“Mufəvvida” sözü ərəbcə فَوَّضَ [fəvvəda] “həvalə etmək” feilinin indiki zaman feili sifətidir, mənası “həvalə edən” deməkdir. Çünki onlar Uca Allahın Sifətləri barədə belə deyirlər: “Biz Allahın Sifətlərinə iman edirik, lakin bu sifətlərlə nə nəzərdə tutulduğunu Allaha həvalə edirik”. Onlardan bəziləri Uca Allahın Sifətlərinə dair dəlillərin zahirini qəbul etdiyini söyləyir, lakin həmin dəlillərin mənasını Allaha həvalə edir və bunun sələfin məzhəbi olduğunu iddia edirlər. Halbuki sələflərin Uca Allahın Sifətləri barədə sözlərinə diqqət etsək görərik ki, onlar heç də belə deməmişlər.
Kitablar

Müəllif: Şeyx Rabi ibn Hədi əl-Mədxali (Allah onu qorusun)
Tərcümə: Mansur Cəlil
Mərhəmətli və Rəhimli Allahın adı ilə
Sual: İslamda hava (bidət) əhlini və başqalarını imtahan etməyin hökmü nədir?

Mumeyyilər - ixvanlığın yeni siması
Kitabda mumeyyilərin yalanları və gətirdikləri şübhələr, həmçinin onlara elmi cavablar haqqında bəhs edilir

