Şeyx İbn Bəzə (Allah ona rəhm etsin) sual verilir: "Səudiyyə Ərəbistanının Pakistandakı səfirliyinin işçilərinin bəziləri Səudiyyə Ərəbistanı ilə, digərləri isə Pakistan camaatı ilə Səudiyyədən üç gün sonra, oruc tutmuşlar. Bunun hökmü nədir?"
Şeyx İbn Bəzz (Allah ona rəhm etsin) belə cavab verir: "Şəriət dəlillərinin zahiri dəlalət edir ki, hər kəs yaşadığı yerə tabe olur və onlarla oruc tutur. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurub: "Oruc sizin oruc tutduğunuz, iftar iftar etdiyiniz, qurban isə qurban kəsdiyiniz gündür". (ət-Tirmizi, 693). Həmçinin, şəriət bizə camaat olmağı əmr etmiş, parçalanmaqdan və ixtilaf etməkdən isə çəkindirmişdir. İbn Teymiyyə (Allah ona rəhm etsin) demişdir: "Ayın çıxışlarının müxtəlif olması haqda alimlər ittifaq ediblər". Buna əsasən, Pakistandakı səfirliyin, Pakistanla oruc tutan işçiləri daha doğru etmişlər. Onlar, bu iki ölkənin uzaq və ayın çıxışlarının müxtəlif olduğundan, Səudiyyə ilə oruc tutanlardan daha doğru etmişlər. Müsəlmanların, imkan daxilində, eyni vaxtda oruc tutub iftar etmələri şəriət dəlillərinə daha yaxındır. Əgər bu mümkün deyilsə onda bu məsələnin həlli dediyimizdir".
(Şeyx Abdu-Əziz ibn Bəzə verilən səsli sualdan, Orucluq fətvaları, 7-ci sual).
Şeyx Fovzana (Allah onu qorusun) sual verirlər: "Səudiyyə Ərəbistanında ramazanın ilk günü şənbə günü, Əlcəzairdə isə bazar günü olduqda, Cəzairdə yaşayan Səudiyyə ilə oruc tutubsa onun etdiyi nə dərəcədə doğrudur? O kiminlə iftar etməlidir? Çünki o, Səudiyyə ilə iftar etsə onun ölkəsində oruc hələ davam edir, yox əgər öz ölkəsində oruc tutarsa onun oruc başladığı ölkədə bayram gününə düşəcək. Belə halda nə etməlidir?"
Şeyx Fovzan (Allah onu qorusun) belə cavab verir: "Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurub: "Onu (ayı) görməklə oruc tutun və onu (ayı) görməklə də iftar edin". (Muslim, 1081). Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) orucun vacibliyini ayın görsənməsi ilə bağlamışdır. Ay da, çıxışlarında müxtəlif olur (yəni bir ölkədə bu gün, digərində isə başqa vaxt görsənir). Şəkk yoxdur ki, Səudiyyə ilə Əlcəzairin ay çıxışları müxtəlif ola bilər. Hər bir insan yaşadığı yer və camaat ilə oruc tutur və iftar edir. Yaşadığın ölkədən asılı olmayaraq sən, yaşadığın ölkə camaatının hökmündəsən və sən onlarla iftar edir və onlarla da oruc tutursan".
(Şeyx Saleh ibn Fovzan ibn Abdullaha verilən səsli sualdan, Orucluq fətvaları, 8-ci sual).