"Ömərin yağış yağması üçün Abbasla təvəssül etməsi" şübhəsi
859 oxunma
Undefined
Sufilər deyilrlər: “Şübhəsiz səhabələr Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) vasitəsilə təvəssül etmişlər, sonralar isə əmisi Abbas ilə təvəssül etmişlər. Ona görə bizim etdiyimiz səhabələrin etdiyi əməldir və bu, heç bir qorxusu olmayan əməllərdəndir, hətta yaxşı əməldir”.
Şübhəyə cavab:
Onlar Allahla öz aralarında məxluqu vasitə tutmağa “dəlil” gətirirlər.
Ömərin (Allah ondan razı olsun) yağış hədisi belədir:
Rəvayət edilir ki, qıtlıq və quraqlıq üz verdikdə Ömər ibn Xəttab Abbas ibn Abdul-Muttəlibin vasitəsilə (Allahdan) yağmur diləyib: “Allahım, biz Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) vasitəsilə Səndən yağmur diləyərdik, Sən də bizə yağmur endirərdin. İndi isə biz Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) əmisinin vasitəsilə Səndən yağmur diləyirik, bizə yağmur endir!”– deyər, (Allah da) onlara yağmur nazil edərdi. (əl-Buxari, 1010)
İbn Kəsirin "əl-Bidayə vən-Nihayə" əsərində bu hadisə baş verən ildə olan məlumatlar qeyd edilir:
Rəmadə (qum) ili
(Hicri 18-ci il)
Bu ilin rəmadə ili adlandırılmasına səbəb şiddətli quraqlıq nəticəsində yerin bozarıb qum rəngində olması ilə əlaqəlidir.
Bu vəziyyət doqquz ay çəkdi. Ömər, Bəsrə şəhərində olan Əbu Musa əl-Əşari və Amr ibn əl-Asa məktub yazaraq bildirirdi: “Məhəmməd ümmətinin Allahdan yağış diləyənlərə ehtiyacı var!”. Bu xəbər gəldikdə şəhər əhalisi yağışın yağması üçün dua etməyə bir yerə toplaşdılar. Ömər isə Mədinədə, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əmisi olan Abbasa insanlara yağışın yağması üçün namaz qıldırmasını həvalə etdi. Abbas qalxıb kiçik və əhatəli bir xütbə verdikdən sonra yağışın yağması üçün insanlara namaz qıldırdı, dua etdi. Diz üstə çöküb: "Allahım, biz yalnız Sənə ibadət edir, yalnız Səndən kömək diləyirik! Allahım bizi bağışla, bizə rəhm et, bizdən razı ol!" - dedikdən sonra evlərinə dağılışdılar. Evə çatmamış artıq yağış onları təmamilə islatdı.
Ənəs ibn Malik deyir: "Ömər yağış istəmək üçün Abbasla şəhər kənarına çıxdıqda deyirdi: "Ey Allahım, biz Peyğəmbərimizin vaxtında quraqlıqla üzləşdikdə, onunla Sənə təvəssül edirdik. İndi isə Sənə Peyğəmbərimizin əmisi ilə təvəssül edirik". (İbn Kəsir "əl-Bidayə vən-Nihayə" hicri 18-ci il).
İnsanlar dünyada dua etməsi üçün Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəldikləri kimi, Qiyamət günü şəfaət etməsi üçün də Peyğəmbərin yanına gələcəklər”. Ömərin sözünə gəldikdə isə “Biz quraqlıq olduqda Sənin göndərdiyin Peyğəmbər vasitəsilə Səndən yağış göndərmən üçün onu vasitəçi tutardıq. İndi isə Peyğəmbərin əmisi vasitəsilə Səndən istəyirik”. Burda qəsd edilən “filankəsin cəddinə and verərərək Səndən istəyirik” deyil. Filankəsin Sənə yaxın olması ilə istəyirik, Peyğəmbərlər və övliyalar ilə təvəssül edirik. Bu əsərdə qəsd edilən, Ömərin deməsi odur ki, Peyğəmbər sağ ikən onun duası, şəfaəti və onun Səndən istəməsi ilə Səndən istəyirdik. O, öləndən sonra əmisinin duası vasitəsilə Səndən istəyirik. Bidət əhli belə bir hədis rəvayət edirlər: Guya Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) deyib: “Allahdan istədiyin zaman mənim hörmətimlə istəyin, çünki mənim hörmətim Allah qatında çox üstündür”. Bu hədis əsli olmayan uydurma hədislərdəndir.
Uca Allah buyurur: “De: “Mən Allahın istədiyindən başqa özümə nə bir fayda, nə də bir zərər yetirməyə qadir deyiləm. Əgər qeybi bilsəydim, əlbəttə, özüm üçün xeyir artırardım və mənə pislik toxunmazdı. Mən sadəcə, iman gətirən bir qövm üçün qorxudan və müjdələyənəm”. (əl-Əraf,188). Bu ayəni dərindən düşündükdə Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) dünyasını dəyişdikdən sonra heç nəyə qadir olmadığını dərk edir. Necə ola bilər ki, Peyğəmbərdən qat-qat aşağı səviyyədə olan övliya adlandırdıqlarımız insanlar kiməsə fayda və ya zərər versin?!
“Onlar Allahı qoyub özlərinə nə bir zərər, nə də bir fayda verə bilməyənlərə ibadət edir və: “Onlar Allah yanında bizim şəfaətçilərimizdir!”– deyirlər. De: “Yoxsa Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz?” Allah onların qoşduqları şəriklərdən uzaqdır və ucadır”. (Yunus, 18). Bu ayə də sufilərin şirkə gətirən şübhələrini darmadağın edir. İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “Onların çoxları qəbirdə dəfn olunmuş meyiddən, heç zaman ölməyən və həmişə diri olan Allahdan istədikləri kimi istəyirlər. Onlar deyirlər: “Ey mənim filan seyyidim! Məni bağışla, mənə rəhm et və günahlarımdan keç, mən sənə tövbə edirəm, tövbələrimi qəbul et!” Bəziləri deyirlər: ”Ey filan seyyid, mənim borclarımı ödə, mənə filankəslərə qarşı yardım et, düşmənlərimi məndən uzaqlaşdır, məni öz himayəndə saxla!” (İqtida Sıratəl-Mustəqim).
İbn Abbas (Allah ondan razı olsun) deyir: “Bir gün Allah Elçisi (sallallahu aleyhi və səlləm) mənə buyurdu: “Oğul, gəl sənə bəzi şeyləri öyrədim. Allahı qoru, Allah da səni qorusun. Allahı qorusan, Onu qarşında taparsan. İstədikdə, yalnız Allahdan istə! Kömək dilədikdə, yalnız Allahdan kömək dilə! Bil ki, insanlar sənə fayda vermək üçün bir yerə toplansalar belə, sənə Allahın yazdığından başqa bir şeylə fayda verə bilməzlər. Həmçinin, sənə zərər vermək üçün bir yerə toplansalar belə, Allahın sənə qarşı yazdığından başqa bir şeylə zərər verə bilməzlər. Qələmlər qaldırılmış, səhifələr qurumuşdur”. (ət-Tirmizi, 2516, 2706. əl-Albani səhih olduğunu bildirmişdir).
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (ona Allahın salavatı və salamı olsun) demişdir: “Uca Allah buyurdu: “Mən şərik olmağa möhtac deyiləm. Kim bir əməl edər və əməlində bir kəsi Mənə şərik qoşarsa, onu da, onun şirkini də tərk edərəm”. (Muslim, 2985, 5300, 7666).
Sufilər deyirlər ki, biz onları özümüzlə Allah arasında şəfaət etmək üçün vasitəçi tuturuq. Onlar seçilmiş bəndələrdir, Allaha daha yaxın olandırlar. Ona görə biz onlardan istəyirik ki, istəyimizi Allaha çatdırsınlar. Halbuki, Uca Allah artıq Qurani Kərimdə bu istəklərin batil olmasını bildirmiş və bunu qəti olaraq inkar etmişdir. Bu batil istəklər şirkin özüdür. Bu batil inanclara nə Quranda, nə Sünnədə, nə də səhabələrdən gələn heç bir mənbədə yoxdur.
Sufilərdən: duanın ibadət olması haqda soruşsan, təsdiq edərək deyərlər: "Bəli, dua ibadətdir". Bəs ibadəti Allahdan qeyrisinə necə yönəltmək olar?!
Nəticə isə aydındır - yəni Allahdan qeyrisinə edilən dua şirkdir və bu əməl ən böyük günahlardan da böyük günah sayılır.
“Qoy içinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat olsun. Məhz onlar nicat tapanlardır. Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın. Onları böyük bir əzab gözləyir. O gün neçə-neçə üzlər ağaracaq, neçə-neçə üzlər də, qaralacaqdır. Üzləri qaralan kəslərə: “İman gətirdikdən sonra kafirmi oldunuz?! Elə isə, küfr etdiyinizə görə dadın əzabı!”– deyiləcəkdir. Üzləri ağ olan kəslər isə Allahın mərhəməti içərisində olacaq və onlar orada əbədi qalacaqlar” (Ali-İmran, 104-107).

Mövzular: