"Peyğəmbəri ﷺ yuxuda deyil, ayıq şəkildə diri şəkildə də görmək olar" şübhəsi

English

Bidət əhli iddia edir ki, Peyğəmbəri ﷺ yuxuda deyil, ayıq şəkildə diri şəkildə də görmək olar.

Şübhəyə cavab: 

Səhabələrin dövründə çox böyük məsələlər və fitnələr oldu, lakin heç kim Peyğəmbərin ﷺ ölümündən sonra onun sağ olmasını, fitnələrin çözülməsində məşvərət etməsi baş vermədi.

Həmçinin Peyğəmbərin ﷺ vəfatından sonra heç kim iddia etmədi ki, Peyğəmbər ﷺ sağdırsa, onun yerinə heç kim xəlifə seçilə bilməz.

Əbu Bəkr və Fatimə (Allah onlardan razı olsun) arasında miras məsələsində ixtilaf düşmüşdü. Fatimə Peyğəmbərə qənimətdən əldə edilən Fədək bağları məxsus idi. Bunu Əbu Bəkrdən istəyəndə, Əbu Bəkr Peyğəmbərin ﷺ hədisini dedi: "Biz Peyğəmbərlər ﷺ miras qoymarıq, özümüzdən sonra qoyduğumuz Allah yolunda sədəqədir". (əl-Buxari, 2862, 3093). Halbuki, Peyğəmbər ﷺ sağ olsaydı, bu ixtilafın heç biri olmazdı.

Siffin döyüşü, Cəməl döyüşü, Əlinin xəlifəliyi dövründə xavariclərin fitnəsi və digər fitnələr vaxtı Peyğəmbər ﷺ artıq bu dünyada deyildi. Məgər Peyğəmbər ﷺ sağ olsaydı bu fitnələr düşərdimi?!

Ramazan ayının başlanmasını səhabələrinə bildirən Peyğəmbər ﷺ sağ olsaydı bu qədər fitnənin qarşısını almazdımı?

Peyğəmbəri ﷺ həqiqətdə görmək mümkün olsaydı, onda Qiyamət gününə qədər hər bir şəxsin səhabə olma ehtimalı qüvvədə qalardı. Biz isə bilirik səhaəbələr kimdir, ondan sonra olanlar kimdir. İbn Həcər (Allah ona rəhm etsin) sufilərin gətirdiyi rəvayətin səhih olmasını təkzib etmiş və bunun batil olduğunu bildirmişdir. (Bax: İbn Həcər əl-Asqalani “Fəthul-Bari”, 12/385).

Əgər Peyğəmbərin ﷺ ölümü həqiqi ölüm olmasaydı, nə səhabələr kədərlənər, nə Fatimə öz atasını itirdiyinə görə məyus olmazdı. Peyğəmbər ﷺ Fatiməyə (Allah ondan razı olsun) ölüm anında demişdi: "Mənə ilk qovuşan sən olacaqsan". (əl-Buxari, 4433-4434). Bundan altı ay sonra Fatimə (Allah ondan razı olsun) vəfat etmişdir.

Sufilərin bəziləri yuxu ilə ayıqlıq arasında Peyğəmbəri ﷺ gördüklərini iddia edirlər. Bu, şübhəsiz batil iddiadır. Onların guya Peyğəmbərdən ﷺ rəvayət etdikləri uydurma sözlər bəzən küfr, bəzən də açıq-aşkar icmaya ziddir.

İbn Bəzz (Allah ona rəhm etsin) demişdir: “Bəziləri elə zənn edir ki, Muhəmməd ﷺ onların təşkil etdikləri bu məclisə gəlir. Onlar sanki ona salam verib salamlayır. Salamlayırmış kimi ayağa durarlar. Bu, ən böyük batil və ən çirkin cahilliyin növüdür. Çünki Muhəmməd ﷺ öz qəbrindən Qiyamət günündən əvvəl çıxmayacaq və insanlardan heç biri ilə əlaqəsi olmayacaq. Heç bir kəsin qurduğu bir məclisə gəlməyəcək. O, Qiyamətə qədər öz qəbrində qalacaq. Onun ruhu ən uca İlliyunda Rəbbinin yanındadır. Necə ki Uca Allah buyurmuşdur: “Şübhəsiz ki, bundan son­ra siz mütləq öləcəksiniz. Sonra da Qiyamət günü di­ril­di­lə­cəksiniz”. (əl-Muminun, 15-16). Həmçinin Muhəmməd ﷺ də öz hədisində söyləmişdir: “Mən Qiyamət günü Adəm övladının ağasıyam və qəbri ilk yarılan da mənəm. İlk şəfaət verən və şəfaətinə icazə verilən də mənəm” Ona aləmlərin Rəbbinin ən üstün salavatı və salamı olsun. Bu ayə və hədis, həmçinin bu mənada olan ayələr və hədislər çoxdur. Onlardan hər biri dəlalət edir ki, Muhəmməd ﷺ və ondan başqa ölüb Uca Rəbbinə qovuşanlar yalnız Qiyamət günü qəbirlərindən çıxacaqlar, ondan öncə isə heç bir halda qəbirlərindən çıxıb kiminləsə heç bir əlaqə qurmayacaqlar”. (Hukm əl-İhtifəl bil-Movludun-Nəbi kitabı).

Bu haqda İslam alimlərinin sözləri çoxdur, lakin bu iddia ağlasığmaz bir iddia olduğuna görə alim sözlərinin hamısını qeyd etməyə lüzum görmədik.

Biz onlara söyləyirik ki, Allah Elçisi ﷺ öz sağlığında səhabələrin yanında bir dəfə də olsun mövludunu keçirməyibsə, öldükdən sonra hər hansısa yalançı bir tayfanın qurmuş olduğu mövlud məclisini niyə gəlsin? O, sağlığında dinindən olmayan və əməl etmədiyi bir şeyə, öldükdən sonra da etməsi mümkün deyil.