English
ŞÜBHƏLƏRƏ CAVABLAR
Şübhəyə cavab:
ardını oxu
4 oxunma
Birinci cavab: Hədisdə deyilən səhabə sözü ilə Peyğəmbərin ﷺ vaxtında İslamı təzahür edən münafiqlər nəzərdə tutulur. Bu haqda Uca Allah buyurur: "Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz şəhadət veririk ki, sən Allahın Rəsulusan!”– deyirlər. Allah da bilir ki, sən Onun Rəsulusan. Allah şahiddir ki, münafiqlər əsl yalançıdırlar" (əl-Munəfiqun, 1).
Şübhəyə cavab:
ardını oxu
374 oxunma
Səhabələrin dövründə çox böyük məsələlər və fitnələr oldu, lakin heç kim Peyğəmbərin ﷺ ölümündən sonra onun sağ olmasını, fitnələrin çözülməsində məşvərət etməsi baş vermədi.
Həmçinin Peyğəmbərin ﷺ vəfatından sonra heç kim iddia etmədi ki, Peyğəmbər ﷺ sağdırsa, onun yerinə heç kim xəlifə seçilə bilməz.
Şübhəyə cavab:
ardını oxu
454 oxunma
Bu hədis onların söylədikləri iddiaya dəlil sayıla bilməz. Bu hədisin təqribən on altı rəvayəti var. Onların hamısında "yer üzərində olanlara mərhəmət edin ki, Allah da sizə mərhəmət etsin!" və ya "Göydə olan da sizə mərhəmət etsin!" deyə qeyd olunmuşdur. Lakin onların birində "Göy əhli sizə mərhəmət etsin!" deyə buyurulmuşdur. Hədisdə "Mərhəmətli olanlara, Rahmən mərhəmətli olacaq", yəni yer üzərində olanlara qarşı rəhmli davranana Allah rəhmli olacaq. Bunun Allahdan qeyrisinə yönəldilməsi düzgün deyil. Şübhəsiz ki, Allahın yaratdıqlarından uca olması Quran və Sünnədə sabitdir.
Şübhəyə cavab:
ardını oxu
274 oxunma
Aişə (Allah ondan razı olsun) bu hədisdə etdiyi hərəkəti inkar etmək üçün bunun bilməməzlikdən və yaşının az olmasına görə belə hallarda nə edilməsinin gərəkli olduğunu bilmədiyini qeyd etmişdir. Əslində, hədisin bu hissəsində etiraf var. Aişənin bunun səhv olduğunu etiraf etməsi isə bu əməlin icazəli olmadığını göstərir.
Aişənin bu əməli edib, sonra bir daha belə etməyərək səhvini etiraf etməsi o əməldən tövbə etməsinə və bu əməlin düzgün olmamasına dəlildir.
Şübhəyə cavab:
ardını oxu
794 oxunma
Bu iddia ilə onlar özlərini ziddiyyətə salırlar. Siz haradan bilirsiz bunu? Bunun isnadı nədir? Siz də bunu hədis kitablarından öyrənmisiz? Əgər sizin dediyiniz doğrudursa, siz hədisləri qəbul etmirsizsə, biz də sizin bu sözünüzü qəbul etmirik.
Şübhəyə cavab:
ardını oxu
643 oxunma
Bu şübhə də batil və cılız şübhədir. Bu şübhədə həm ziddiyyət, həm də tarixi bilməkdə cahillik və savadsızlıq var.
Şübhəyə cavab:
ardını oxu
698 oxunma
Ayənin gedişatına baxdığımız zaman görür ki, burdakı söhbət “Lövhi-Məhfuz”dan gedir. Bu ayəni əvvəldən oxuduqda kitabdan “Lövhi-Məhfuz” olduğu aydın olur. Uca Allah ayənin əvvəlində buyurur: “Yer üzündə gəzən heyvanların və göydə uçan ikiqanadlı quşların hamısı sizin kimi ümmətlərdir. Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna toplanacaqlar”. (əl-Ənam, 38).
Yəni burada Quran kitabı deyil, “Lövhi-Məhfuz” kitabı qəsd olunur.
Şübhəyə cavab:
ardını oxu
620 oxunma
Birincisi, bu hədis 14 mənbəədə qeyd olunur və hər birində hədis ya münkər, ya batil, ya uydurma, ya da əsli olmayan bir hədis kimi rəvayət edilmişdir. İbn Abdul-Bərr (Allah ona rəhm etsin) rəvayət edir ki, bu rəvayət azğınların və xavariclərin uydurduqları hədisdir. İbn Həzm, əl-Beyhəqi, əs-Suyuti, İbn əl-Covzi və digərləri bu rəvayətin zəif olmasını qətiyyətlə demişlər.
Şübhəyə cavab:
ardını oxu
569 oxunma
Əgər Peyğəmbərin ﷺ Qurani Kərimdə olmayan məsələlərdə verdiyi hökmlərdə, əmr və qadağalarda itaət olunan deyildisə, o zaman Qurani-Kərimdə Allahın Özü ilə yanaşı Peyğəmbərinə ﷺ də itaət olunmasını əmr etməsinin mənası olmazdı. Sünnəni inkar edənlər, Peyğəmbərə ﷺ itaəti tərk edənlər, Peyğəmbərə ﷺ itaətə aid ayələrin nəsx olunduğunu deməlidilər, bu isə mümkün deyil, çünki bu ayələri nəsx edən başqa ayə yoxdur. Həmçinin Peyğəmbərdən ﷺ və səhabə dönəmindən sonra indiyə kimi heç bir alim belə bir şey deməmişdir.
Şübhəyə cavab:
ardını oxu
726 oxunma
Sünnədə gələn bəzi hədislərin Qurani-Kərimdə keçməməsi, Sünnəyə zərər sayılmır, çünki nə Qurani-Kərimdən, nə də sağlam ağıldan “Peyğəmbərin ﷺ sünnədə olan sözləri və hərəkətləri Qurani-Kərimdə qeyd edilməlidir” deyə bir zərurət yoxdur. Uca Allah Öz Kitabında Özünə itaət etməklə yanaşı, Öz Rəsuluna ﷺ da itaət etməyi əmr etmişdir. Ona görə də bütün hədislərin Quranı-Kərimdə qeyd edilməsi ehtiyacı aradan qalxmışdır. Bu haqda Qurani-Kərimdə bir çox yerdə qeyd edilmişdir. Uca Allah bir çox ayələrdə Allaha və Elçisinə itaət edilməsini qeyd edərək bunun xilas yolu olmasını vurğulamışdır:
Şübhəyə cavab:
ardını oxu
751 oxunma
Belə şəxslərin deyib təkrar etdiyi bu şübhələr yalnız isbatı mümkün olmayan və dillərində təkrarladıqları bir ittihamdır. Onlar bunu heç bir zaman nə Qurani-Kərimlə, nə də başqa bir şey ilə isbat edə bilməzlər. Onların dedikləri bu sözlər İslam düşmənlərinin ortaya qoyduqları bir şübhədir. Onların maraqlarında olan hal bu şübhəni yaymaqla həqiqətin axtarılması, haqqı batildən ayırd edilməsi, hədislərin səhihinin zəifindən ayırd edilməsi deyil.
Şübhəyə cavab:
ardını oxu
422 oxunma
Zəif hədisi dəlil gətirmək və onu insanlara sırımaq bidət əhlinin adətindəndir. Həqiqətdə isə həmin gətirdikləri dəlil onların dediklərinə dəlil deyil. Bidət əhlinin gətirdikləri şübhələrdən biri də üç alim barəsində dedikləri sözdür.
Şübhəyə cavab:
ardını oxu
408 oxunma
Birincisi, yuxarıda da qeyd etdik ki, qəbirdə olan həyat bizim həyat və diriliyimiz kimi deyil. İkincisi, hədisdə yalnız salavatı qaytarmaq üçün Peyğəmbərin ﷺ ruhu bədəninə qaytarılır. Üçüncüsü, qəbir aləmində gündüz və gecənin, vaxtın, saatın necə olması haqda bizdə bir məlumat yoxdur. Biz bunun bizim saatlarla üst-üstə düşməsini, bərabər olmasını necə iddia edə bilərik.? Axı bu qeybi məlumatdır və Allah və Onun Elçisi ﷺ bizə bu haqda bir məlumat bildirməmişdir. Dördüncüsü, hər hansı bir səhabə gecə-gündüzü dəlil gətirib bunu iddia edibmi?
Şübhəyə cavab:
ardını oxu
681 oxunma
Bu ayə Peyğəmbərin ﷺ sağ olduğu vaxta və Qiyamət günü əməllərin üzə çıxmasına aiddir. İbn Kəsir (Allah ona rəhm etsin) bunun Qiyamət günü baş verəcəyini deyir. “O gün siz məhşərə gətiriləcəksiniz və heç bir sirriniz gizlədilməyəcək” (əl-Həqqa, 18); “Sirlərin sınaqdan keçiriləcəyi gün” (ət-Tariq, 9); “və kökslərdə olanlar aşkar ediləcəyi zaman” (əl-Adiyat, 10). İmam Əhməd (Allah ona rəhm etsin) də bunu qeyd etmişdir. Əməllərin və münafiqlərin əməllərinin açılması Qiyamət günü baş verəcək.
Şübhəyə cavab:
ardını oxu
754 oxunma
Sufilər bu ayəni gətirib öz etdiklərinə bəraət qazandırır və haqq olduğunu iddia edirlər. Onların gətirdikləri ayə yerində gətirilməyib və onların qəsd etdikləri məsələyə heç bir aidiyyatı yoxdur.
1-ci rədd: “Onların məzarı üstündə mütləq bir məscid tikəcəyik!”– deyənlər və mübahisədə üstün gələnlər mömin deyildilər və kafirlərdən idilər. Halbuki Peyğəmbər (sallallahu aleyhi və səlləm) qəbir üzərində məscid tikməyi lənətləmişdir.
Şübhəyə cavab:
ardını oxu
811 oxunma
Birincisi, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) məsciddə deyil, öz evində dəfn olunmuşdur. Çünki Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) rəvayət olunan səhih hədisdə deyilir: “Peyğəmbərlər öldükləri yerdə dəfn olunurlar”.
Şübhəyə cavab:
ardını oxu
859 oxunma
Onlar Allahla öz aralarında məxluqu vasitə tutmağa “dəlil” gətirirlər.
Ömərin (Allah ondan razı olsun) yağış hədisi belədir:
Şübhəyə cavab:
ardını oxu
488 oxunma
Onların bu iddiası Peyğəmbərin (sallallahu aleyhi və səlləm) dönəmində olan müşriklərin iddiası ilə eynidir. Uca Allah onların bu şübhələrini Öz kitabında rədd edərək belə buyurur: “Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– deyirlər. Əlbəttə ki, Allah ixtilaf etdikləri məsələlər barədə onların arasında Öz hökmünü verəcək.
Şübhəyə cavab:
ardını oxu
606 oxunma
Cavab olaraq deyilir ki, Əhli Sünnə vəl-Cəməanın etiqadı Uca Allahın Ərşinin üzərinə həqiqi bir şəkildə, Özünə layiq olan və yaraşan bir şəkildə üzərindədir. Lakin müxaliflər Allahın səmada olmasına etiraz edərək bu hədisi şübhə kimi gətirirlər: Abdullah ibn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi – sallallahu aleyhi və səlləm - qiblə istiqamətində divardatüpürcək gördü və onu təmizlədi. Sonra insanlara doğru dönüb buyurdu: “Biziniz namaz qıldıqda, üzü tərəfə qiblə istiqamətində tüpürməsin, çünki Allah o namaz qıldığı zaman onun üzü tərəfindədir”.