English

SON MƏQALƏLƏR

Şeyx İbn Bəzə (Allah ona rəhm etsin) sual verilir: "Səudiyyə Ərəbistanının Pakistandakı səfirliyinin işçilərinin bəziləri Səudiyyə Ərəbistanı ilə, digərləri isə Pakistan camaatı ilə Səudiyyədən üç gün sonra, oruc tutmuşlar. Bunun hökmü nədir?"
ardını oxu 3784 oxunma ramazanın başlaması
Məlum olduğu kimi, Ramazan ayının nə vaxt başlamasını müəyyən edərkən ərazi və region fərqlərinin nəzərə alınması məsələsində fikir ayrılıqlarının olmasına baxmayaraq, demək olar ki, bütün alimlər yekdilliklə bildirmişlər ki, hər bir müsəlman öz ölkəsinin əhalisi ilə oruc tutmalıdır. Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurmuşdur: “Oruc, insanların oruc tutmağa başladığı zaman başlayır və onların oruc tutmağı dayandırdıqları zaman başa çatır” (Tirmizi. Şeyx Albani hədisi “səhih” adlandırmışdır).
ardını oxu 1714 oxunma ramazanın başlaması
Ramazan ayının nə zaman başlanacağı haqda - Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) 
Şeyxul-İslam Əhməd ibn Abdul-Həlim İbn Teymiyyə (Allah ona rəhm etsin) belə bir sual ilə soruşulmuşdur: “Əgər kimsə təklikdə həqiqətən təzə görsənən ayı görərsə o adam özü təklikdə orucunu tuta və ya aça bilər? Yoxsa camaat ilə birlikdə hərəkət etməlidir?”
O cavabında buyurur: “Əlhəmdulilləh... Bu məsələ haqda üç rəy vardır.
ardını oxu 3444 oxunma ramazanın başlaması
Şeyx Muhəmməd ibn Salih əl-Useyminə (Allah ona rəhm etsin) belə bir sual verilir: "Ramazan və ya şəvval aylarının daxil olmasını bildirən yeni ayın doğuşu İslam ölkələrində fərqlidir. Həmin dövlətlərdən hansısa ayı gördükdə bütün dünya müsəlmanları oruc tutmalıdırlar?"
ardını oxu 2953 oxunma ramazanın başlaması
Daimi elmi araşdırmalar və fətvalar mərkəzinə belə bir sual verilir: "Biz radio vasitəsi ilə Səudiyyə Ərəbistanında orucluğun başlanmasını eşidirik amma biz hələ ayı görməmişik. Buna görə də bizim aramızda ixtilaf düşür, bəziləri radio ilə eşitdiklərinə əsasən oruc tutur, digərləri isə ölkəmizdə ayın görsənməsini gözləyirlər. Bu artıq bizim aramızda çox dəhşətli ixtilafa gətirib çıxarıb. Xahiş edirik bizə bu haqda fətva verin?!"
ardını oxu 2571 oxunma rəhbərlərə itaət, ramazanın başlaması
Bütün müsəlman ölkələrində özünə sələfi deyən elm tələbələri arasında əvvəllər sələfi olan, lakin sonradan müəyyən etiqadi xətalara düşən və bu xətalardan dönməyən adamları sələfi dairəsində saxlamaq problemi geniş vüsət almışdır. Həmin elm tələbələri etiqadi xətası olan şəxsdən sıravi müsəlmanları çəkindirmir, onların bu səhv addımına görə isə minlərlə sıravi müsəlman da həmin xətaları mənimsəyərək bidətə düşmüş olurlar.
ardını oxu 917 oxunma bidətçilərlə münasibət, bidətçilərin üslubları
Davamı...
6-cı şübhə: Sufilər belə bir şübhə yayırlar: “Qurani-Kərimdə haqlarında ayə enmiş kəslər Allahın tək ilah olmasına şəhadət gətirməyən, lə iləhə illəllah deməyən, Allahın Peyğəmbərini ﷺ qəbul etməyən, öldükdən sonra dirilməni yalan sayan, Quranı sehrə bənzədən bir toplum idilər. Biz isə Allahın tək olmasına şəhadət gətirir, Lə iləhə illallah deyir, Peyğəmbərin Allahın Elçisi ﷺ olmasına iman edir, Quranı təsdiqləyir, öldükdən sonra dirilişə inanaraq namaz qılır, oruc tuturuq. Siz bizi necə onlarla bərabər edirsiniz?!”
ardını oxu 613 oxunma bidətçilərlə münasibət, bidətçilərin üslubları
Nə üçün Uca Allah "sizdən ruzi istəmirəm" (əz-Zəriyat, 57) deyir? Çünki müsəlman ruzi qazanmaq haqqında ibadət etməkdən daha çox narahat olmasın. O, ruzi üçün yox, yaradıldığı şey üçün (ibadət üçün) narahat olmalıdır, çünki Allah qullarının ruzisinə mükəlləfdir, onların ruzisini onlar analarının bətnində olarkən yazmışdır. Səhih hədisdə Peyğəmbərimiz ﷺ demişdir: "Uca Allah dörd aydan sonra bətndəki rüşeymə ruh üfürmək üçün mələk göndərir, sonra həmin mələk onun əcəlini, ruzisini, xoşbəxt və ya bədbəxt olacağını soruşaraq yazır".
ardını oxu 519 oxunma mənhəc nədir, digər
Şümeysə əl-Ətəkiyyə demişdir: “(Bir dəfə) Aişənin yanında yetimi tər­bi­yələndirmək barədə söhbət açıldı. Onda o, dedi: “Mən yetimi elə vu­ru­ram ki, (o bundan) razı qalır”. (əl-Buxari “Ədəbul-Mufrad” 142).
Bidət əhli Peyğəmbərin ﷺ zövcəsi Aişə anamız haqda şübhə yayaraq deyirlər ki, Aişə (Allah ondan razı olsun) yetimlərlə pis rəftar edib. Bu haqda olan rəvayətdə deyilir: Aişənin yanında yetimlərlə rəftarı ədəbləri məsələsi açıldı və ondan "yetimi necə ədəbləndirmək lazımdır?" deyə soruşuldu. O dedi: "Mən yetimi yerə yıxılıncaya qədər döyürəm". (Səhih Ədəbul-Mufrad, 1/76).
ardını oxu 748 oxunma bidətçilərlə münasibət, digər
İbn Teymiyyə (Allah ona rəhm etsin) hicrət mövzusunda İslam diyarının küfr diyarından ayrılmasını şərh edərək buyurur: "Artıq Peyğəmbər ﷺ buyurmuşdur: “Məkkənin fəthindən sonra hicrət yoxdur, sadəcə cihad və niyət vardır. Döyüşə çağırıldığınız zaman döyüşə gedin”. Həmçinin digər hədisdə isə buyurmuşdur: “Düşmənlə döyüş olduqca hicrətin ardı da kəsilməz”. Bu hədislərin hər ikisi haqdır. Birinci hədisdə məqsəd onların başlarına gəlmiş hicrətdir. Yəni, Məkkədən və digər ərəb diyarlarından Mədinəyə hicrətdir.
ardını oxu 670 oxunma islam-və-küfr-diyarı
Sufilərin şübhələrini dəf etməzdən qabaq bilməyimiz lazım olan bir neçə məsələ var. Bu barədə elm olmadan onların şübhələrini dəf etmək olmaz.
ardını oxu 699 oxunma bidətçilərlə münasibət, bidətçilərin üslubları
Müsəlmanlar sufilərin etdikləri bidətlərə qarşı ikrah hissi keçirirlər, lakin bir çox müsəlman sufilərlə mübahisə etdikdə, əsas olmayan məsələlər barəsində mübahisə edirlər. Onların camaat şəklində xorla zikr etmələrindən, onların mövlud keçirməsindən və ya hər hansı bidət olan əməllərindən danışırlar. Halbuki, sufilərdə bu məsələlərdən qat-qat ağır və əqidəyə zidd olan bidətlər var. Ona görə, onlarla mübahisə zamanı yuxarıda qeyd edilən - əsas olmayan məsələlərdən başlanılması səhvdir.
ardını oxu 769 oxunma bidətçilərlə münasibət
Peyğəmbərdən ﷺ gələn səhih hədislər Allah tərəfindən gələn vəhydir. Həqiqətən, Qurana doğru düzgün iman etmiş kəslərin üzərinə düşən vəzifə səhih Sünnənin olmasını isbat etməkdir. Allah Qurani-Kərimi Peyğəmbərə ﷺ bu ayələri insanlara izah etməsi üçün endirmişdir. Uca Allah buyurur: “Biz onları aydın dəlillər və kitablarla göndərdik. Sənə də Zikri nazil etdik ki, insanlara, onlara nazil olanı izah edəsən və bəlkə onlar fikirləşələr” (ən-Nəhl, 44).
ardını oxu 1092 oxunma bidətçilərlə münasibət, dəlillər
Zəif hədisi dəlil gətirmək və onu insanlara sırımaq bidət əhlinin adətindəndir. Həqiqətdə isə həmin gətirdikləri dəlil onların dediklərinə dəlil deyil. Bidət əhlinin gətirdikləri şübhələrdən biri də üç alim barəsində dedikləri sözdür.
ardını oxu 1557 oxunma bidətçilərlə münasibət, dəlillər
Bidət əhlinin gətirmiş olduğu dəlillərdən biri də bu hədisdir: “Kim mənim qəbrimin yanında mənə salavat deyərsə, mən onu eşidərəm, kim uzaqdan deyər, səsi mənə çatdırırlar”. Bu hədis zəif və uydurma hədisdir.
Ölülər ümumi olaraq insanların danışıqlarını, çağırışlarını və dualarını eşitmirlər. Necə ki Allah buyurur: “Dirilərlə ölülər də eyni deyillər. Şübhəsiz ki, Allah is­tə­di­yi­nə haqqı eşit­dirir. Sən isə qəbirlərdə olanlara eşit­di­rə bil­məzsən” (Fatir, 22).
ardını oxu 932 oxunma bidətçilərin üslubları
Səhabələr nə Muhəmməd Peyğəmbərin ﷺ qəbrinin yanına gedib ona olanları danışar, nə də onun öldükdən sonra qəbrindən bir şey istəyərdilər. Çünki bilirdilər ki, Peyğəmbər ﷺ hətta sağ olduğu vaxt qeybi bilməzdi və bu ayəni onlara oxuyar, namazlarını da bu ayələri oxuyar və gözəl şəkildə anlayaraq qılardılar.
“De: “Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Mən sizə demirəm ki, mən mələyəm. Mən yalnız mənə vəhy olunana tabe oluram”. (əl-Ənam, 50).
ardını oxu 820 oxunma bidətçilərin üslubları
Müxaliflər iddia edirlər ki, Peyğəmbər ﷺ qəbirdə bizi eşidir, əməllərimiz ona ərz olunur və kimin nə etdiyindən xəbərdardır.
Bu iddiaların bir neçə səbəbi var;
Bəziləri ayə və səhih hədisə istinad edirlər, lakin hədisi düzgün başa düşmədiklərinə görə bu yanlış əqidəyə düşürlər.
Bəziləri zəif, uydurma və əsli olmayan hədisləri dəlil gətirib azırlar. Bunların əsasən hədis elmindən anlayışı olmadıqlarına görə belə şeylər baş verir.
ardını oxu 742 oxunma bidətçilərin üslubları
Şeyx Albaniyə (Allah ona rəhm etsin) belə bir sual verilir: "Astronomik hesablamalara etimad etməliyikmi?"
Şeyx belə cavab verir: "Xeyr, astranomik hesablamalar olmaz. Hədisdə gəldiyi kimi “Ayı görməklə tutun”. Əgər dövlət orucu və ya ayın bitməsini əvvəlcədən qeyri-şəri yolla elan etsə, xalq dövlətə qarşı çıxa bilməz, çünki çox böyük fəsad ortaya çıxa bilər. Bu, o demək deyil ki, astranomik hesablamalara istinad etməliyik. Xeyr! Amma biz buna əməl edirik. Bir şəri ondan aşağısıyla dəf edirik. Deyəcəyimiz budur. Amma (Ayın təsbiti üçün) astranomik hesablamanın dəyəri yoxdur.
ardını oxu 2416 oxunma ramazanın başlaması
Sual: Hörmətli şeyx, sual verən soruşur ki, siz Fransa əhalisi üçün belə bir fətva vermisiniz ki, onlar oranın (müsəlman) əhalisi ilə birgə oruc tutsunlar, baxmayaraq ki, oranın müsəlman şurası şəriət yolu ilə gözlə ayın görülməsinə deyil, astronomik hesablamalara əsaslanlır. Sizin belə bir fətva verdiyiniz doğrudurmu? 
ardını oxu 3964 oxunma ramazanın başlaması
Şeyx Saleh Ali Şeyx: "Şirk edən zahirən müşrikdi və axirətdə hökmü Allaha aiddir".
Şeyx əl-Albanii: "Şəkk yoxdur ki, insan şirk edir, lakin Allahın hüccəti ondan qalxana qədər mən onu İslam dairəsindən çıxartmıram. Buna sənin rəyin nədir, ey şeyx?"
Şeyx Saleh Ali Şeyx: "Şəkk yoxdur ki, şirkə düşən insana küfr hökmü verilmir və ona müşrik deyilmir. O, hüccət qalxandan sonra müşrik olur".
Şeyx əl-Albani: "Onda sən də mənim sözümü işlətdin ki!"
ardını oxu 322 oxunma mənhəc, cahilliyin üzrlü olması

Pages