"Peyğəmbərə ﷺ salavat gün ərzində olunduğuna görə o, həmişə sağdır" şübhəsi

Bidət əhli deyirlər ki, əgər salavat deyilən vaxt Peyğəmbərə ﷺ ruhu qaytarılırsa, deməli dünya çevrə şəklində olduğu üçün, hər yerdə də namaz qılan olduğuna görə təşəhhüddə salavat deyir, deməli Peyğəmbərin ﷺ ruhu həmişə bədənində olur. Burdan da çıxır ki, Peyğəmbər ﷺ sağdır. 

English
Şübhəyə cavab: 

Birincisi, yuxarıda da qeyd etdik ki, qəbirdə olan həyat bizim həyat və diriliyimiz kimi deyil. İkincisi, hədisdə yalnız salavatı qaytarmaq üçün Peyğəmbərin ﷺ ruhu bədəninə qaytarılır. Üçüncüsü, qəbir aləmində gündüz və gecənin, vaxtın, saatın necə olması haqda bizdə bir məlumat yoxdur. Biz bunun bizim saatlarla üst-üstə düşməsini, bərabər olmasını necə iddia edə bilərik.? Axı bu qeybi məlumatdır və Allah və Onun Elçisi ﷺ bizə bu haqda bir məlumat bildirməmişdir. Dördüncüsü, hər hansı bir səhabə gecə-gündüzü dəlil gətirib bunu iddia edibmi?