"Qəbirdə olan övliyalar Allah yanında bizim üçün şəfaətçidirlər" şübhəsi
488 oxunma
English
Sufilər etdikləri şirk əməllərə bəraət qazandıraraq və şübhə olaraq deyirlər: “Qəbirdə olan övliyalar Allah yanında bizim üçün şəfaətçidirlər”.
Şübhəyə cavab:
Onların bu iddiası Peyğəmbərin (sallallahu aleyhi və səlləm) dönəmində olan müşriklərin iddiası ilə eynidir. Uca Allah onların bu şübhələrini Öz kitabında rədd edərək belə buyurur: “Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– deyirlər. Əlbəttə ki, Allah ixtilaf etdikləri məsələlər barədə onların arasında Öz hökmünü verəcək. Şübhəsiz ki, Allah yalançı və kafir olan kimsəni doğru yola yönəltməz” (əz-Zumər, 3); “Onlar Allahı qoyub özlərinə nə bir zərər, nə də bir fayda verə bilməyənlərə ibadət edir və: “Onlar Allah yanında bizim şəfaətçilərimizdir!”– deyirlər. De: “Yoxsa Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz?” Allah onların qoşduqları şəriklərdən uzaqdır və ucadır” (Yunus, 18).

Mövzular: