oxu 3335 oxunma rəhbərlərə itaət
Arxasınca daha böyük bir ziyan gətirəcək şəkildə hakimə öz narazılığını bildirmək icazəli deyil. Səndən soruşuram: ”Ey, müsəlman! Əgər sənə desələr ki, sənin istəmədiyin bir hakim həqiqətən də vəzifəsindən gedəcək, amma aşağıdakı müəyyən şərtlərlə: Birinci şərt: Bu halda sənin atan, anan və ya uşağın öldürüləcək. İkinci şərt: Ola bilsin ki, sənin zövcənin, bacının və ya qızının namusuna toxunulacaq. Üçüncü şərt: Sənin ölkən bütövlüklə dağıdılacaq. Dördüncü şərt: Milyonlarla insan öz ölkəsindən köçməyə məcbur olacaq, bir çoxları isə aclıqdan və soyuqdan öləcək.
ardını oxu 876 oxunma rəhbərlərə itaət

Rəvayət edilir ki, Abdullah İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Hərurilər (xəvariclər) zühur etdikdə altı min nəfər idilər. Mən Əliyə (Allah ondan razı olsun) dedim: “Ey möminlərin əmiri! Sən namazı bir az gecikdir ki, mən onlarla söhbət edim!” O buyurdu:  “Mən sənin üçün təhlükədən qorxuram!” Mən: “Sən heç narahat olma”- deyərək, ən gözəl paltarımı geyinib yola düşdüm və onların toplandıqları evə gəldim. Onlar günorta istirahətində idilər. Onlardan ibadətə daha şiddətli həris olanını görməmişdim.

ardını oxu 2498 oxunma rəhbərlərə itaət, bidətçi firqələr, tarixi hadisələr

Hənbəl ibn İshaq rəvayət edir ki, əl-Vasiqin xəlifəliyi zamanı Bağdadın fiqh alimləri Əbu Abdullahın (İmam Əhmədin) yanına gələrək dedilər: “Ey Əbu Abdullah, bu məsələ (yəni, Quranın yaradılmış olması və s.) artıq həddini aşmış və camaat arasında yayılmışdır”. O soruşdu: “Nə etmək istəyirsiniz?” Həmin adamlar dedilər: “Biz öz başçımızın rəhbərliyindən narazıyıq, elə bu səbəbdən də səninlə məsləhətləşməyə gəlmişik”. İmam Əhməd onlarla bir saata yaxın söhbət etdikdən sonra dedi: “Sizə qəlbinizlə etiraz etmənizi tövsiyyə edirəm.

ardını oxu 987 oxunma rəhbərlərə itaət

Müsəlman olan hər bir kəs öz rəhbərinə qulaq asıb itaət etməlidir. Həmçinin, onun ünvanına təhqiramiz sözlər deməkdən çəkinməlidir. Çünki, rəhbərlərə olan itaətsizlik həm dini, həm də dünyəvi məsələlərdə pis sonluğa gətirib çıxarır. Bu hallardan biri də müsəlman dövlətinin daxildən zəifləməsidir ki, İslam dövlətlərinin düşmənlərinin öz hiyləgər planlarını həyata keçirmək üçün gözəl fürsət yaradır. Əgər müsəlman rəhbər öz dövlətində sevilən biridirsə və onun əmrləri Allahın buyurduğu qaydalar üzrə öz dövlətində həyata keçirsə, İslam düşmənləri onlardan qorxar və onlara hörmət edərlər.

ardını oxu 2072 oxunma rəhbərlərə itaət

İmam əl-Acurri (Allah ona rəhm etsin) “əş-Şəriatu” adlı kitabının 21-ci səhifəsində deyir: “Müasir və keçmiş alimlər Xəvariclərin pis bir qövm, Allah və Onun Rəsuluna qarşı üsyan etmiş günahkarlar topluluğu olduğu xüsusunda ixtilaf etməmişlər. Onlar oruc tutsalar da, namaz qılsalarda və etdikləri digər ibadətlərdə çox həvəs göstərsələr də bütün bu əməllərin onlar üçün bir faydası yoxdur. Çünki, onlar Qurani-Kərimi öz istək və arzularına görə təfsir etmişlər və müsəlmanlara qarşı batili haqq göstərmək mücadiləsinə girmiş bir qövmdür”.

ardını oxu 1383 oxunma rəhbərlərə itaət

Pages